Bu meyvələri almayın! - Ekspertdən XƏBƏRDARLIQ

Bu meyvələri almayın! - Ekspertdən XƏBƏRDARLIQTəəssüf ki, Azərbaycanda becərilən meyvə və tərəvəzlərin analoqları xaricdən gətirilir.
Bu sözləri Axar.az-a açıqlamasında tibb eksperti, professor Adil Qeybulla bəzi mövsüm meyvələrindən zəhərlənmə halları barədə danışarkən deyib. O, meyvələri alarkən ölçüsünə və dadına nəzarət etməyin vacibliyini bildirib:
"Hazırda bazarda satılan meyvələrin əksəriyyəti xaricdə müxtəlif istixanalarda yetişdirilir. Bu meyvələrin yetişdirilməsi, eləcə də uzun müddət xarab olmaması üçün müxtəlif gübrə və dərmanlardan istifadə olunur. Təbii ki, bu da son nəticədə insanların zəhərlənməsi ilə nəticələnir.
Allergiyası, həssaslığı, immuniteti zəif olan insanların, hamilə qadınların, uşaqların bu cür meyvələri qəbul etməsi məqsədəuyğun deyil. Genetik modifikasiya edilmiş, dərmanla yetişdirilmiş meyvələr bir çox halda həssas insanların bədənində səpgilərin yaranmasına, üzün şişməsinə səbəb olur.
Sovet dövründə bazardakı çiyələklərin ölçüləri çox kiçik olurdu. Hazırda satışda olan çiyələklər ondan, az qala, 10 dəfə böyükdür. Belə meyvələr istixana şəraitində yetişdirilir və insan orqanizmi üçün faydalı deyil.
Əhliyə yerli məhsullardan istifadə etməyi məsləhət görürəm. Təəssüf ki, ölkəmizə öz standart ölçüsündən xeyli böyük meyvə və tərəvəzlər xaricdən gətirilir və çox vaxt dadsız olur. Bu sadaladıqlarım meyvə və tərəvəzlərin keyfiyyət parametrlərinin aşağı olmasından xəbər verir".
Ekspertin sözlərinə görə, ölkədə yetişən meyvə-tərəvəzlərin xaricdən alınması ərzaq təhlükəsizliyi konsepsiyasına ziddir:
"Ümumiyyətlə, Azərbaycana vaxtından əvvəl süni şəraitdə yetişdirilmiş, gübrəli, genetik modifikasiya olunmuş ərzaq və qida məhsullarının, meyvə-tərəvəzlərin gətirilməsini məqsədəuyğun hesab etmirəm. Ərzaq məhsullarının ölkəyə idxalı o halda məqsədəuyğun hesab edilir ki, həmin ərzaq məhsullarının ölkədə istehsalı mümkünsüzdür. Yəni həmin meyvə burada yetişmir və ya bölgə üçün ənənəvi deyil.
Tərəvəzlərə gəldikdə isə onu deyə bilərəm ki, bu qidaların çoxu yerli məhsullardır. Buna görə də tərəvəzlərlə bağlı elə də çox problem olmur".
A.Qeybulla yay aylarında bəzi ət və ət məhsullarının qəbulunun da insan səhhəti üçün riskli olduğunu söyləyib:
"Meyvələr kimi balıq məhsullarının, eləcə də hinduşka ətinin mövsümü var. Adətən, fevralın sonu, martın əvvəllərindən başlayaraq hinduşka ətindən istifadə olunmur. Balıq və hinduşka ətini ancaq soyuq aylarda qəbul etmək olar. Tarix boyu formalaşan qida mədəniyyəti, adət-ənənələrimiz var. Bunlara riayət etsək, heç bir problem yaranmaz". /publika.az

Sağlamlıq     Baxılıb: 2062   Tarix: 21 may 2019
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

turlar.az

kosmetika mehsullari geyim dəbləri toy makiyajlari quru deri ucun maska qis salatlarinin hazirlanmasi salat reseptləri buga burcu 2026 kosmetika efsane tərəzi bürcü vətənə aid atalar sözləri vətənə aid bayatı vətən haqqında bayatılar