Bu pəhriz süd vəzisi xərçəngindən xilas ola bilərsiniz

Bu pəhriz süd vəzisi xərçəngindən xilas ola bilərsinizNiderlandın Maastrixt Universitetindən olan alimlər bildirirlər ki, tərəvəz, qoz-fındıq, balıq və zeytun yağı ilə zəngin olan Aralıq dənizi pəhrizi süd vəzisi xərçənginin ən ağır formasının yaranma riskini 40 faiz azaldır.

Saglamheyat.com "healthvesti.com" saytına istinadla xəbər verir ki, mütəxəssislər ət və şirniyyat yeməyi minimuma endirən bu cür qida rasionunun qadınlarda HER2-neqativ süd vəzisi xərçənginin yaranma ehtimalını xeyli azaltmasını müəyyənləşdiriblər. Xərçəngin bu növü çox vaxt ölümlə nəticələnir.

Ekspertlər tədqiqat zamanı 20 yaşdan yuxarı 62 min qadını müşahidə ediblər və bu nəticəyə gəliblər ki, Aralıq dənizi pəhrizini saxlamaq zərif cinsin nümayəndələrini süd vəzisi xərçəngindən qoruyub. Tibb işçilərinin fikrincə, süd vəzisi xərçəngi o qədər yayılıb ki, onun profilaktikasını xəstəliyin azaldılmasında mühüm amil hesab etmək olar. Profilaktikada isə düzgün qidalanma vacib şərtdir.

Aralıq dənizi pəhrizinə çoxlu meyvə-tərəvəz, yarma məhsulları, paxla, ləpə və zeytun yağı kimi faydalı monodoymamış yağlar daxildir. Bu zaman rafinadlaşdırılmış qənd və doymuş yağlardan istifadə etmək minimuma endirilir.

Sağlamlıq     Baxılıb: 1734   Tarix: 07 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

turlar.az

aksessuarlar kosmetoloq geyim dəbləri xina hakista debli cantalar 2026 hind geyimləri qalin saclara qulluq kosmetika vətən haqqında bayatılar salam bayati novruz bayramı yumurta