Bu qidalar qocalmanı ləngidir
Müasir tibdə qocalma ilə bağlı geniş araşdırmalar aparılır. Alimlər qocalmanı ləngitmək, qocalıqda inkişaf edən xəstəliklərinin qarşısını almaq üçün müxtəlif "yaş əleyhinə" (ingilis dilində - "anti-age") proqramlar hazırlayır.
Bu proqramların əsas tərkib hissələrindən biri düzgün qidalanmadır. Araşdırmalar nəticəsində herontoloqlar (qocalığı araşdıran və qoca insanların sağlamlığı ilə məşğul olan mütəxəssislər) belə qərara gəliblər ki, bəzi vitamin və minerallar anti-age təsirə malikdir. Herontoloqlar bütün insanlara qocalığı "aldatmaq" üçün tərkibində bu vitamin və minerallar olan qidaları öz qidalanmasına daxil etməyi tövsiyə edirlər.
Beləliklə, qocalığı ləngidən vitamin və minerallar və onların mənbələri:
- B6 (lobya, qoz, çaytikanı)
- B12 (treska, okun, karp balıqları)
- K (ispanaq, brokkoli, gül kələmi)
- D3 (balıq yağı, yumurta sarısı)
- Fol turşusu (brokkoli, ispanaq, sitrus meyvələri)
- Omeqa-3 (siyənək, skumbriya, kətan yağı, qoz, avokado)
- kalsium (kəsmik, pendir, qatıq, kefir)
- maqnezium (boranı tumları, küncüt, qarabaşaq, yulaf yarması)
- sink (qarabaşaq, lobya, noxud, araxis)
- selen (braziliya qozu, sarımsaq, şampinyon, qarğıdalı)
- yod (dəniz yosunları, okun və mintay balıqları)
Spirtli içkilər, şəkər və trans-yağlar (marqarin, spred və s. süni yağlar) qocalma prosesləri sürətləndirir.
Milli.Az /news.milli.az









Hollivud ulduzu təhlükəli ərazidən çıxarıldı - Fotolar
Hamiləlikdə Daun sindromu riskini azalda bilən məhsul açıqlandı
Çox təhlükəli VİRUS: Yeni karantin qapıda
Səhər və axşam fərq etmədən zəhər istehlak edirik
Qatıq yeməyin də saatı varmış: Faydası qat-qat artır
Mətbəxdə istifadə edilən 3 yağ xərçəngə səbəb olurmuş
Şeflərin "uzaq durun" dediyi 6 şirniyyat: Sifariş vermədən əvvəl iki dəfə düşünün
Ramazandan sonra necə qidalanmaq lazımdır?
"Yaxın 10-15 ildə alimlər insan ömrünü azı 10 il uzada biləcəklər"