Burun əməliyyatına gedənlərə XƏBƏRDARLIQ

Burun əməliyyatına gedənlərə XƏBƏRDARLIQBurun estetikası ölkəmizdə və qardaş ölkə Türkiyədə illərdir ən çox müraciət edilən əməliyyatlar siyahısında birinci gəlir.

Əməliyyatdan əvvəl diqqət edilməsi lazım olanlar…

Bu əməliyyata girməyə qərar verdikdən sonra həkiminiz sizin üçün əməliyyat öncəsi bəzi məsləhətlər verməlidir. Bu mərhələdə diqqət yetirilməsi lazım olan bir neçə nüans vardır. Məsələn, ən əhəmiyyətlilərindən biri, xəstə, aspirin kimi qan duruldan dərmanları əməliyyatdan ən az bir ya da iki həftə əvvəl buraxmalı və istifadə etməməlidir. Əgər əməliyyat olunacaq şəxs bu dərmanların istifadəsinə davam etsə, xəstənin əməliyyatı böyük risk daşıyar və mənfi nəticələnər. Bu da həm xəstəyə, həm də mütəxəssisə mənfi təsir edərək arzuolunan səmərənin alınması çətinləşdirər.

Eyni zamanda qeyd etmək istərdim ki, xəstələrin siqaret və spirtli içkilərdən istifadəsi də yaraların sağalmasını olduqca gecikdirər. Bu səbəbdən xəstələr müalicə müddətindən əvvəl bu tip vərdişlərini buraxmalı, heç olmasa mümkün olduğunca ara verməlidirlər.

Qadın namizədlərin ən çox soruşduğu suallardan biri isə, onların adət dönəmində burun estetik əməliyyatı etdirə bilib, bilməyəcəkləri ilə bağlıdır. Namizədlər bu mövzu ilə bağlı mütləq şəkildə seçdikləri həkimlə məsləhətləşməlidirlər. Ancaq bu bioloji baxımdan hər hansısa bir maneə daşımır. Yəni namizədlər bu dönəmlərdə də burun əməliyyatı keçirə bilərlər.

Əhəmiyyətli olan nəticənin müsbət olmasıdır…

Burnun ucundakı problemlərin tipindən asılı olaraq müxtəlif qığırdaq əlavələri (greftler) və ya tikişlərlə burun quruluşu daha yaxşı hala gətirilə bilir. Günümüzdə burnunun ucunu yenidən formalaşdırmaq üçün toxumalar əvvəlkinə nisbətən daha çox mühafizə edilir. Bu bölgə açıq texniki və ya burun içindən (qapalı texniki) kəsik ilə əməliyyat edilir. Həmçinin, bu əməliyyat lokal, ya da ümumi anesteziya ilə həyata keçirilə bilər. Hər 2 texnikanın müsbət və mənfi tərəfləri vardır və əməliyyatın üsulu xəstənin ehtiyacına görə şeçilər. Hər iki üsuldan hazırda geniş şəkildə istifadə edilir. Əhəmiyyətli olan hansı texniki üsul istifadə edilirsə edilsin, nəticənin müsbət olmasıdır.

Rinoplastika əməliyyatında da hər əməliyyatda olduğu kimi bir neçə gün ağrı hiss edilər. Lakin bu, standart ağrıkəsici dərmanlarla müalicə edilə biləcək vəziyyətdir.

Əməliyyat sonrası burunda şişlər və göyərmələr…

Rinoplastika əməliyyatı burun sümüyünə istiqamətli bir əməliyyat olduğundan bir çox faktora bağlı olaraq burunda şiş meydana gələ biləcəyini təbii hesab edən Dr. Dizdar, bunun səbəblərini belə açıqlayır:

"Burada birinci faktor xəstənin dəri quruluşudur. İncə dərili xəstələrdə şişlərə və müəyyən göyərmələrə daha çox rast gəlinir. Əməliyyat sonrası iki gün ard-arda olmaqla, buzdan istifadə edərək şişkinlik və göyərmələri minimuma endirmək mümkündür. İkinci faktor isə mümkün olduğunca az zədə yarada biləcək cərrahi texniki üsulun istifadə edilməsidir. İndiki vaxtda burun cərrahiyyəsi çox inkişaf etmiş vəziyyətdədir və yeni yaranan tibbi texniki alətlərlə istənilən dəyişikliklər edilə bilər. Əməliyyatda yaranan bütün bu göyərmə və şişliklər isə, adətən, 10 gün müddətində tamamilə keçib gedir.

Əməliyyatdan sonra xəstə klinikada cəmi bir gecə saxlanılır. Əməliyyat sonrası ikinci gün burunun içinə yerləşdirilən silikonlar çıxardılır. Əməliyyatın yeddinci günündə isə burnun gipsi və burun ucunda tikişlər varsa, onlar açılır. Bundan sonra mütəmadi olaraq, birinci ay, üçüncü ay və il sonunda müayinələr aparılmalıdır".

Dr. Dizdar, əməliyyatın pik nöqtələrini qeyd edib:

- Əməliyyat əvvəlində anesteziya ilə əlaqəli müxtəlif təhlil və tədqiqatlar aparılmalıdır;

- Əməliyyatdan əvvəl qrip, soyuqdəymə və bu kimi halların qarşısı alınmalıdır. (Ümumiyyətlə, qrip olan şəxslərdə əməliyyat, adətən, təxirə salınır.);

- Əməliyyat öncəsi etdirdiyiniz müalicələrdə istifadə etdiyiniz dərmanları həkiminizə mütləq bildirməlisiniz;

- Qan durulaşdıran qidalardan istifadə etməməlisiniz;

- Bitki tərkibli dərmanları və ya çaylarını da əməliyyatdan 10 gün əvvəl buraxmalısınız;

- Siqaret yaxşılaşma müddətini azaltdığı üçün əməliyyata qərar verdiyiniz andan siqareti də mütləq tərgitməlisiniz;

- Əməliyyata gedərkən lak, jele, makiyaj, saç spreyi kimi kosmetika məhsullarından uzaq durmalısınız;

- Əvvəl keçirdiyiniz əməliyyatlar varsa, bunun haqqında həkiminizi məlumatlandırmalısınız.

Maraqlı     Baxılıb: 4308   Tarix: 20 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

100% görmə əngəlli olsanız belə, bu implantla görəcəksiniz - İlon Maks açıqladı

 "İlk implantları yaxın aylarda yerləşdirəcəyik". İlon Maskın "Neuralink" şirkəti görmə qabiliyyətini itirmiş insanlar üçün nəzərdə tutulan beyin implantı üzərində çalışmalarını davam etdirir. xəbər veri

.

Prezident və Birinci xanım Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıblar

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva sabiq dövlət müşaviri Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıb. xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir

.

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək - FOTO

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək. xarici mətbuata istinadən xəbər verir ki, Riçmond Universitetinin nevroloqu Kelli Lambert "The Conversation" jurnalına yazdığı essedə siçovullara maşın sürməyi öyrətdiy

.

Azərbaycanda yeni ixtisas – qəbul prosesi necə olacaq?

Xəbər verdiyimiz kimi, Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı genişləndirilib. Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, "daşınmaz əmlakın idarə olunması" ixtisası d

.

Günlər 24 yox, 16 saat olub - İDDİA

"Günlər artıq 24 yox, 16 saatdır" fikri elmi baxımdan doğru deyil. Bu iddia dünyada sensasiya doğurub. xarici mətbuata istinadən xəbər verir ki, alimlər Yer kürəsinin fırlanma sürətini uzun illərdir dəqiq şəkild

.

Bakının ən yaxşı məktəbləri - Siyahı AÇIQLANDI

2024-cü ildə Bakı şəhərindəki ümumtəhsil məktəblərini bitirərək attestat qiymətləri "əla" olan abituriyentlərindən 3.95%-i 200 baldan aşağı nəticə göstərib. xəbər verir ki, bu barədə -a Dövlət İmtahan Mərkəzində

.

ADU-nun doktorantı ölkə üzrə ən yüksək nəticəni göstərdi

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər ixtisası üzrə doktorantı Aynur İsayeva fəlsəfə doktoru imtahanında respublika üzrə ən yüksək nəticəni göstərib. xəbər verir ki, bu barədə universitet məluma

.

Azərbaycanlı alim vəfat etdi - FOTO

Azərbaycanda alim ölüb. Ölkə.az-a istinadla xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının sabiq dosenti, texnika üzrə fəlsəfə doktoru Qayıbəl

.

Gözəgörünməzlik kəşf olundu - Alimlər material hazırladılar

Çinli alimlər insanların gözəgörünməz olmasına imkan verəcək inqilabi material hazırlayıblar. xəbər verir ki, Çinin Elektron Elm və Texnologiya Universitetinin tədqiqatçıları işıq şəraitinə görə rəngini dəyişə bilən unika

turlar.az

qadin sayti kosmetika mehsullari yay geyimləri 2026 mimoza salatinin hazirlanma qaydasi şəkillər xorionik qonadotropin payiz haqqinda insa kosmetika sirniyatlar vusale elizade nizami gencevi qadin saglamlig buga burcu