Bu müalicəni etdirənlər infarkt və insult keçirmirlər

Bu müalicəni etdirənlər infarkt və insult keçirmirlərZəli vasitəsilə müxtəlif xəstəliklərin müalicə edilməsi qədim zamanlardan başlayıb. Təbabətdə onu "hirudoterapiya" adlandırırlar. Əslində zəli ilə müalicə təkcə xəstələr üçün deyil, sağlam olanlar üçün də çox faydalıdır, çünki daxili orqanlar yaxşı qidalanır və damarlarda elastiklik yaranır.

Aile.lent.az-ın AzərTac-a istinadən məlumatına görə, həkim-fitoterapevt Fizuli Hüseynov deyib ki, orqanizmdəki damarların uzunluğu yer kürəsinin diametrindən üç dəfə çoxdur, amma ürək xəstələrində damarların böyük əksəriyyəti işləmir və belə olanda bütün damarların işləməsi üçün zəli qoydurmaq lazımdır.

F.Hüseynovun sözlərinə görə, zəli qoyulması Alsheymer, skleroz kimi xəstəliklərin, həmçinin beyin damarlarının spazmının qarşısını alır, beyin qan dövranını yaxşılaşdırır, hafizəni və diqqəti itiləşdirir, xüsusən boyun osteoxondrozu, ümumiyyətlə, onurğa sütununun bütün hissələrinin osteoxondrozunda onun qədər yaxşı təsir edən ikinci vasitə yoxdur. Zobun istər düyünlü, istərsə də diffuz, yəni yayılmış formalarının müalicəsində zəli müalicəsi çox yaxşı təsir göstərir, düyün ətraflarına qoyulmuş zəlilər az bir zamanda şişin kiçilməsinə səbəb olur. Həmin müalicə formasından istifadə edənlərin qanı normadan artıq laxtalanmır, tromblaşmır və ürəyin işemik xəstəlikləri - miokard infarktı, stenokardiya və ateroskleroz baş vermir.

Həkim-fitoterapevt bildirib ki, zəlinin ağız suyunda 105-ə qədər ferment var və bundan yalnız biri - heparin qan laxtalanmasının qarşısını alır: "Həkimlər infarkt keçirmiş və ya üzərində ürək əməliyyatı aparılan xəstəyə həyatının sonuna qədər aspirin içməyi məsləhət görürlər, ondan qat-qat faydalı olan zəli ilə müalicə isə yaddan çıxır. Başqa bir ferment – destibilaza, göz qidalanmasını yaxşılaşdırır, kataraktanın (mirvari suyu) qarşısını alır, qlaukoma (qara su) xəstəliyinin inkişafını ləngidir".

Həkim qeyd edib ki, zəlinin ağız suyunda olan başqa oliqoraza fermenti varikoz xəstəliyi zamanı trombla tutulmuş venoz damarların içini təmizləyir, keçiriciliyini artırır, kiçik damarların mənfəzini açır və qan durğunluğunun qarşısını alır: "Bundan başqa, şəkər xəstələrində bəzən ayağa adi tikan batması sağalmayan yaralar əmələ gətirir, çox vaxt ağır fəsadlar verir, çünki damarların mənfəzi tutulur və qan dövranı pozulur. Həmin xəstələrdə ayaq yaraları illərlə davam edir. Uzun müddət yara üstünə müxtəlif mazlar çəkilir, dərmanlar qəbul olunur, lakin təəssüf ki, ən faydalı müalicə üsulu olan zəlidən istifadə edilmir.
Zəlinin ağız suyundakı maddələr orqanizmdə təbii ağrıkəsicilərin istehsalını artırır və həmin maddələr ağrıkəsici gücünə görə morfindən 200 dəfə üstündür. Uzun müddət üzücü ağrılardan əziyyət çəkənlər üçün zəli xüsusilə faydalıdır. Prostat vəzi xəstəliklərinin müalicəsində vəzin qanla daha yaxşı təchiz olunması üçün istifadə olunan preparatlardan zəli daha yaxşıdır. Zəli prostat vəzin qanla təchizatını yaxşılaşdırır, kalsinatların əriməsinə səbəb olur, immun sistemi gücləndirdiyindən orqanizm özü iltihabi xəstəlikləri müalicə edir".

"Revmatizm və revmatoid poliartrit kimi iltihabi oynaq xəstəliklərinin müalicəsində də zəli həm ağrıları, həm də oynaqda olan şişkinliyi sürətlə azaldır. Babasil damarlarda durğunluq nəticəsində əmələ gəldiyinə görə zəli düyünlərin üstünə qoyulur və dərhal da səmərəli nəticə verir", – deyə həkim əlavə edib.

Hiruditerapiyanın üstünlükləri barədə danışan F. Hüseynov deyib ki, zəlinin ağız suyundakı fermentlər antioksidantlardır, buna görə də şiş xəstəliyinin qarşısını almaq və əmələ gələn şişləri müalicə etmək üçün ondan mütləq istifadə olunmalıdır. Zəli ilə müalicə olunanlar infarkt və insult xəstəliyinə tutulmurlar.

Bəzi xəstələr zəlinin faydalarını öyrənəndən sonra 3-5 ədəd zəli qoydurur və nəticə əldə etmirlər. Bu, qətiyyən düzgün deyil, çünki zəlini mütəxəssis təyin etməli və onun qoyulması sistemli şəkildə aparılmalıdır .

Aile.lent.az

Sağlamlıq     Baxılıb: 2545   Tarix: 15 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

turlar.az

yaz geyimleri 2026 hamilelikde qidalanma geyim seçimi merlin monro toy ucun qisa donlar milli mətbəx debli cantalar 2026 kosmetika veten haqqinda atalar sozleri namiq qaraçuxurlu ginekoloq azerbaycanli is adami amerikada gullelendi ikizler