Buddistlərin 1000 illik sirri: 650 avroya satılan möcüzəli çay

Buddistlərin 1000 illik sirri: 650 avroya satılan möcüzəli çayArtıq yaşıl və ağ çay dəbdən düşüb. İndi bütün dünya "matcha"(maça) çayı içir. Maça çayının yaşıl çaydan 10 qat daha faydalı olduğu deyilir.

Maça nədir?

Maça toz halına salınmış çay deməkdir. Yaşıl çay yarpaqlarının toz halına gətirilməsi ilə əldə edilir. Yəni, yaşıl çayın bir növüdür. Ancaq maraqlıdır ki, o, yaşıl çaydan da faydalıdır.

Buddistlərin 1000 illik sirri

Bu çayı buddistlər məşhurlaşdırıb. Onlar düz min ildir ki, bu çayın faydalarından yararlanırlar. Məsələn, meditasiyadan əvvəl maça içirlər. Çünki maçanın insanın diqqətini toplamağa və beyni mənfi fikirlərdən təmizləməyə kömək etdiyinə inanırlar.

Maçanın inanılmaz faydaları

Deyilənə görə, 1 stəkan maça çayı içmək 10 stəkan yaşıl çay içmək kimidir. Yəni, eyni effekti verir. Maça antioksidantlarla zəngindir. Buna görə də, xərçəngin düşməni hesab edilir. A, B, C, E vitaminləri ehtiva edir. Tərkibində kofein olmasına baxmayaraq, insanı sakitləşdirir. Qandakı şəkəri tənzimləyir, orqanizmi toksinlərdən təmizləyir. Yağları əridir, xolesterinin səviyyəsini aşağı salır, immunitet sistemini gücləndirir.

Lüks çay

Bu qədər faydaları olan çayın qiyməti, əlbəttə ki, baha olacaq. Maçanın 50 qramı 650 avroya satılır. Çayı qaranlıq və rütubətsiz yerdə mühafizə etməli, həmçinin, 3-4 ay içərisində bitirməlisiniz. Çünki çay hava ilə təmas etdikcə təsiri azalır. Onu da qeyd edək ki, bu çayı gündə bir dəfədən çox içmək olmaz.

Maçanı necə dəmləməli?

Maça çayını hazırlamaq üçün bir neçə şeyə ehtiyacınız var: bambukdan hazırlanmış xüsusi əl mikseri, uzun çay qaşığı və əvvəlcədən qaynadılıb ilıq hala gətirilmiş (60-70 dərəcədə olan) 200 ml. su. Çayı seramikdən hazırlanmış fincanda içmək məsləhətdir. (publika.az)

Sağlamlıq     Baxılıb: 1756   Tarix: 16 sentyabr 2016
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

turlar.az

qadın geyimi gözəllik məhsulları qadin dunyasi qis salatlarinin hazirlanmasi göyəmin faydası qadın sonsuzluğu kişi dünyası kosmetika xlor lekesi vidyolar qızlıq pərdəsi hakista sozler kökəlmək üçün