Bu virus daha çox yaz aylarında yayılır
"3 aya yaxındır ki, uşaqlar arasında rotavirus yayılıb. Bu virus daha çox qış və yaz aylarında müşahidə edilir. Xəstəlik bağırsaq infeksiyasıdır və bağırsaqda ishala səbəb olur. Lakin tənəffüs yollarının iltihabını da yarada bilir. Bir sözlə, qripə də bənzəyir".
Bunu Publika.az-a açıqlamasında həkim-infeksionist Mərdan Əliyev deyib.
Həkim əlavə edib ki, ümumilikdə qusma, ishal, hərarət bu virusun göstəriciləridir: "5 yaşa qədər uşaqlar bu xəstəliyə qarşı daha həssasdırlar. Lakin 2 yaşa qədər körpələr bu xəstəliyi ağır keçirirlər. Bu da gündəlik qusma və ishalın səbəb olduğu maye itkisi ilə əlaqədardır. Hərarətin isə çox yüksək olması xarakterik deyil. Bu xəstəlik daha çox bağça yaşlarında uşaqlarda olur. Bağçalarda tibbi müayinələr olmalı və xəstəliyin simptomları görülən uşaqlar bağçalara buraxılmamalıdır. Virusun yayılmasının qarşısını bu cür almaq mümkündür. Bu məsələdə valideynləri daha məsuliyyətli olmağa çağırırıq".









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi