Bu pozalarda yatmaq sağlamlığınız üçün zərərlidir

Bu pozalarda yatmaq sağlamlığınız üçün zərərlidirİnsan həyatın 1/3 hissəsini yuxuda keçirir.

Bu səbəbdən yuxu zamanı düzgün olmayan poza insanda müxtəlif pozulmalara səbəb ola bilər. Beləliklə, hansı pozalarda yatmaq olmaz:

- Qarın üstə başı yana çevrilmiş vəziyyətdə yatmaq. Bu vəziyyətdə onurğa arteriyası saxılmış vəziyyətdə qalır ki, baş beyinin qanla təmin olunması pozulur. Bu isə səhər baş ağrılarına və digər pozulmalara səbəb ola bilər. Bu poza xüsusilə yaşlı insanlar üçün ziyanlıdır.

Bu poza həmçinin boyun fəqərələri üçün ziyanlıdır və osteoxondrozun inkişafına səbəb ola bilər.

Digər tərəfdən bu vəziyyətdə yatan insanın döş qəfəsi sıxılır ki, nəticədə ağ ciyər pis işləyir, orqanizm oksigeni daha az miqdarda alır.

Nəhayət bu poza üz dərisinin vəziyyəti üçün çox ziyanlıdır - dəri dartılır, sıxılır ki, nəticədə bu pozada daim yatan insanda qırışlar daha tez əmələ gəlir.

- Bel üstə hündür yastıqda yatmaq. İnsanlar əsasən bu pozada televozora baxanda və ya kitab oxuyanda yuxuya gedir. Bu poza boyun fəqərələrinə çox mənfi təsir edir, sinirlər, əzələlər, damarlar sıxılır. Nəticədə insan oyanandan sonra boyun nahiyəsində güclü ağrı hiss edir. Daim bu pozada yatan insanda boyun osteoxondrozu inkişaf edə bilər.

Həmçinin bu pozada "apnoe" kimi ciddi pozulmadan əziyyət çəkən insanlara yatmaq olmaz. Yuxu zamanı xoruldayan insanların əksər hissəsində "apnoe" yaranır. "Apnoe" yuxuda nəfəsalmanın müvəqqəti dayanması deməkdir. Nəfəsalma dayananda beyin impuls göndərir və insan dərhal oyanır və sonra yenə yuxuya gedir. İnsan bunu hətta hiss etməyə bilər. Nəfəsalmanın dayanması gecə ərzində dəfələrlə baş verir. Nəticədə insan pis yatır, özünü daim yorğun hiss edir, tez-tez baş ağrılarından əziyyət çəkir, əsəbi olur, onun yaddaşı və diqqəti zəifləyir. Bəzi ağır hallarda apnoe sindromu hətta insanın yuxuda ani ölümünə səbəb ola bilər.

- Bel üstə yastıqsız yatmaq. Bu zaman baş arxaya əyilmiş vəziyyətdə qalır ki, boyun fəqərələri deformasiya olunur. Nəticədə sinirlər sıxılır, beyin qan dövranı pozulur. Bu isə boyun nahiyəsində ağrılara, sinirlərin sıxılması nəticəsində qolda ağrılara və səhərlər baş ağrılarına səbəb ola bilər.
Həmçinin bu poza insanda osteoxondrozun inkişafına səbəb ola bilər.

Həkimlərin fikirinə görə, bel üstə yatmaq daha yaxşıdır. Bu zaman döşək nə çox yumuşaq, nə də çox bərk olmamalıdır. Yastıq hündür olmamalıdır, insanın çiyinləri yuxu zamanı yastıqda deyil, döşəkdə olmalıdır. Hal hazırda xüsusi anatomik yastıqlar satılır ki, bu yastıqlar boyun nahiyəsini saxlayır.

Bel üstə yatmaq hipertoniya və ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkən insanlar üçün xeyirlidir. Həmçinin bu poza həzm proseslərinə kömək edir, üz dərisini qırışların əmələ gəlməsindən qoruyur.

Apnoedən əziyyət çəkənlərə, onurğa problemləri olan insanlara sol böyrü üstə yatmaq tövsiyə olunur./saglamolun.az/

Sağlamlıq     Baxılıb: 2570   Tarix: 29 sentyabr 2015
f Paylaş

Oxşar xəbərlər

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

turlar.az

maskalar kosmetik vasiteler geyim şəkilləri 2026 yaz yay kolleksiyasi yay donlari 2026 makaron reseptləri yuxusuzluq kosmetika hakıştalar cinsi əlaqə burcler dolça penis