Bu limon fərqliliyi ilə hər kəsi təəccübləndirdi
3 kiloqram ağırlığında limon
Bu sort xəstəliklərə davamlıdır, işığı və nəmişliyi sevir.
Özbəkistan Milli Universiteti nəzdindəki Kimya və Fizika polimerləri Elmi-Tədqiqat İnstitutunun elmi işçisi Muxammadaziz Faxritdinov çəkisizlik şəraitində təxminən 3 kiloqram ağırlığı olan tezyetişən limon əldə edib. Bu sitrus meyvəsi keyfiyyətinə görə adi limonlardan heç nə ilə fərqlənmir.
M.Faxritdinov jurnalistlərə bildirib ki, bu ağırlıqda limonun yetişdirilməsi institutun kollektivinin yaratdığı "Uzxitan" preparatı sayəsində mümkün olub.
O deyib ki, əvvəl zoğ əmələ gəlməsi üçün 60 gün tələb olunurdu, bu preparatın köməyi ilə bu vaxt iki dəfə tezləşib. Tinglər əvvəl istixanada yetişdirilir, sonra açıq havaya köçürülür.
Üç il ərzində bu tinglərə lazımi qaydada qulluq edilərsə, onlar 10 dərəcə şaxtaya davamlı olur. Bir koldan 5 il ərzində 120-150 limon yığmaq olar. Bu sort xəstəliklərə davamlıdır, işığı və nəmişliyi sevir.
f Paylaş







8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Məşhur rəssam vəfat etdi
Polat Alemdar' oğulları ilə
Maksim Qalkinin Bakıda - FOTOLAR