Bu meyvə-tərəvəzləri bir yerdə saxlamayın: Tez xarab olur
Bir çox insan meyvə və tərəvəzləri eyni qabda saxlayır, lakin bu vərdiş məhsulların daha tez xarab olmasına səbəb ola bilər. Mütəxəssislər bildirirlər ki, bunun əsas səbəbi bəzi meyvələrin yetişmə zamanı buraxdığı etilen qazıdır.
Milli.Az xəbər verir ki, alma, banan, armud, avokado və pomidor etilen ifraz edən məhsullardandır. Bu qaz yaxınlıqda olan tərəvəzlərin tez solmasına və çürüməsinə yol açır. Məsələn, alma ilə saxlanılan kahı, xiyar və ispanaq qısa müddətdə təravətini itirir. Bananın yanında olan pomidor isə tez yumşalır və dad keyfiyyəti azalır. Avokado da etilenə həssas məhsullarla birlikdə saxlandıqda sürətlə qaralır.
Bundan başqa, kartof və soğan da bir yerdə saxlanmamalıdır. Soğanın yaratdığı rütubət kartofun cücərməsinə və xarab olmasına səbəb olur.
Qida təhlükəsizliyi üzrə mütəxəssislər tövsiyə edirlər ki, meyvə və tərəvəzlər etilen ifraz edənlər və etilenə həssas olanlar kimi ayrı saxlanılsın. Bu sadə qayda məhsulların daha uzun müddət təzə qalmasına və qida israfının azalmasına kömək edir.
Asya
Milli.Az









Vətən haqqında bayatılar
Kişiləri ehtiraslandıran sözlər
Yuxuda sevdiyin insanı görmək
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər