Bu 5 vərdiş dəriyə zərərdir - Xanımlara gözəllik tövsiyəsi

Bu 5 vərdiş dəriyə zərərdir - Xanımlara gözəllik tövsiyəsiBir çox qadın güzgüyə baxdıqda dərisinin istədiyi kimi görünmədiyini düşünür. Onlar dərilərinin sağlam görünməsi üçün bir çox üsullara əl atırlar, amma uğurlu nəticə əldə edə bilmirlər. Çünki üz dərisinin sağlam görünməsinə mane olan bəzi səbəblər var. Xanim.az ailem.az-a istinadən onları təqdim edir.

İlk növbədə onu qeyd edək ki, sağlam üz dərisinə sahib olmaq üçün buna mane olan problemləri həll etməlisiniz. Bunun üçün:

Sağlam olmayan atışdırmalardan uzaq durun

Bildiyimiz kimi, sağlam dəriyə sahib olmağın yolu sağlam qidalanmadan başlayır. Tez-tez sağlam olmayan atışdırmalara üz tutursunuzsa, dəriniz istədiyiniz kimi görünməyəcək. Sağlam və qida dəyəri yüksək qidalar yesəniz, dəriniz daha sağlam və gənc görünər. Əgər dərinizdən məmnun deyilsinizsə, qidalanma vərdişlərinizi gözdən keçirin. Daha çox təzə meyvə, tərəvəz yeməyə çalışın və qızardılmış, işlənmiş qidalardan, şəkərli atışdırmalardan uzaq durun. Çox yağlı, şəkərli qidalar bədən və dəriyə ziyandır. Sağlam və daha gənc görünən dəriyə qovuşmaq üçün nə yediyinizə diqqət edin.

Dərinizi təmizlədiyinizdən əmin olun

Dərinizi səhər-axşam təmizlədiyinizi düşünürsünüz, əslində lazım olan təmizliyi yerinə yetirmirsiniz. Dəri təmizləyən zaman təmizlik məhsulunu yalnız köpürdüb yumaqla, sonra durulayırsınız və beləliklə də, makiyajınızdan azad olunduğunuzu düşünürsünüz. Lakin bundan əmin olmaq üçün dərini təmizlədikdən sonra ağ dəsmalla qurulayın və ləkə qalıb-qalmayacağına əmin olun.

Dəsmalın üzərində tonal krem, pomada və ya başqa makiyaj izləri görsəniz, bu, dərinizi kifayət qədər yaxşı təmizləmədiyinizə işarədir. Suya davamlı makiyaj məhsulları istifadə edirsinizsə, yatmazdan əvvəl bütün makiyajı təmizləyə bilmək üçün həmin makiyaj üçün nəzərdə tutulan təmizləyicilərdən yararlanın. Bəzi makiyaj məhsulları gün ərzində dəridə qalmaq üçün istehsal edilir və onları yuyaraq təmizləmək çətindir. Bu səbəbdən də təmizləmə zamanı diqqətli olun və tələsməyin.

Problemli bölgələrlə mübarizə aparın

Hər kəs mütləq nə zamansa dəri problemi yaşayır. Amma əsl əhəmiyyətli olan dərimizin yaxşı görünməsi üçün nə etməyinizdir. Üzün hamısını yox, yalnız problemli sahəni müalicə etmək lazımdır. Dəri problemlərini müalicə etmək üçün nəzərdə tutulan məhsullar bir az sərt ola bilər. Bu isə dərini quruda bilər. Bu səbəbdən də müalicəni yalnız problemli sahəyə tətbiq edin.

Sızanaq əleyhinə olan hər hansı bir məhsulu üzünüzün hamısına tətbiq etsəniz, dərinin təbii tarazlığı pozular. Bunun nəticəsində dərinizin yağ istehsalı artar, bu da məsamələrin tıxanmasına və daha çox dəri problemi yaşamanıza səbəb ola bilər. Buna görə də dərinizin gözəl görünməsini istəyirsinizsə, həmin məhsulu yalnız problemli hissəyə çəkin.

Həftədə bir gün pilinq edin

Dəri hüceyrələrinin xarici təbəqəsi davamlı olaraq tökülür. Lakin bəzən alt qatda qalan gözəl və sağlam dəri hüceyrələrini ortaya çıxarmaq üçün səthdəki ölü hüceyrələri təmizləmək məqsədilə pilinq məhsulu istifadə oluna bilər. Bu halda dəriniz yumşaq və hamar görünüşə qovuşar. Lakin həddindən artıq pilinq dərinizin gənc görünməsi üçün lazım olan qoruyucu nəm baryerinin zərər görməsinə səbəb ola bilər.

