Bu MASKALAR sizi 10 yaş gəncləşdirəcək

Bu MASKALAR sizi 10 yaş gəncləşdirəcəkTəbii meyvələrlə və yağlarla bərpaedici maskalar hazırlayıb daha gənc görünə bilərsiniz.Xanim.az lent.az-a istinadən evdə hazırlaya biləcəyiniz təbii dəri maskalarından bir neçəsi ilə sizi tanış edir.

Karbonatlı maska

Karbonat antibakterial xüsusiyyəti ilə dəridə iltihab və çivzə yaranmasına mane olur. Dəri məsamələrinin daralması dərinizin daha gənc görünməsinə kömək olur.

Hazırlanması:

2 şorba qaşığı karbonatla 2 şorba qaşığı mineral suyu məcun halına gətirərək qarışdırın. Məsamələrinizin açıq olduğu və ya çivzəli bölgəyə çəkin. 30 saniyə gözlədikdən sonra soyuq su ilə yuyun. Təsirli nəticə almaq üçün 2 həftə ərzində 2 gün ara verərək istifadə edə bilərsiniz.

Xiyar maskası

Xiyar vitamin və mineral baxımından olduqca zəngindir. Dərinin nəm tarazlığını qoruyur, ehtiyacı olan vitamin və mineralların qarşılanmasını təmin edir.

Hazırlanması:

4 dilim xiyarı 2 şorba qaşığı limonla qarışdırın. Daha sonra limonlu xiyar dilimlərini blenderdən keçirin. Gel konsistensiyasına gəldikdə bütün üzünüzə maska kimi sürtün. 15 dəqiqə gözlədikdən sonra soyuq suyla yuyun. Bu maskanı maksimum həftədə 3 dəfə təkrarlaya bilərsiniz.

Yumurtalı maska

Yumurtanın ağı xüsusilə dəri üçün olduqca faydalıdır. Dərini möhkəmləndirmək, dəri məsamələrini kiçiltmək, dəridə yığılan yağı aradan qaldırmaq kimi bir çox təsirləri var.

Hazırlanması:

1 ədəd yumurtanın ağını sarısından ayırın. İçərisinə 2 şorba qaşığı yulaf, 2 şorba qaşığı limon suyu əlavə edib qarışdırın. Üzünüzə sürtün və yarım saat saxlayın. Soyuq su və ya ilıq su ilə durulayın. Bu maskanı maksimum həftədə 2 dəfə tətbiq edə bilərsiniz.

Arqan yağı maskası

Arqan yağı E vitamini baxımından olduqca zəngindir. Dərinin ehtiyac duyduğu və dəri üçün ən əhəmiyyətli vitamin olan E vitamini ehtiyacını qarşılamağı təmin edir.

Hazırlanması:

Təmizlədiyiniz dərini quruladıqdan sonra ovcunuza bir neçə damcı arqan yağı damcıladın və əlinizdə yağı isidin. Yağ isindikdən sonra arqan yağını dərinizə masaj edərək çəkin. Dəriniz çox qurudursa, yarım saatdan çox qala bilər. Daha sonra soyuq su ilə yuyun. Bu maskanı həftədə yalnız 1 dəfə edə bilərsiniz.

Sağlamlıq     Baxılıb: 2824   Tarix: 18 mart 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

turlar.az

yay kolleksiyasi qadın geyimi toy gecesi 1 yaşına qədər körpələrə qulluq dərslər aybasi soz haqqinda atalar sozu kosmetika intim munasibetler bahar vidyolar dieta novruz hakisdalari