Bu aylarda yetişən qarpızı yemək olar? - Həkim MƏSLƏHƏTİ

Bu aylarda yetişən qarpızı yemək olar? - Həkim MƏSLƏHƏTİ"İndi elə bir dövrdür ki, təbiətin bizə bəxş etdiyi nemətlərlə qidalanıb-qidalanmamaq barədə düşünməli oluruq. Son günlər bazar piştaxtalarına çıxarılan qarpız barədə də müxtəlif fikirlər var. Onun çox gübrə ilə yetişdirildiyi, geninin dəyişdirildiyi barədə fikirlər səslənir. Əlbəttə ki, bu gün yetişdirilən qarpızla əvvəlki qarpız arasında böyük fərq var, bunu danmaq olmaz".
Milli.Az xəbər verir ki, bu sözləri həkim-fitoterapevt Füzuli Hüseynov açıqlamasında deyib.
"Təəssüf ki, yerli qarpız sortları indi çox az qalıb, əvvəllər yetişdirilən yerli qarpızların tumları çox və böyük olurdu. Qarpızı kəsəndə içində böyük damarların aydın görünməsi ona gübrələrin qədərindən artıq verilməsindən xəbər verir. Çox böyük qarpız almaqdan da çəkinmək lazımdır, çünki onu bir dəfəyə yemək problem yarada bilər. Yaxşı olar ki, qarpız az-az və tez-tez yeyilsin. Xatırladım ki, xərçəng əleyhinə ən faydalı maddələrdən olan likopen qarpızın tərkibində pomidorda olduğundan iki dəfə çoxdur. Qarpız böyrək, qaraciyər və bağırsaq xovlarının əla təmizləyicisidir. Tərkibi A vitamini ilə zəngin olduğundan çox qarpız yeyənlərin dərisi parlaq olur, gözlər üçün faydalıdır, kalsium və kaliumla zəngin olduğuna görə sümükləri möhkəmlədir. Qarpızın tərkibində olan sitrulin maddəsi piyləri əridir, yüksəlmiş xolesterini aşağı salır, arıqlamaq istəyənlər üçün faydalı qida vasitəsidir. Orqanizmin ən çox ehtiyac duyduğu C vitamininə malik olduğundan immuniteti artırır, əzələ yorğunluğu və qıcolmaları aradan qaldırır. Lakin şəkərli diabet xəstələri qarpızla çox az miqdarda qidalanmalıdırlar", - deyə həkim bildirib.
Həkim-fitoterapevt daha çox iyul-avqust aylarında yetişən qarpıza üstünlük verməyi söyləyib: "Həmin aylarda yetişən məhsulda mineral və vitaminlər daha çox olur. Onun qabığı da çox qiymətli müalicə vasitəsidır. Qarpız qabığının içərisindəki ağ təbəqə kəsilib qurudulandan sonra qəhvəüyüdəndə üyüdülür, ağzı kip bağlanan qaba yığılaraq gündə üç dəfə yeməkdən 1 saat əvvəl bir çay qaşığı 1 stəkan su ilə içilməsi böyrək daşlarını əridir". (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1410   Tarix: 01 iyul 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

turlar.az

sade makiyaj sekilleri qadin dunyasi geyim dəbləri dunyanin en seksual qadinlari günel facebook bəxtiyar vahabzadə ana şeiri xalq mahnilari sozleri kosmetika sağlamlıq yemek reseptleri bayatilar bayatılarımızda vətən həsrəti səməd vurğun