Bunlar xərçəngə yol açır - Həkimdən MÜHÜM TÖVSİYƏ

Bunlar xərçəngə yol açır - Həkimdən MÜHÜM TÖVSİYƏ"Stress və bədbəxtlik düşüncələri şəkərli diabet və xərçəngə yol aça bilər. Genetik olaraq həyati təhlükəli vəziyyətlərdə stressə cavab üçün kodlanmış simpatik sinir sistemimiz işə düşür. Bəsit dildə desək, bu sistem "savaş, ya da qaç" mexanizmini başladır".
Bunu Publika.az-a açıqlamasında anestezioloq-reanimatoloq Turanə Rəsulova deyib.
"Stressi dərk edən amiqdalımız neyrohumoral sistemimizin şefi olan hipotalamusa xəbər göndərir, o da dərhal ACTH dediyimiz adrenokortikotrop hormonu sintezləyir. Onun təsirilə xəbər böyrəküstü vəzimizə gedir və stressə cavab olaraq kortizol sintezlənir. Kortizol qaraciyərimizi işə salıb qanımıza şəkəri doldurur ki, savaşmaq, ya da qaçmaq üçün enerjimiz olsun. Amma biz müasir dünyada nə savaşırıq, nə də qaçırıq, mürəkkəb və gərəksiz problemlərimizlə bu mexanizmi işə salıb qan şəkərimizi yüksəldirik. Davamlı qan şəkərimiz yüksəldikcə mədəaltı vəzimiz şəkəri parçalamaq üçün insulin sintez edir və zamanla yorulan, tükənən mədəaltı vəzimizin hüceyrələri ölür və şəkərli diabet xəstəliyinə yaxalanırıq" - həkim qeyd edib.
Xərçəng necə yaranır?
Turanə Rəsulova bildirib ki, xərçəngin yaranma səbəbi multifaktorialdır, amma stressin də bunda rolu var: "Stress və gərginlik, qeyd etdiyim "savaş, ya da qaç" mexanizmini işə salanda immun sistemimiz beynimizin və vücudumuzun "vecinə olmur". Əsas məsələ ölməməkdir, həyatı qurtarmaqdır. Xroniki stress immun sistemini mütəmadi təsirə məruz qoyduğu üçün immunitetimiz baş verən "xətaları" düzəldə bilmir və bu xətalar artıb çoxaldıqca xərçəng hüceyrəsinə çevrilir. Odur ki, beynimizin reallığını stress və gərginliyə deyil, xoşbəxtlik duyğusuna və düşüncəsinə kökləməliyik. Sağlam düşüncə və duyğular sağlamlığın təməlidir".

Sağlamlıq     Baxılıb: 1731   Tarix: 15 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

turlar.az

gözəllik məhsulları hamiləlik geyim necə seçməli oxucu mektubu testlər anaya aid atalar sozu kartof qizartmasi hazirlanmasi kosmetika novruz hakistasi paxlava nagillar rus dilini öyrənək 2 ci dərs toy gecesi