Bu resept 1 gündə arıqladır, toksinlərdən təmizləyir, piy qatlarını əridir+ VİDEO

Bu resept 1 gündə arıqladır, toksinlərdən təmizləyir, piy qatlarını əridir+ VİDEODüz bir qarına, incə bir belə bu möcüzə qarışımla incə belə qovuşa biləcəksiz.

Hər qadın istəyər ki, dümdüz qarnı və incə beli olsun. Düzgün qidalanma və gündəlik idmanla bu mümkündür.

Qadinsayti.az SaqlamHeyat.az -a istinadən bildirir ki, sağlam qidalanmanın ən önəmli ünsürü də bol su içməkdir. Əgər su içməkdən xoşunuz gəlmirsə,Bu çox faydalı sudan için.

Xiyar, limon, nanə və zəncəfillə dadlandırılan su ilə sürətli və sağlam şəkildə arıqlaya bilərsiz.

Arıqlamaq istəyən, qarın nahiyəsində problemləri olan, eləcə də orqanizmini yaxşılaşdırmaq istəyənlər üçün olduqca faydalıdır.

İnqredientlər:

Suyu tökmək üçün qab;

Orta ölçülü limon və xiyar;

Zəncəfil kökü;

Nanə;

Təmiz su.

Hazırlanması:

Addım 1.

Bu suyu axşamdan hazırlamaq daha yaxşı olardı. Belə ki, su soyumalı və tərkibindəki ərzaqlar öz faydalı maddələrini suya çıxarmalıdırlar. İlk növbədə, limon, xiyar, zəncəfil və nanə yaxşı yuyulur (limon və xiyarın qabığı soyulmadığı üçün təmiz yuyulmaları vacibdir).

Addım 2.

Limon və xiyar nazik halqalar şəklində doğranır. Zəncəfil kökündən 1-2 sm uzunluğunda hissəsini kəsib qabığını soymaq və rəndələmək lazımdır. Sonda alınan zəncəfil 1 çay qaşığı qədər (təpəciklə) olmalıdır. 10-15 yarpaq nanə götürmək kifayətdir.

Addım 3.

Hazırlanmış inqredientləri 2 litr həcmi olan qaba boşaldırıq. Üzərinə 2 litr təmiz filtrlənmiş su töküb soyuducuda bir gecə qalmalıdır.

Addım 4.

Hazırlanmış 2 litr məhlulun hamısı gün ərzində içilməlidir. Səhər acqarnına bu sudan içmək lazımdır. Zəncəfil bağırsaqların işini yaxşılaşdırır. Bu su şişkinliyi yatırır, bədəndə olan toksinləri çıxarır, mədə-bağırsaq sistemini qaydaya salır.

Limon və xiyarı nazik-nazik dilimləyin, bütün ləvazimatları suyun içinə qoyub bir gecə soyuducuda saxlayın. Ertəsi gün bütün su ehtiyacınızı bu suyla qarşılayın.

Bu suyun faydaları

Zəncəfil və limon antioksidandır. Zərərli toksinləri bayıra atmağa kömək edir. Nanə həzm sisteminə faydalıdır. Xiyar vitamin tərkibi və aclığı yox etməsinə görə hər pəhrizin vazkeçilməzidir. Yorğunluq hissini də yox edir.

Yüksək keyfiyyətli və faydalı yağlarla qidalanmaya əsaslanan bu pəhriz zamanı qida rasionlarını 4 saatda bir yeməniz tövsiyə edilir. Məqsəd şişkinliyi və suyu ata bilməkdir. İdmanı da əksik etməyin.

Gözəllik və Moda     Baxılıb: 10467   Tarix: 24 avqust 2016
f Paylaş

Oxşar xəbərlər

.

Saçınız nazikdirsə, heç vaxt belə kəsdirməyin

Hansı saç düzümləri incə saçları daha az həcmli göstərir: niyə stilistlər gündəlik görünüşlərdə bu formalardan çəkinməyi məsləhət görürlər. Beləliklə, bu modelləri təqdim edirik:. İncə saçlar üçün hansı saç kəsimləri uyğu

.

50 yaşdan yuxarı qadınlara əlavə yaş qatır: bu 3 saç düzümünü etməyin

Saç düzümü insanı həm cavan göstərə, həm də əksinə – yaşlı göstərə bilər. Stilistlərin fikrincə, düzgün seçilməmiş saç modeli qadının xarici görünüşünə mənfi təsir edə bilər. Buna görə də saç kəsimi seçərkən diqqətli olma

.

XIX əsrdə qadınların gözəllik üçün istifadə etdiyi təhlükəli üsullar

XIX əsrdə qadınlar gözəl görünmək üçün müxtəlif üsullardan istifadə edirdilər, lakin həmin dövrdə kosmetikanın tərkibi bu günlə müqayisədə xeyli təhlükəli idi. Elmi biliklərin kifayət qədər inkişaf etməməsi səbəbindən bi

.

10 il cavanlaşdıracaq 7 saç modeli

Bir qadın üçün saç düzümü güvən alətlərindən biridir. Bəzi insanlar yalnız kosmetika və əlaqəli prosedurların görünüşünü "cavanlaşdırmağa" kömək edə biləcəyinə inanırlar. Mütəxəssislər deyirlər ki, düzgün saç düzüm

.

"BOLTUŞKA" - Dərinin təmizlənməsi üçün ƏN YAXŞI VASİTƏ

Sizə kosmetoloqların tez-tez istifadə etdiyi məşhur "boltuşka"nın reseptini təqdim edirik. Bu tanınmış vasitə sızanaqlarla mübarizədə çox effektlidir. Boltuşkanın reseptləri çoxdur, sizi bu reseptlərdən biri il

.

Qadınların gözəllik uğrunda fədakarlıqları: azadlıq, yoxsa təzyiq?

Qədim zamanlardan bu günədək qadın gözəlliyi müxtəlif dövrlərdə fərqli anlayışlarla qiymətləndirilib. Zaman keçdikcə dəyişən gözəllik standartları qadınların öz bədənlərinə, zahiri görünüşlərinə və şəxsi seçimlərinə münasibətin

.

Bu ilin məşhur makiyaj trendləri hansılar olacaq?

Makiyaj dünyası, hər il yeni trendlərlə zənginləşir və kosmetika sənayesi inkişaf etdikcə, istifadəçilər daha çox müxtəlif texnikalar və məhsullar ilə tanış olur. 2025-ci il üçün gözəllik dünyasında gözlənilən ən maraql

.

"TikTok"un diktə etdiyi 5 makiyaj trendi

Artıq demək olar ki, hər bir xanım sosial şəbəkələrdən ilham mənbəyi kimi istifadə edir. Tətbiqlərə hər dəfə daxil olanda biz müxtəlif istedadlı və yaradıcı blogerlərin paylaşdığı videolara heyran qalırıq, həmçinin yeni makiya

.

Duru gözəllikdən ifrat çirkinliyə: norma nədir?

Son illərdə qadınların ən çox seçdiyi estetik əməliyyatlardan biri olan ombaböyütmə estetikası ilə bağlı çox müzakirələr aparılır. Səbəbi də sadədir – qəribə bədən quruluşuna malik, sinəsi irəli, arxası geri, əyri görünüşl

turlar.az

geyim və ayaqqabılar qadin dunyasi sade makiyaj sekilleri sərxan kərəmoğlu aybasi ucun derman goyemin faydalari 2026 donları kosmetika novruz bayramı sanama qız bürcü klitor baldiza aid