Bu şəxslərin koronavirusun yeni ştammına yoluxma riski çox azdır
COVİD-19-a yoluxub sağalanlar və peyvənd olunanlar üçün virusun yeni ştammına yoluxma riski çox az olur.
Milli.Az bildirir ki, bunu Trend-ə həkim infeksionist Fərrux Sədirov deyib.
Onun sözlərinə görə, virus mutasiya olunsa belə, onun bu strukturu COVİD-19-un ana strukturuna, hətta 50 il əvvəlki virusun ana strukturuna bənzəyir:
"Hər hansı bir koronavirus növünə yoluxmuş insanlarda xəstəliyə yoluxma ehtimalı nisbətən azdır. Həmin şəxslər virusa yoluxsa belə, onun xəstəliyi ağır keçirmə ehtimalı daha azdır. Bu səbəbdən xəstəliyi keçirənlər, peyvənd olunanlar virusun yeni ştammına yoluxsalar da, orqanizmlərində əmələ gələn immunitet sayəsində onların xəstəliyi yüngül keçirəcəklərini düşünmək olar".
F.Sədirov əlavə edib ki, orqanizmdəki antitellərin 3-6 ay ərzində qoruyuculuğunun olması barədə məlumatlar var. Bu müddətdən sonra anticisimlərin sayı azalmağa başlayır və təkrar yoluxma mümkündür.
F.Sədirov qeyd edib ki, uşaqlar risk qrupuna daxil olmadığından onların hələki peyvəndlənməsi lazım deyil.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI