Burak Özçivit açıqladı: "Ronaldo ilə birgə layihə gəlir
Ötən həftələrdə dünyaca məşhur futbolçu Kristiano Ronaldo ilə görüşən türkiyəli aktyor Burak Özçivit mövzu ilə bağlı yeni açıqlama verib.
azxeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, Ronaldo ilə fotosunu "Böyük fanatıyam" qeydi ilə yayımlayan Burak Özçivit ötən axşam jurnalistlərin suallarını cavablandırıb.
Aktyor futbolçu ilə görüşündən danışıb.
Mövzu ilə bağlı Özçivit deyib: "Bəli, bir araya gəldik. Yenidən görüşəcəyik. Çox şey danışmaq doğru olmaz. Layihə haqqında danışa bilmirəm".
Artıq ikilinin hansı layihədə yer alacağı maraq doğurur. Ronaldonun sevgilisi Georgina Rodriguez və Burak Özçivitin həyat yoldaşı Fahriye Evcenin də bir araya gələcəyi şayiələr var.
Ayşən










Baxımlı qadın görüntüsü yaradan 10 sadə detal
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi