Bu kəndin kişiləri gündüzlər güldükləri şeyi gecələr edirlər

Bu kəndin kişiləri gündüzlər güldükləri şeyi gecələr edirlərKulis.az "Naməlum kino" layihəsində müxtəlif illərdə, fərqli janrlarda çəkilmiş iki qısametrajlı bədii filmi təqdim edir.

Bunlardan biri Cahangir Mehdiyevin 1980-ci ildə çəkdiyi "Vah" adlı komediyasdır.

Əhvalat cənub rayonlarından birində baş verir. Qoca İbrahim (Məmməd Əlili) arvadı (Cəvahir Bayramova) ilə oğlunu görmək üçün qonaq gedir. Kişi eşşəkdə, qadın isə onun arxasınca, çiyinlərində ağır xurcun piyada yola düşürlər. Onlar kəndin mərkəzində yerləşən çayxanaya yetişir, kənd əhli ilə hal əhval tuturlar. Bu dəmdə kənd sakinlərindən biri dəhşətlə "Baxın, kişi səhənglə gedir" deyə çığırır. Hamı çönüb bulaqdan su gətirən gənc kişiyə baxır, onu məzəmmət edir. Qarşıdan gələn səhəngli qadınlar da onu məsxərəyə qoyurlar.

İbrahim və arvadı bu mənzərəni məyusluqla qarşılayır.

Qocalar axşam oğullarının evində gecələyəndə gəlin (Həmidə Ömərova) ərinə (Arif Qasımov) bulaqdan su gətirməyi rica edir. Anası oğlunu arvadının sözüylə oturub-durmaqda qınayır: "Belə getsə arvada çevriləcəksən".

Amma maraqlı hadisələr bundan sonra baş verir.

Məlum olur ki, kənddə bütün kişilər, hətta İbrahim belə arvadına kömək etmək üçün, camaat bilməsin deyə gecəylə bulaqdan su daşıyırmışlar...

Maraqlıdır ki, sovet dönəmində qadın haqları önə çəkilsə də bu, bir çox hallarda formal bərabərlik xarakteri daşıyırdı. Kolxozlarda, kəndlərdə fiziki işi əsasən qadınlar görürdülər, pambıq, üzüm, tütün və s. becərir, kişilər isə onlara rəhbərlik edirdilər. Həyətyanı təsərrüfat da ən çox qadınların çiynində olurdu.

Qadın və kişinin məişətdə yeri, ailədəki münasibətləri indi də gender, dəyişən dəyərlər çərçivəsində çox müzakirə olunur. İlk baxışda əhəmiyyətsiz görünsə də zaman-zaman problemlər ailədə boşanmaya da, daha ciddi konfliktlərə də gətirib çıxarır. Rejissor problemə komediya janrının sərhədləri daxilində baxış eləyir. Müəllifin yumoristik baxışı bir daha təsdiqləyir ki, istənilən problemə universal yanaşmaq mümkündür. Cahangir Mehdiyevin digər filmlərində olduğu kimi burada da musiqi həlli uğurludur, əhvalatın atmosferi ilə uyuşur.

Film yazıçı Xizgil Avşalumovun "Bulaq başında görüşlər" hekayəsinin motivləri əsasında çəkilib. Ssenari müəllifi Vladimir Fərəcov, operator Hüseyn Mehdiyev, bəstəkar Mobil Babayevdir.

Digər adı "Bıy" olan film "Azərbaycanfilm" və "Mosfilm" kinostudiyasının birgə istehsalıdır.

İkinci film Ənvər Əblucun 1973-cü ildə çəkdiyi "Dənizə çıxmaq qorxuludur" lentidir.

Mahiyyət etibarilə bu ekran əsəri sovet ideologiyasını təbliğ edir. Hətta film sovet dövlət xadimi Sergey Kirovun 1919-cu ildə Bakı bolşeviklərinə yazdığı məktubuyla başlayır. O, məktubunda ağların ordusuna qalib gəlmək üçün Həştərxana benzin gətirilməsinin vacibliyini qeyd edir.
Filmin qəhrəmanı qoca Ələsgər (Sadıq Həsənzadə) oğlu Murtuzun (Rauf Qəniyev) bolşeviklərə qoşulmasının əleyhinədir. Çünki Xəzər dənizinə nəzarət edən ingilislər və ağqvardiyaçılar Həştərxana benzin aparan qayıqlara mane olur, bolşeviklərə yardım edənləri həbs edir və ya qətlə yetirir. Ələsgərin oğullarından biri də bu səbəbdən həyatını itirib. Ona görə də o, Murtuzun həyatına görə narahatlıq keçirir.

Oğlunun israrını görüb onu təkbaşına getməyə qoymur. Murtuz atası və kiçik qardaşı Novruzla (Fərhad İsrafilov) birlikdə yola düşür. Yolda onları ingilislərin gəmisi dayandırır...

Əhvalatın dramatik, önəmli səhnəsi ata və oğulların ingilislərlə qarşılaşma səhnəsidir. Həmin səhnə saspens elementləri ilə yüklənib. Gərginlik yaradan detallar, iri planlarda həyəcanlı insan üzləri, təmkinli operator işi tamaşaçıda real iştirak effekti yaradır.
Ssenarini Vera Qonçarova, Ənvər Əbluc və Ramiz Fətəliyev birgə yazıb. Əsər Hüseyn Abbaszadənin eyni adlı hekayəsi əsasında ekranlaşdırılıb. Operator Fərəməz Məmmdəov, bəstəkar Xəyyam Mirzəzadədir.

Xəbərlər     Baxılıb: 1853   Tarix: 30 dekabr 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

turlar.az

makiyaj etmek qaydalari geyim necə seçməli toy makiyajlari cantalar 2026 bürclərin sevgi cədvəli cinsi yaxinliq qadinlar haqqinda maraqli melumatlar kosmetika novruz bayramina aid hakisdalar haqisda qiz evi haxista cekc pornuxa kökəlmək üçün