Bu xəstəliklər jurnalistləri MƏHV EDİR

Bu xəstəliklər jurnalistləri MƏHV EDİRYuxusuz gecələr, saatlarla kompyuter qarşısında işləmək, stress, hazır yeməklərdən çox istifadə etmək.... Jurnalistlərin həyatı kifayət qədər gərgin və yorucudur.

Bəs bu vəziyyət onlarda hansı xəstəlikləri yaradır? Xəstəliklərin qarşısını almaq üçün nə etməli?

Xanim.az xəbər verir ki, mütəxəssislər jurnalistlərin daha çox əziyyət çəkdiyi, yaxud tutulmağa meyilli olduğu xəstəliklərin adlarını açıqlayıb. Bu xəstəliklərin başında infakt və yüksək təzyiq gəlir.

İnfarkt və yüksək təzyiq – Bu xəstəliyə ən çox rast peşələrdən biri jurnalistikadır. Səbəbi isə jurnalistlərin stresli həyat tərzidir. Türkiyəli kardioloq Ahmet Karabulut ürək xəstəliklərinin səbəbinin həmçinin oturaq iş qrafiki olduğunu bildirib:

"Uzun müddət masa arxasında xəbər hazırlayan müxbirlər kimi soyuq havada sadəcə xəbər tapmaq üçün gözləyən müxbirlər də risk altındadır. Belə jurnalistlər yuxu rejiminə xüsusi diqqət etməlidirlər".

Həkim günlük 30-40 dəqiqə ərzində idmanla məşğul olmaq, hazır qidalardan uzaq durulmasını tövsiyə edir.

Depressiya - Türkiyəli psixiatr Ömər Olukun sözlərinə görə, ruhi sağlamlığı pozan peşələrdən biri jurnalistikadır. Təhlükəli sahələrdə aparılan çəkilişlər, yaranan problemlər onların psixologiyasına mənfi təsir göstərir. Əgər ciddi yanaşılmasa, daha böyük xəstəliyə gətirib çıxara bilər.

Bel və boyun yırtıqları – Fiziki Müalicə və Reabilitasiya mütəxəssisi Meral Bayramoğlu qeyd edib ki, stresli və gərgin işləmək jurnalistlərdə sinir pozğunluğuna səbəb olur. Bundan başqa, jurnalistlərin bel və boyunlarında ağrılar başlaya və irəliləyə bilər. Ağır avadanlıqların daşınması da bir müddətdən sonra boyun və bel yırtığı yaradır. Mütəxəssis mütəmadi olaraq boyun idman hərəkətləri ilə məşğul olmanın vacibliyini vurğulayıb.

Göz xəstəlikləri – Türkiyəli oftalmoloq Banu Coşar jurnalistlərdə göz xəstəliklərinin qaçılmaz olduğunu bildirib:
"Riskli bölgələrdə də çəkilişlər zamanı gözə mikrob düşməsi ehtimalı yüksəkdir. Gözlərdə ağrı, yorğunluq, narahatlıq, göz quruması, bulanıq görmə, qızarıqlıq səbəbindən "Kompyuterə baxma sindromu" yarana bilər. Bundan qaçmaq üçün gözü nəmli saxlayan göz damlalardan mütləq istifadə edilməlidir".
Medicina.az

Sağlamlıq     Baxılıb: 1939   Tarix: 16 yanvar 2018
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

turlar.az

yay kolleksiyasi toy makiyajlari qaşların formalari intim məktəb quymaq resepti donlar 2026 spermanin qadina faydasi kosmetika gözəllik qadin.az penis xerceng baldiza aid