Böyrəklərdə duzların təhlükəsi

Böyrəklərdə duzların təhlükəsiBəzən tam sağlam insanda sidik analizi zamanı duzlar (onlara "qum" da deyilir) aşkar olunur.
Sağlam insanların sidiyində duzların cüzi miqdarda olması xəstəliyin əlaməti sayılmır. Bu bəzi qidaların artıq miqdarlarda qəbulu ilə bağlı ola bilər. Lakin duzların sidikdə daim aşkar olunması və onların miqdarının çox olması artıq patoloji hal sayılır və müayinə və müalicə tələb edir.
Adi duzla və qumla böyrəklərdə olan duzların heç bir əlaqəsi yoxdur. Bu həll olunmamış birləşmələrdir (urat, oksalat, fosfatlar). Bu maddələr orqanizmdə bəzi mübadilə proseslərin nəticəsində əmələ gəlir və daha sonra böyrəklər vasitəsilə orqanizmdən xaric olunur. Bəzi səbəblərə görə bu duzlar böyrəklərdən çıxmaya bilər və nəticədə burada yığıla bilər. Bu həm yaşlı insanlarda, həm də uşaqlarda baş verə bilər.
Böyrəklərdə duzların yığılması heç də yaxşı hal deyil. Gələcəkdə bu böyrəklərdə daşların (konkrementlər) əmələ gəlməsinə və nəticədə böyrək daşı xəstəliyinə səbəb ola bilər.
Duzlar hansı səbəblərə görə yığılır?
- İrsiyyət. Bəzi ailələr var ki, bu ailələrin bir neçə üzvü böyrək daşı xəstəliyindən əziyyət çəkir. Bu irsi faktordur - nəsldən nəslə ötürülən müəyyən mübadilə proseslərinin xüsusiyyətlərinə görə duzlar bu insanların böyrəklərində daha tez yığılır.
- Orqanizmdə kalsiumin həddən artıq olması və həminin qanda sidik turşusunun çoxlu miqdarda yığılması da böyrəklərdə duzların yığılmasına səbəb ola bilər.
- Susuzlaşma (xüsusilə xroniki susuzlaşma) zamanı sidik qaha qatı olur ki, böyrəklər duzları orqanizmdən tam effektli şəkildə xaric edə bilmir və duzlar burada yığılmağa başlayır. Susuzlaşmanın səbəbi həm mayenin az miqdarda qəbulu, həm də sidikqovucu preparatların qəbulu ola bilər.
- Böyrəklərdə gedən iltihabi proseslər də duzların yığılmasına səbəb ola bilər. Xəstə böyrəklər öz işinin öhdəsindən tam şəkildə gələ bilmir və nəticədə burada duzlar yığılmağa başlayır.
- Düzgün olmayan qidalanma (duzlu, qızardılmış, hisə verilmiş qidaların, ət məhsullarının həddən artıq qəbulu).
Əksər hallarda böyrəklərdə az miqdarda duzların olması özünü heç bir simptomla büruzə vermir və təsadüfən analiz zamanı təyin olunur.
Lakin kiçik duz kristalları sidik yollarında hərəkət etdikdə selikli qişa zədələnir ki, bu da iltihaba və ağrılara səbəb olur. Belə iltihabın simptomları:
- Sidik ifrazı zamanı ağrılar.
- Tezləşmiş sidik ifrazı.
- Bel nahiyəsində kəskin kəsici ağrılar.
- Sidik bulanıq olur, bəzən sidikdə qan izləri ola bilər.
Böyrəklərdən duzları təmizləməkdən əvvəl onların burada yığılmasının səbəblərini araşdırmaq lazımdır. Uroloq (və ya nefroloq) xəstəni əlavə müayinələrə göndərir (USM, qan analiz və s.).
Daha sonra həkim lazım olan müalicə təyin edir. Müalicə konservativ (dərmanların köməyi ilə) üsulla aparılır. Xəstəyə sidikqovucu preparatlar, otlar, duz kristallarını parçalayan preparatlar, antibiotiklər təyin oluna bilər. Müalicə zamanı xəstə kifayət qədər maye (ən yaxşı variant - təmiz su, gündə 2 l-dən az olmayaraq) qəbul etməlidir ki, duzların xaric olunması prosesi daha tez, ağrısız və effektli olsun.
Müalicə zamanı və həmçinin müalicədən sonra həkim xəstəyə müəyyən pəhriz təyin edə bilər.
Böyrəklərdə duz olan insanlar hərəkətli olmalı, bədən tərbiyəsi, idmanla məşğul olmalıdır. Bu böyrəklərdə durğunluq prosesləri azaldır və böyrəklərin təbii yolu ilə təmizlənməsinə kömək edir.

Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 2171   Tarix: 22 may 2017
f Paylaş

Oxşar xəbərlər

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

turlar.az

gozel gorunmek toy gecesi geyim necə seçməli hamilə geyimləri cizgi filmləri dondurma reseptləri bürclərin sevgi cədvəli kosmetika bayatı intim munasibetler atalar sozleri sanama hakista