Bu sudan istifadə uşaqlarda autizmin inkişafına səbəb ola bilər

Bu sudan istifadə uşaqlarda autizmin inkişafına səbəb ola bilərAmerikalı və danimarkalı alimlər tərəfindən birgə aparılan yeni araşdırmaya əsasən, tərkibində yüksək miqdarda litium olan kran suyunu istehlak edən hamilə qadınlarda autizm spektri pozğunluğu olan uşağın dünyaya gəlmə riski artır.
Araşdırmanın aparıcı müəllifi, tibb elmləri doktoru, nevrologiya üzrə alim və epidemiologiya və ətraf mühitin gigiyenası üzrə professor Beata Rits izah edib: "İnkişaf edən insan beyninə təsir edə bilən istənilən içməli su çirkləndiriciləri ətraflı öyrənilməlidir. Gələcəkdə isə suda antropogen litium mənbələri litium tərkibli batareyaların istifadə edilməsi və onların zibilliklərə atılmasına görə daha yayılmış ola bilər, oradan litium yeraltı sulara düşə bilər".
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, litiumun əhvali-ruhiyyəni sabitləşdirmək qabiliyyətinə malik olduğuna görə bəzi litium birləşmələri artıq uzun müddətdir ki, depressiya və biopolyar pozuntuların müalicəsi üçün istifadə olunur. Buna baxmayaraq, anaların hamiləlik vaxtı litium tərkibli preparatları təhlükəsiz olaraq qəbul etdikləri barədə mübahisələr gedir, çünki o, yüksək dərəcədə uşağın düşmə riski, ürək anomaliyaları və ya yeni doğulmuş körpələrdə qüsurların olması ilə əlaqələndirilir.
Tədqiqatlarında ətraf mühitin sinir sisteminin inkişaf pozuntuları və neyrodegenerativ xəstəliklərə necə təsir etdiyinə diqqət yetirən Rits, litium və autizm riski arasında mümkün olan əlaqəni tədqiq etməyə qərar verib. O aşkar edib ki, bəzi eksperimental tədqiqatlar suda tez-tez rast gəlinən metallardan biri olan litiumun sinir sisteminin inkişafında iştirak edən və autizmin inkişafı ilə əlaqədar olan molekulyar yola təsir edə biləcəyini göstərib.
Tədqiqatın həmmüəllifi, Yel Universitetinin İctimai Səhiyyə Məktəbinin səhiyyə üzrə magistri və epidemiologiya üzrə dosenti doktor Zeyan Lyu əlavə edib ki, Danimarkada əvvəlki tədqiqatların nəticələrinə əsasən, içməli suda az dozalarda litiumun xroniki istehlakı böyüklərdə əsəb-ruhi pozuntularının meydana gəlməsinə təsir göstərə bilər.
Danimarkada şişelenmiş suyun istehlakı Avropa üzrə ən aşağı göstəricilərdən biridir, danimarkalılar əsasən kran suyundan istifadə edirlər. Ölkədə, həmçinin suda mikroelementlər və digər çirkləndiricilərin ölçülməsi üçün etibarlı sistem mövcuddur, bu da tədqiqatçıların işini asanlaşdırıb.
Autizmin inkişafına səbəb ola biləcək digər amilləri çıxdıqdan sonra məlumatlar göstərib ki, suda litiumun səviyyəsi artdıqca autizm diaqnozunun qoyulması riski də artıb. Tədqiqatçılar, həmçinin aşkar ediblər ki, litiumun səviyyəsi və autizm riski arasında əlaqə kiçik şəhərlərin və kənd sakinləri ilə müqayisədə şəhər sakinlərində daha güclü olub. Çox güman ki, sakinlər üçün vəziyyət bir çox digər əlavə çirkləndirici maddələrə görə gərginləşir. 
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1243   Tarix: 18 aprel 2023
f Paylaş

Oxşar xəbərlər

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

turlar.az

kosmetik vasiteler qadin dunyasi yay kolleksiyasi hobbi yuxu pozğunluğu bürc uyğunluğu sepsis xesteliyi kosmetika burcler sağlamlıq yumurta bahar prostat