Brazilya qozunun faydaları nələrdir ?

Brazilya qozunun faydaları nələrdir ?Brazilya qozu Amazon yağış meşələrinə məxsus olan böyük bir Cənubi Amerika ağacının (Bertholletia excelsa) yeməli toxumlarıdır. Bu qoz kokos qabığına bənzəyən bərk, odunlaşmış bir qabıq içərisində olur. Qabıq açıldıqda içindən dəyərli ləpələr çıxır. Brazilya qozu fosfor, potasium, maqnezium və xüsusilə selenium kimi minerallarla zəngindir. Həmçinin tərkibində E, B və K vitaminləri, müxtəlif antioksidantlar, sağlam doymamış yağ turşuları, protein və pəhriz lifləri var. Bu qoz qalxanvari vəzi (zob), immun sistemi və ürək sağlamlığını dəstəkləyir.
Milli.Az Brazilya qozunun əsas faydalarını təqdim edir:
Stress və iltihab sağlam hüceyrələrə zərər verərək xəstəliklərə yol aça bilər. Brazilya qozu tərkibindəki selenium, E vitamini və digər antioksidantlar sayəsində orqanizmdəki zərərli molekulları neytrallaşdırır və iltihabı azaldır.
Tərkibindəki faydalı yağlar "pis" kolesterolu (LDL) aşağı salmağa kömək edir. Bu da ürək xəstəlikləri və insult riskini azaldır. Tərkibindəki liflər də kolesterolun tənzimlənməsində mühüm rol oynayır.
Tərkibi beyin fəaliyyəti üçün zəruri olan omeqa-3 kimi sağlam yağlarla zəngindir. Bu yağlar yaddaşı gücləndirməyə və zehni funksiyaları yaxşılaşdırmağa kömək edir.
Sümüklərin quruluşu üçün vacib olan kalsium və sümük inkişafını dəstəkləyən maqneziumla zəngindir.
Seleniumun ən zəngin mənbəyi olduğu üçün qalxanvari vəzi hormonlarının istehsalına birbaşa kömək edir. Bu da maddələr mübadiləsi və bədən istiliyinin tənzimlənməsi üçün çox vacibdir.
Tərkibindəki maqnezium əzələləri boşaldaraq sakitləşməyə, selenium isə stressi azaldaraq daha rahat uyumağa şərait yaradır.
Tərkibindəki sink dərinin yağ balansını tənzimləyir, sızanaqların qarşısını alır və yaraların sağalmasını sürətləndirir.
Yüksək selenium miqdarı kişi sonsuzluğu ilə mübarizədə kömək edir, sperma istehsalını və keyfiyyətini artırır.
Bu qoz dünyanın ən qidalı çərəzlərindən biridir. Maddələr mübadiləsini tənzimləyir, bədəndəki iltihabla mübarizə aparır, dərinin elastikliyini artırır, saç və dırnaqları gücləndirir.
Brazilya qozunun zərərləri varmı?
Brazilya qozu seleniumla həddindən artıq zəngin olduğu üçün onu çox az miqdarda (gündə cəmi 1-2 ədəd) yemək lazımdır. Normadan artıq yeyildikdə selenium zəhərlənməsinə səbəb ola bilər. Bunun əlamətləri aşağıdakılardır:
Hədsiz yorğunluq və tükənmə hissi.
Saç tökülməsi.
Dırnaqların rənginin dəyişməsi və ya tez qırılması.
Ürəkbulanma, qusma və ya ishal.
Oynaq və baş ağrıları.
Bədəndə qarışqa gəzməsi hissi (keyimə).
Hərəkət və koordinasiya problemləri, qızdırma.
Lalə Qüdrətova
Milli.Az

Xəbərlər     Baxılıb: 919   Tarix: 10 may 2026
f Paylaş

Oxşar xəbərlər

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

turlar.az

adlarin menasi kosmetik vasiteler gelinlikler şirniyyatlar boyuk qadin dosleri usaq otagi dizaynlari peçenye reseptləri kosmetika sanama anabaci qogal veten nağıllar