Bu otlar arıqladır

Bu otlar arıqladır Arıqlamaq məqsədi ilə istifadə olunan otlar:

— iştahanı azaldan otlar - kətan toxumu, gülxətmi otun kökü, spirulina yosunları, mələkotu, fukus (yosunlar növü) və s.;

— həzm sisteminin fəaliyyətini yaxşılaşdıran və bağırsaqları təmizləyən otlar - şüyüd, cəfəri, cirə, razyana, murdarçanın qabığı və s.;

— öd- və sidikqovucu effekti olan otlar - qatırquyruğu, solmaz çiçəyi, qarğıdalı saçaqları, zərinc, zəncirotu və s.;

— işlətmə effekti olan otlar - səna otu, cirə, boymadərən, çobanyastığı və s.;

— mübadilə prosesləri yaxşılaşdıran otlar - gicitkən, tozağacının yarpaqları, dəvədabanı və s.;

— energinin sərf edilməsini artıran otlar - ilk növbədə bu ədviyyatlardır — rozmarin, zəncəfil, darçın, kurkuma və s.

Bu otları ayrı-ayrılıqda və ya qarışıq şəklində (bir neçə müxtəlif təsiri olan otlar) istifadə etmək olar.

Nəzərinizə çatdıraq ki, bu otlar da müəyyən sxem şəklində və müəyyən müddət ərzində qəbul oluna bilər. Qaydasız və geyri-məhdud şəklində qəbul olunduqda bu otlar insana yalnız ziyan gətirə bilər.

Beləliklə, otlarla arıqlama zamanı bu kimi qaydalara riayət etmək lazımdır:

— otlar dəmləmələrini uzun müddət ərzində qəbul etmək olmaz. Otlar 1,5-2 ay ərzində qəbul oluna bilər. Sonra müəyyən fasilə vermək lazımdır.

— otları qəbul etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin. Bəzi böyrək, qaraciyər və mədə-bağırsaq sistemi xəstəlikləri bu otların qəbulu üçün əks göstəriş sayılır. Hətta ən "zərərsiz" otlar müəyyən vəziyyətlərdə insanın sağlamlığına ziyan vura bilər, bu insanda olan xəstəliyin kəskinləşməsinə və ağırlaşmasına səbəb ola bilər.

— otları qəbul etdiyi zaman səhhətinizdə hər hansı dəyişiklik əmələ gəldikdə, bu haqda mütləq həkimlə məsləhətləşin.

— hamiləlik zamanı bu otların bəzilərinin qəbulu hamiləliyin pozulmasına səbəb ola bilər.

— allergik xəstəlikləri olan insanlar da ehtiyatlı olmalıdır. Hər hansı allergik simptom meydana çıxdıqda (səpgilər, öskürək və s.) otların qəbulunu dayandırmaq lazımdır.

— otlar dəmləmələrini hər qəbul etdikdən əvvəl hazırlamaq lazımdır. Dəmləmə təzə olmalıdır ki, lazım olan effekt versin.

— dəmləmələri növbələşmək olar — bir həftə bir dəmləmə, növbəti həftə- digər dəmləmə və s. Bu halda effekt daha yaxşı olur.

— dəmləmələri gün ərzində 3-4 dəfə qida qəbulundan əvvəl qəbul etmək lazımdır.
Otlarla arıqlama üsulu çox tez və gözəçarpan effekt verməsə də, arıqlama sağlam şəkildə baş verir. İnsan arıqlamaqdan əlavə öz orqanizmini daha sağlam edir.

Müxtəlif mənşəsi bilinməyən arıqlamaq üçün olan preparatlar, güclü işlətmə dərmanları və s. bəzən tez effekt versə də, orqanizmə ziyan vurun. Bu preparatların köməyi ilə itirilən çəki bir müddətdən sonra asanlıqla qayıdır.

Arıqlamaq üçün otlar dəmləmələri bu üsulla hazırlanır.

Yuxarıda qeyd olunan hər qrup otlardan eyni miqdarda 1 növ ot götürülür (məsələn, 20 qr hər hansı iştahanı azldan ot + 20 qr — hər hansı öd- və sidikqovucu effekti olan ot + 20 qr hər hansı işlətmə effekti olan ot + hər hansı 20 qr mübadilə prosesləri yaxşılaşdıran ot və s.). Bitkilər xırdalanır və yaxşı qarışdırılır. Daha sonra bu qarışıqdan 1 xörək qaşığı ot götürülür və 250 qr qaynar suda 1 saat ərzində dəmlənilir. Daha sonra dəmləməni qəbul etmək olar./atv.az/

Sağlamlıq     Baxılıb: 3815   Tarix: 24 sentyabr 2015
f Paylaş

Oxşar xəbərlər

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

turlar.az

maskalar kosmetik vasiteler geyim şəkilləri 2026 yaz yay kolleksiyasi yay donlari 2026 makaron reseptləri yuxusuzluq kosmetika hakıştalar cinsi əlaqə burcler dolça penis