Bu əlamətlər xərçəngin göstəricisidir - Həkimdən xəbərdarlıq
Britaniyanın tanınmış tibb mütəxəssisi Sanjay Mehta bildirib ki, mədə xərçənginin bəzi əlamətləri erkən görünə bilər və beləliklə, xəstəliyin daha tez diaqnoz qoyulmasına imkan verir.
Bbu barədə "Express" qəzeti xəbər verib.
O qeyd edib ki, çox vaxt mədə xərçəngi gec mərhələdə aşkarlanır, çünki onun ilk əlamətləri qeyri-müəyyən olur və pasiyent əlamətləri başqa xəstəliklərlə qarışdıra bilər. Mehta mümkün əlamətlər arasında mədə qıcqırması, həzm sisteminin pozuntusu, iştahda dəyişikliklər, o cümlədən az miqdarda yeməkdən sonra toxluq hissi, həmçinin ürəkbulanma və qusma kimi halları qeyd edib.
Mütəxəssis xəbərdarlıq edib ki, erkən xərçəng mədədə qanaxmaya səbəb ola bilər, nəticədə qırmızı qan hüceyrələrinin sayı azalır və xəstəlik anemiya şəklində özünü göstərir - bu, qan analizi zamanı məlum olur.
Həkim həmçinin əlavə edib ki, udmaq çətinləşəndə, qarının yuxarı hissəsində ağrılar yarananda, turşu axını yarananda və insan tez arıqladıqda həkimə müraciət etmək lazımdır. Bu əlamətlər digər xəstəlikləri göstərə bilər, lakin onları mütəxəssislə yoxlamaq lazımdır.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi