Ölümcül virus təhlükəsi: 190 nəfər həyatını itirdi
Nigeriyada ölümcül Lassa qızdırması epidemiyası səbəbindən həyatını itirənlərin sayı 190-a yüksəlib.
Milli.Az xəbər verir ki, yerli səhiyyə qurumlarının məlumatına görə, xəstəlik ölkənin müxtəlif ştatlarında yayılmaqda davam edir.
Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi bildirib ki, yeni yoluxma hallarının sayında müəyyən azalma müşahidə olunsa da, ölüm göstəricilərinin artması ciddi narahatlıq doğurur.
Rəsmi açıqlamada qeyd olunub ki, ötən ilin eyni dövrü ilə müqayisədə ölüm faizi 19,1%-dən 25,2%-ə yüksəlib. Xüsusilə səhiyyə işçiləri arasında yoluxmaların davam etməsi diqqət çəkən məqamlardan biri kimi göstərilir.
Qeyd edək ki, Lassa qızdırması əsasən siçovul və digər gəmiricilərin ifrazatları ilə təmas nəticəsində yayılır. Virus insandan insana da keçə bilir və ağır hemorragik qızdırmaya səbəb ola bilər.
Milli.Az









Vətən haqqında bayatılar
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Yuxuda sevişmək nəyə yozulur?
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
Ülviyyə Əliyevaya ağır itki
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti