Bu ƏLAMƏTLƏR sizdə varsa, sevgilinizdən ayrılın

Bu ƏLAMƏTLƏR sizdə varsa, sevgilinizdən ayrılınBir çox cütlüklər bitmək üzrə olan arzuedilməz münasibət yaşadığını etiraf etmək istəmir. Lakin onlar bilmirlər ki, zədələnmiş münasibət insan sağlamlığı üçün son dərəcə zərərlidir. Bu cür mənfi münasibətlər ər və ya arvadda depressiya, narahatlıq, stress və zəifləmiş immunitet sisteminə yol açır. Türkiyəli psixoloq Mehmet Başkak bildirir ki, zərərli və sağlam olmayan münasibət evli cütlüklər, sevgililər, hətta bir-birlərindən ayrılmış köhnə cütlüklər arasında da yaşanır. Mütəxəssis bu mərhələyə gəlmiş münasibətin artıq bitirilməsini məsləhət görür.

GoldNews.az psixoloqun bu haqda fikirlərini təqdim edir.

Psixoloq ilk növbədə onu bildirir ki, zədələnmiş münasibəti sonsuza qədər davam etdirmək məcburiyyətində deyilsiniz. Münasibətinizdə müəyyən sərhədlər çəkməyiniz və prioriteti özünüzə verməyiniz önəmlidir: "Sağlam əlaqələr qarşılıqlı sevgi, hörmət, bir-birinə cəsarət və güvən vermə üzərində qurulur. Münasibətdə bunlar yoxdursa, o zaman həyatınızı dəyişdirəcək bir qərar verməyin vaxtı çatıb. "Amma onu sevirəm" cümləsini yaxşı analiz etmək lazımdır. Bəzən bu cümlə içi boşalmış bir birlikdəlik vərdişini ifadə edir".

M. Başkak münasibətlərin bitməsinə işarə verən 5 əlaməti sadalayır.

1. Davamlı dava-dalaş, mübahisə və müzakirə halı

Hər zaman haqlı olması lazım olan biri var. Bu vəziyyət ümumiyyətlə, narsizm və eqoist davranışlardan irəli gəlir. Bu adam tərəf müqabilinə qarşı az anlayış göstərir və mübahisədə hər zaman ən son sözü söyləyən adam olduğunu düşünür. Əgər zədələnmiş bir münasibətinizin olub-olmadığına əmin deyilsinizsə, bu sualları özünüzə verin: Bir-birinizlə nəticə əldə etdiyiniz müzakirələr edirsiniz, yoxsa, müzakirələriniz tək tərəfli və nəticəsiz qalır? Mübahisə etdiyiniz vaxt həmişə bir adam müzakirəyə hökmranlıq edir?

2. Emosional olaraq əzilirsiniz

Bəzən tam olaraq nə olub-olmadığını anlamırsınız. Lakin bilirsiniz ki, hər şey qaydasında deyil. Tərəf müqabiliniz tərəfindən davamlı təzyiq altına alındığınızı hiss edirsiniz? Tərəf müqabiliniz başqalarının yanında sizi alçaldır? Passiv təcavüzkar davranışlarla bir şey söyləyib başqa bir şey edir? Bu davranış formalarının hamısında isə hirs hakimdir. Zədələnmiş münasibətə şifahi, bəzən də faktiki olaraq pis rəftar daxildir. Bir dəfə belə bir münasibətə özünüzü təslim etdiyiniz zaman, tərəf müqabiliniz qorxularınız və güvənsizliklərinizdən istifadə edərək, sizi alçaldan davranışlar nümayiş etdirməyə davam edəcək.

3. Bir-birinizdən asılısınız

Cütlüklərin bir-birlərini sevdiyi və dəstək olduğu münasibətlə bir-birlərinə sahib olma üzərində qurulmuş münasibət arasında fərq var. Tərəf müqabiliniz qısqancdırsa və sizi davamlı onu aldatmaqla günahlandırırsa, bu davranışa dözüm göstərməyin. Çünki bu, dağıdıcı bir davranışdır. Sağlam münasibət hər iki tərəfin bir-birinə sevgi və hörmətlə yaxınlaşmasıdır. Tərəf müqabillərin bir-birlərindən asılı olduğu bir münasibət sağlam deyil. Öz xəyallarınızı tərəf müqabilinizin xəyallarından ayıra bilirsinizmi? Şəxsi dostlarınız varmı? Bir-birinizdən ayrı vaxt keçirə bilirsinizmi? Öz hədəfləriniz varmı? Cütlüklər arasında bir-birindən asılı olan münasibət varsa, bu, onlar arasında sağlam sərhədlər olmasına imkan verməz.

4. Səhvləriniz böyüdülür

Az qala hər gün səhvləriniz və ya çatışmayan xüsusiyyətləriniz tərəf müqabiliniz tərəfindən üzünüzə vurulur. Deməli, zədələnmiş münasibətiniz olduğunu demək olar. Belə bir münasibəti bitirmədiyiniz təqdirdə, vaxt keçdikcə bu vəziyyət vərdişə çevrilir və özünə inamın, özünə hörmətin zədələnməsinə gətirib çıxarır. Özünüzə bu sualları verin: Bu adamla münasibətdə özümü fiziki və ruhi cəhətdən sağlam hiss edə bilirəmmi? Tərəf müqabilim yanımdaykən özümü çox yaxşı hiss edirəmmi? Bu adamla bir-birimizə güc verə bilirikmi? Tərəf müqabilim mənim sevinc qaynağımdırmı?

5. Özünüzü həqiqətən xəstə və yorğun hiss edirsiniz

Aparılan araşdırmalara görə, zədəli və ya mənfi münasibət ürək xəstəliklərinə tutulma riskini artırır. Bu cür münasibətdə bədəniniz məruz qaldığınız yüksək stressdən mənfi təsirlənir, bu da immunitet sisteminin passivləşməsinə səbəb olur. Ruhunuz çox böyük yara alır. Bu da bədən funksiyalarınızı təsir edir. Stressin bədəndə təsir etdiyi ilk orqan ürəkdir. İkinci təsirlənən isə yuxu sistemi olur. Gecələri yata bilmirsiniz və münasibətinizlə bağlı narahatlıqlarınız var? Çəkiniz tez-tez artıb-azalır? Özünüzü davamlı yorğun və halsız hiss edirsiniz? Zədələnmiş əlaqə yaşayırsınızsa, bunun təsirlərini bədəninizdə, psixologiyanızda, həyat keyfiyyətinizə mənfi təsir etdiyini hiss edərsinizsə, ən sağlam çıxış yolu bitirmək qərarıdır.

Maraqlı     Baxılıb: 3284   Tarix: 01 noyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Prezident və Birinci xanım Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıblar

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva sabiq dövlət müşaviri Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıb. xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir

.

Bakıda tanınmış professor KLİNİKİ ÖLÜM keçirdi - FOTO

Bakı Dövlət Universitetinin professoru Hikmət Əlizadənin sağlamlığında ciddi problem yaranıb. -a istinadən xəbər verir ki, 70 yaşlı professor dünən iş yerində ürəyində narahatlıq hiss etdikdən sonra təcili tibbi yardıma müraciə

.

Günlər 24 yox, 16 saat olub - İDDİA

"Günlər artıq 24 yox, 16 saatdır" fikri elmi baxımdan doğru deyil. Bu iddia dünyada sensasiya doğurub. xarici mətbuata istinadən xəbər verir ki, alimlər Yer kürəsinin fırlanma sürətini uzun illərdir dəqiq şəkild

.

Azərbaycanda vəzifəli şəxslər şiddətli töhmət aldı

14-16 noyabr tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Gəncə, Qazax, Tovuz Kolleclərində, eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə monitorinq keçirilib. Bu barəd

.

Qabiliyyət imtahanının nəticələri açıqlandı

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçirilmiş qabiliyyət imtahanının nəticələri açıqlanıb. xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, məqbul qiymət alan abituriyentlər ixtisa

.

Hakışta

Xınayaxdı məclisləri üçün hakıştalar . Ağ dəvə düzdə qaldı hakışta,. Yükü Təbrizdə qaldı hakışta. Oğlanı dərd apardı hakışta,. Dərmanı qızda qaldı hakışta. Gülü atdım dənizə hakışta,. Batdı çıxmadı üzə hakışta. Nolar bizi

.

31 yaşlı xanım prorektor təyin olundu - Nazirdən əmr

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) yeni prorektor təyin olunub. xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrə əsasən, Nigar Adilova ali məktəbin Beynəlxalq əlaqələ

.

ADU-nun doktorantı ölkə üzrə ən yüksək nəticəni göstərdi

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər ixtisası üzrə doktorantı Aynur İsayeva fəlsəfə doktoru imtahanında respublika üzrə ən yüksək nəticəni göstərib. xəbər verir ki, bu barədə universitet məluma

.

Azərbaycanda bu institut bağlandı

Qafqazşünaslıq İnstitutunun bağlanması barədə qərar qəbul olunub. xəbər verir ki, bu barədə AMEA-nın Ümumi Yığıncağında akademik İsa Həbibbəyli məlumat verib. Qərar səsə qoyularaq qəbul olunub

turlar.az

qadin sayti qadin dunyasi reseptler seksual qadinlar saglamliq imtahan həyəcanı qis salatlari kosmetika kahfe kali brusell bakteriyası birlik haqqinda novruz hakıştası ziyafet geyimleri