Bu qidalar saç tökülməsinə səbəb olur - SİYAHI

Bu qidalar saç tökülməsinə səbəb olur - SİYAHISaç tökülməsi həm müasir qadınları, həm də kişiləri narahat edən ciddi problemlərdəndir.

Vitamin çatışmazlığı, stress, yanlış qulluq, səhhətinizdəki bəzi problemlər, mövsüm dəyişikliyi saçların uzanmasına imkan vermir, hətta bəzən dazlaşmaya gətirib çıxarır. Bundan əlavə, elə məhsullar da var ki, onlar saçın inkişafına zərər verir. Saçlara zərər verən qidaların siyahısını təqdim edirik:

1. Yağlı balıq

Balığın əfsanəvi gücü və faydası haqqında bilməyən yoxdur. Onun tərkibindəki Omeqa 3 yağı dəri üçün olduqca faydalıdır. O cümlədən də saç üçün xeyirlidir. Amma balığın həddindən artıq yağlı sortlarında "merkuri" adlanan maddə var. Yağlı balıq çox yedikdə bu maddə sinkin mənimsənilməsinə, saçların uzanmasına mane olur. Odur ki, balığın orta yağlı sortunu seçin və suşi çox yeməyin.

2. Şəkər

Məlumdur ki, şəkər bədənə ziyan vurur və dəriyə pis təsir göstərir. O, cümlədən bizim ən çox sevdiyimiz şirniyyatlar kişi hormonlarının səviyyəsini artırır və saç folekullarını zəiflədir. Bu zaman saçlar öz sağlamlığını və gücünü itirir, uzanması ləngiyir.

3. Detoks sevdası

Detoks sağlamlığımız üçün effektlidir, amma ona başlamazdan əvvəl saçların vəziyyətini nəzərə almalıyıq. Əgər həddindən artıq saç tökülməsi kimi probleminiz varsa, detoks məsləhət deyil. Orqanizmi təmizləyən detoks zülalı yuyub aparacaq və saça yalnız ziyan vuracaq. Unutmaq lazım deyil ki, zülal saçların sağlam olmasında böyük rol oynayır. Yeri gəlmişkən qeyd edək ki, gündə 2 stəkandan artıq yaşıl çay içmək də saç tökülməsinə səbəb olur.

4. Sıyıq və makaron

Hər tük 80 faiz zülal olan keratindən ibarətdir. Kifayət qədər zülallı qidalar qəbul etməmək , saçı ehtiyacı olan maddələrdən məhrum etmək deməkdir. Məsələn, əti makaron və sıyıqlarla əvəz etdikdə bu məhsulların qlisemik indeksinin yüksək olduğunu da nəzərə alın. Çox şəkər, çox karbohidrat və az zülal nəticəsində saçlar sönük və cansız olur, tökülməyə başlayır.

5. A vitamininin bolluğu

Faydalı və zəruri olan A vitaminini böyük dozalarda qəbul etdikdə saç folekullarına pis təsir göstərir. A vitamini göz problemləri və korluğun qarşısını alır. İnfeksiyaya qarşı müqaviməti artırır. Dərinin və dırnaqların sağlam qalmasını təmin edir. Diş və diş əti üçün böyük əhəmiyyət daşıyır. Bu vitamin dərinin nəmli qalmasını təmin edir. Həmçinin öskürəyə də faydalıdır. Lakin A vitamini ilə zəngin olan kök, brokkoli, bibər kimi meyvə və tərəvəz pəhrizini saxlamaq saçlara heç də müsbət təsir göstərmir.

Ümumiyyətlə, saç tökülməsi kimi ciddi problemlərdə həkim, trixoloqa müraciət etmək məsləhətdir. Amma həkimə baş çəkməyə vaxtınız və imkanınız yoxdursa, bizim məsləhətlərimizi nəzərə alın.

Saçları möhkəmləndirən və tez uzadan duz maskası

Saçların kəskin tökülməsi ilə mövsüm dəyişikliyi zamanı daha çox qarşılaşırıq. Lakin xoşbəxtlikdən vəziyyəti düzəltmək üçün sehrli üsullar, maskalar və faydalı qidalar var. Bu baxımdan duz maskası saçlar üçün əla vasitədir. Saçların uzanmasını stimullaşdıran duz maskasının resepti çox sadədir: 2 xörək qaşığı xırda dəniz duzunu hər biri 1 çay qaşığı olmaqla badam, zeytun və buğda toxumu yağı ilə qarışdırın. Bu qarışıq saç dərisinin qan dövranını yaxşılaşdırır, saç diblərini qıcıqlandırır. Bu da saçların sağlam və daha tez uzanmasına şərait yaradır. Maskanı 20 dəqiqə saçda saxladıqdan sonra saç diblərini masaj edərək şampunla yuyun.

Saçları möhkәmlәndirәn vә qalınlaşdıran duz maskası

Bu maskaları hazırlamaq üçün yarım fincan xörәk duzu vә ya dәniz duzu, yarım stәkan bal vә ya konyak götürüb qatmaq lazımdır. Alınmış qarışığı kip qapaqlı qaba töküb 3 hәftә saxlayın. Bu saç maskası deyilən müddәt tamam olduqdan sonra istifadәyә yararlı ola bilәr! Hazır olanda maskanı baş dәrisinә vә saçlarınıza çəkin. 30 dәqiqәdәn sonra yuyun. Belә maskalar saçları parıldadır, sağlam görünüş bәxş edir vә әn әsası­ yağlılığını aradan qaldırır. atv.az

Sağlamlıq     Baxılıb: 2059   Tarix: 23 sentyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

turlar.az

geymler 2026 qis geyimləri 2026 geyim və ayaqqabılar qonaq otagi dizayni donlar 2026 qazan katleti qadin.net kosmetika novruz bayramina aid hakistalar webnem tovuzlu şirin qoğal zəhmət üzeyir hacıbəyli