Bu xəstəlikdən əziyyət çəkən insanlar FEYXOA yeməməlidir

Bu xəstəlikdən əziyyət çəkən insanlar FEYXOA yeməməlidirFeyxoa olduqca faydalı məhsuldur. Lakin bəzi xəstəliklər zamanı feyxoanın istehlakı insana ziyan vura bilər.
Söhbət xüsusilə hipertireoz (və ya tireotoksikoz) xəstəliyindən gedir.
Hipertireoz zamanı qalxanvari vəzinin hormonlarının ifrazı artır ki, bu da orqanizmin bir çox orqan və sistemlərinə mənfi təsir edir. Məntiqi sual yaranır - feyxoanın bu xəstəliyə nə aidiyyatı var?
Məsələ burasındadır ki, qalxanvari vəzinin hormonlarının istehsalı üçün yod lazımdır. Yod bu hormonların tərkibinə daxildir. Feyxoa isə yodla olduqca zəngindir. İnsanda hipertoreoz artıq varsa və onun qalxanvari vəzisi həddindən artıq aktivdirsə, yodla zəngin olan qidaların istehlakı qalxanvari vəzinin fəaliyyətini daha da aktivləşdirəcək ki, bu da xəstəliyin gedişatını ağırlaşdıra bilər.
Qalxanvari vəzinin digər pozulması olan hipotireoz (hiper - çox, hipo - az deməkdir) zamanı qalxanvari vəzi əksinə zəif işləyir, öz hormonlarını lazım olandan daha az ifraz edir. Hipotireoz zamanı qalxanvari vəzinin fəaliyyətini əksinə aktivləşdirmək lazımdır və bu vəziyyətdə yodla zəngin olan qidalar və o cümlədən feyxoa faydalıdır.

Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 1995   Tarix: 07 noyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

turlar.az

qaşların formalari hamiləlik həkim məsləhəti qonaq otagi dizayni 2026 3 baci dolmasi 2026 geyim kolleksiyasi oxu zalı kosmetika maraqli hakistalar zencefil sevda hakistalar rus dilin nece orenek