Digər tərəfdən, kifayət qədər pilinq etmədikdə ölü dəri hüceyrələri yığılır. Bu isə dərinin donuq və cansız görünməsinə gətirib çıxarır. Eyni zamanda, dərinizdə belə bir baryer meydana gəldikdə dəriyə qulluq vasitələri da yaxşı nəticə verməyə bilər. Dəri tipinə bağlı olaraq, həftədə 1 və ya 3 dəfə mütləq pilinq etməlisiniz. Bunu həftəlik bir ritual halına gətirsəniz, dərinizdəki fərqi görəcəksiniz.

Məhsulları doğru sıralayın

Dəriyə qulluğun müəyyən mərhələləri var və ideal nəticəyə nail olmaq üçün bu mərhələlərə uyğun davranmaq lazımdır. Təlimatlara uyğun və məhsulları göstərilən sıralamayla istifadə etməlisiniz. İlk mərhələ olan dəri təmizliyinin sonunda tonik nəmləndirici istifadə etmək lazımdır. Bu sıralamanın xaricinə çıxdıqda məhsullar mənfi təsirlərə yol aça və ya heç təsir göstərməyə bilər.

Gözəllik və Moda     Baxılıb: 3135   Tarix: 02 iyun 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Qadınlar və ideal gözəllik standartları

İdeal gözəllik standartları zamanla dəyişsə də, hər dövrdə qadınların gözəlliklərinə dair müəyyən gözləntilər mövcud olub. Bu gözləntilər, cəmiyyətin və mədəniyyətin tələbləri, media təsiri və sosial strukturların yaratdığ

.

Qadınların makiyaj edərkən ən çox yoxladıqları səhvlər

Makiyaj, qadınların özlərini ifadə etmələrinin və özlərinə güvənlərinin artırılmasının bir yolu kimi geniş istifadə olunur. Lakin, makiyaj tətbiqi zamanı edilən bəzi səhvlər, nəticənin istəniləndən fərqli olmasına səbəb ol

.

Baxımlı qadın görüntüsü yaradan 10 sadə detal

Baxımlı görünmək hər zaman bahalı geyimlər, çoxsaylı kosmetik vasitələr və ya hər gün gözəllik salonuna getmək demək deyil. Bəzən qadının ümumi görünüşünü dəyişən çox kiçik detallar olur. Təmiz və səliqəli saç, baxımlı əllər

.

50 yaşdan yuxarı qadınlara əlavə yaş qatır: bu 3 saç düzümünü etməyin

Saç düzümü insanı həm cavan göstərə, həm də əksinə – yaşlı göstərə bilər. Stilistlərin fikrincə, düzgün seçilməmiş saç modeli qadının xarici görünüşünə mənfi təsir edə bilər. Buna görə də saç kəsimi seçərkən diqqətli olma

.

Qaynaq kipriklər, irəli uzanmış silikon dodaqlar... Gözəlliyin "standart"ı varmı?

Son zamanlar Azərbaycanda sanki bir gözəllik "bumu" yaşanır. Kimin əlinı bir balaca pul keçirsə, gözünü dartdırır və ya dodaqlarını şişirdir. Burunlar da eyni cərrahın əlindən çıxdığı üçün hamı bir-birinə bənzəyir

.

40 yaşından sonra necə düzgün makiyaj etmək olar?

Zamanla dərimiz dəyişir, parlaqlığını itirir və göz ətrafında incə qırışlar görünməyə başlayır. Mütəxəssislər 40 yaşdan yuxarı qadınların təravətli və gənc görünüşünü necə qoruya biləcəyinin sirlərini bölüşüblər. Parıltısı

.

Kosmetik məhsullarda olan spirt dərini qurudur?

Kosmetik məhsulların tərkibində spirt olması mübahisəli məsələdir. Buna görə də çoxları tərkibində spirt olan məhsullardan imtina etməyə çalışır. Əgər etil spirtdən söhbət gedirsə, bu, kifayət qədər doğru bir qərardır. Yağl

.

Duru gözəllikdən ifrat çirkinliyə: norma nədir?

Son illərdə qadınların ən çox seçdiyi estetik əməliyyatlardan biri olan ombaböyütmə estetikası ilə bağlı çox müzakirələr aparılır. Səbəbi də sadədir – qəribə bədən quruluşuna malik, sinəsi irəli, arxası geri, əyri görünüşl

.

"BOLTUŞKA" - Dərinin təmizlənməsi üçün ƏN YAXŞI VASİTƏ

Sizə kosmetoloqların tez-tez istifadə etdiyi məşhur "boltuşka"nın reseptini təqdim edirik. Bu tanınmış vasitə sızanaqlarla mübarizədə çox effektlidir. Boltuşkanın reseptləri çoxdur, sizi bu reseptlərdən biri il

turlar.az

qis geyimləri 2026 gözəllik məhsulları hamiləlik kombinler 2026 yay qadin tumani 1 hefteye 5 kq ariqlamaq duru yeməklər kosmetika tərəzi 8 mart novruz bayrami gozde olar vetene aid bayatilar