Bu bakteriyalar plastiki həzm edir
Çalmers Texnologiya Universitetinin (İsveç) bioloqları quruda və suda plastikləri parçalaya bilən bakteriyalar aşkar ediblər.
Milli.Az Trend-ə istinadən bildirir ki, tədqiqatçıların fikrincə, bakteriyalar təkamül qabiliyyətinə malikdir və demək olar ki, universaldır. Onlar müəyyən bir tullantı növünə uyğunlaşır və müxtəlif plastikləri təkrar emal edə bilirlər. Alimlər həmçinin bakteriyaların plastik çirklənmə səviyyəsinə reaksiya verdiyini də qeyd ediblər.
Tədqiqatçılar təxminən 200 milyon müxtəlif bakteriyanın davranışını və xüsusiyyətlərini tədqiq ediblər. Nəticədə 300 min mikroorqanizmin təxminən on növ plastik parçalamaq qabiliyyəti aşkarlanıb.
Onlardan bəzilərinin laborator sınaqları keçiriləcək, burada plastik parçalanma mexanizmini və sürətini qiymətləndirəcəklər.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür