Bruselyoz nədir və onunla necə mübarizə aparmalıyıq? - AQTA maarifləndirir

Bruselyoz nədir və onunla necə mübarizə aparmalıyıq? - AQTA maarifləndirir Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir.
Milli.Az Trend-ə istinadən bildirir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, ölkədə qida təhlükəsizliyinin təmin olunması ilə bağlı zəruri məlumatlar oxucuların diqqətinə çatdırılır. Budəfəki maarifləndirici mövzumuz isə "Bruselyoz nədir və onunla necə mübarizə aparmalıyıq?" haqqındadır.
Bruselyoz yoluxma mənbəyi ancaq heyvanlar olan zoonoz xəstəlikdir. Xatırladaq ki, bruselyoz infeksiyasına ilk yoluxma faktı dünyada 1861-ci ildə, ölkəmizdə isə 1922-ci ildə qeydə alınıb. XX əsrin ortalarına qədər bruselyoza, demək olar ki, dünyanın bütün ölkələrində rast gəlinib. 1940-cı ildə xəstəliyə qarşı mübarizə tədbirlərinin hazırlanması yolları öyrənilməyə başlanılıb və bruselyoz vaksininin hazırlanmasına nail olunub.
Beləliklə, 1950-ci ildən dünyada "tam sürünün və ya naxırın kütləvi peyvəndlənməsi" yolu ilə həyata keçirilmiş mübarizə tədbirləri nəticəsində bruselyoza yoluxmanın miqyasını azaltmağa müvəffəq olunmuşdur. Vaxtlı-vaxtında peyvənd aparılması nəticəsində 1980-ci ildən dünyanın bir sıra ölkələrində xəstəlik tamamilə ləğv edilmişdir.
Ölkəmizdə 1937-ci ildən etibarən həyata keçirilən planlı profilaktik tədbirlər nəticəsində bruselyozun baş verməsinin və yayılmasının qarşısının alınmasına nail olunsa da, xəstəlik hələ də tamamilə ləğv edilməyib. Ona görə də respublikada bu il bütün iri və xırdabuynuzlu heyvanlarda bruselyoza qarşı kütləvi peyvəndləmə tədbirlərinə başlanılıb.
Peyvəndləmə dövlət vəsaiti hesabına rayon baytarlıq idarələri tərəfindən həyata keçirilir.
Qeyd edək ki, boğaz heyvanların peyvənd olunması bəzi hallarda balasalma ilə nəticələnə bilər. Ancaq balasalma heyvanın sonrakı sağlamlıq və nəsilvermə qabiliyyətinə heç bir mənfi təsir etmir. Heyvan sahibləri və baytarlıq mütəxəssisləri arasında sıx işbirliyi yaradılsa, balasalmaya yol vermədən peyvəndləməni aparmaq olar.
Bruselyoza yoluxub-yoluxmadığına əmin olmaq üçün təsərrüfat sahibləri heyvanları baytarlıq mütəxəssisləri tərəfindən mütəmadi müayinə etdirməli, həyata keçirilən planlı diaqnostika və profilaktika tədbirlərinin icrasına şərait yaratmalıdırlar. Mal-qarada bruselyoz xəstəliyinin əlamətləri müşahidə edildikdə və ya bu xəstəliyin olmasına şübhə (balasalma, oynaqlarda şişkinlik və s.) yarandıqda Qida Təhlükəsizliyi Agentliyinin regional bölmələrinə və rayon baytarlıq idarələrinə məlumat verilməlidir. Xəstəliyi təsdiq edilmiş heyvanın təsərrüfatdan çıxarılması üçün müvafiq baytarlıq təlimatlarına uyğun tədbirlərin və göstərişlərin icra edilməsi vacibdir. Bununla yanaşı heyvanlar saxlanılan bina, həyət, qulluq əşyaları və s. dezinfeksiya edilməlidir. Unutmayın ki, bruselyoz infeksiyasına yoluxmuş heyvan nəinki digər sağlam mal-qaraya, hətta insanlar üçün təhlükə yaradır. Bruselyoz xəstəliyinə yoluxma qaynadılmamış və ya pasterizə olunmamış süd və belə süddən hazırlanmış qida məhsullarının (pendir, xama, yağ, qaymaq və s.) istifadəsi və yaxşı bişirilməmiş ət və ət məhsullarının qidaya qəbul edilməsi nəticəsində baş verə bilər. Xəstə heyvanla təmas zamanı, heyvanın kəsilməsi, emalı, yununun qırxılması, balasalma və ya balalama zamanı yardım göstərilməsi, heyvanlara qulluq edilən zaman xəstəliyə yoluxma mümkündür. Heyvanda bruselyoz infeksiyasının olması təsdiqini taparsa, fermer və fərdi təsərrüfat sahibləri xəstəliyə yoluxmuş heyvanın məhsullarından istifadə edən şəxsləri təsərrüfatın sağlamlıq vəziyyəti barədə məlumatlandırmalıdır. Xəstəlik əlamətləri olan mal-qara və ya onların saxlandığı yerlərlə təmasda olan, həmin heyvanlardan əldə olunmuş məhsullardan istifadə edən hər kəs bruselyoza qarşı müayinə edilməlidir.
Bruselyoza qarşı əsas profilaktik tədbir xəstəlik törədicisinin kənardan gətirilməsinin qarşısını almağa yönəldilməlidir. Belə ki, fermer və fərdi təsərrüfat sahibləri təsərrüfata yeni heyvanlar, heyvandarlıq məhsulları, yemlər, qulluq əşyaları və s. gətirməzdən əvvəl onların gətirildiyi obyektin sağlamlığına əmin olmalıdırlar.
Təsərrüfatda baytarlıq-sanitariya və şəxsi gigiyena qaydalarının gözlənilməsini təmin etmək bruselyozun profilaktikasında zəruri şərtdir. Mal-qaranı bu yoluxucu xəstəlikdən qorumaq üçün baytarlıq mütəxəssisləri tərəfindən həyata keçirilən planlı diaqnostika və profilaktika tədbirlərindən heyvanları yayındırmamaq tövsiyə olunur.
Milli.Az  /news.milli.az

Xəbərlər     Baxılıb: 1435   Tarix: 09 may 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

turlar.az

kosmetika mehsullari həkim məsləhəti toy makiyajlari seksual pozalar toyuq yeməkləri şorba reseptləri pizzalar kosmetika gozellik novruza aid hakisdalar novruz hakistalari intim munasibetler bayatılarımızda vətən həsrəti