Bu qidaları qətiyyən soyuducuda saxlamaq olmaz, diqqətli olun

Bu qidaları qətiyyən soyuducuda saxlamaq olmaz, diqqətli olunMülayim və isti havalarda bir çox qadınlar əksər qida məhsullarını soyuducuya yığırlar. Bu üsul uzun müddət saxlanılması gərək olan qidaların xarab olmaması baxımından çox faydalıdır. Belə ki, aşağı temperaturda bir çox qida məhsulları öz keyfiyyətini itirib xarab olmur. Amma, bəzi qida məhsulları vardır ki,onları soyuducuda saxlamaq olmaz. Bu qidaların hansı olduğunu bilirsinizmi?
Çörək
Mütəxəssislər çörəyin 0-2* temperaturda öz təzəliyini itirdiyini sübut etmişlər. Belə ki, araşdırmalar soyuducuda saxlanılan çörəyin otaq temperaturunda saxlanılan çörəkdən daha tez xarab olduğunu söyləyirlər. Mütəxəssislər çörəyil polietilen torbada soyuducunun dondurma gözündə 4 - 6 ay saxlamaq olduğunu qeyd edirlər, amma soyuducunun alt gözündə çörəyi saxlamaq qətiyyən olmaz. Çünki, aşağı temperaturda çörək öz təravətini itirir.
Tropik meyvələr
Tropik meyvələr aşağı temperatura öyrəşmədikləri üçün onları soyuducuda saxlamaq qətiyyən olmaz. Çünki, tropik meyvələr soyuducunun zəhərli qazlarına qarşı həssas olur və öz təravətlərini tez itirirlər. Banan, kivi, naringi otaq temperaturunda soyuducudakından daha təravətli qalır. Soyuducunun nəm havası tropik meyvələrin qabığına ləkə salır və vaxtından əvvəl çürüməsinə səbəb olur. Mütəxəssislər bu səbəbdən də tropik meyvələri saxlayarkən onun qabığına su dəyməsinin qarşısını almağı tövsiyə edirlər.
Şirəli meyvələr
Mütəxəssislər şirəli meyvələrin soyuducuda saxlanılmasının əleyhinədirlər. Onların araşdırmaları bu meyvələrin soyuducunun etilen qazını canlarına çəkə bilmək qabiliyyəti olduğunu sübut etmişlər.
Təzə tərəvəzlər
Mütəxəssislər təzə tərəvəzlərin soyuducuda saxlanılmağını məsləhət bilmirlər. Belə ki, yerkökü, çuğundur, kartof, turp kimi tərkibində nişasta olan tərəvəzlərin soyuducuda saxlanılması məqsədəuyğun sayılmır. Çünki, bu tərəvəzlər özlərinə nəmi asanlıqla çəkir və tez bir zamanda çürüyürlər.
Soğan və sarımsaq
Bu tərəvəzlər aşağı temperatura dözməyən tərəvəzlərdir. Onlar nə donmaya, nə də çox nəm və soyuq havaya davam gətirə bilirlər. Bu tərəvəzlərin iyi soyuducuda olan qidaların üzərinə hopur və onların keyfiyyətini korlayır. Mütəxəssislər soğan və sarımsağı soyuducuda saxlamaqdansa, 18-20* temperaturda saxlamağı məsləhət bilirlər.
Göyərtilər
Mütəxəssislər göyərtilərin çox soyuğa qarşı davamlı olmadığını qeyd edərək onları soyuducuda deyil, sərin yerdə saxlamağı məsləhət bilir.
Zeytun yağı
Zeytun yağı sərin və günəş şüalarından uzaq yerdə saxlanılmalıdır. Onun soyuducuda saxlanılması yağın donmasına və tərkibinin dəyişməsinə səbəb olur.
Şokolad
Soyuducuda saxlanılan şokoladın üst təbəqəsi korlanır. Bu səbəbdən də soyuducudan çıxarılıb yeyildikdə əvvəlki dadı vermir. Bu zaman təzə şokolad kakao tozu və şəkər kristallarının qarışımından hazırlanmış qarışım dadı verir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1290   Tarix: 05 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

turlar.az

adlarin menasi geyim seçimi kosmetika mehsullari milli mətbəx qəbizlik sarimsaqla qurdun mualicesi dosabin xeyri kosmetika birlik baldıza aid hakışta qadin.az oglan evi rus dili 2ci ders