Burun qanaxmaları. SƏBƏBLƏR VƏ İLK YARDIM

Burun qanaxmaları. SƏBƏBLƏR VƏ İLK YARDIMBurunun daxilindəki burun balıqqulaqları damarlarla zəngin olduğuna və burun çəpərinin ön hissəsində -  Kisselbax zonasında yerləşən böyük damarlar səthə daha yaxın yerləşdiyinə görə hətta yüngül zədələnmə zamanı da burun qanaxması müşahidə oluna bilər.
Burun qanaxması zədələnmə, qan laxtalanmasının pozulması, hipertoniya və s. xəstəliklər nəticəsində, yaxud güclü fiziki gərginlikdən sonra baş verə bilər.
Onun əsas səbəbi burun boşluğunda selikli qişanın tamlığının pozulması, yerli və ümumi olmaqla iki qrupa ayrılır.
Yerli səbəblər:
- burundaxili quruluşun zədələnməsinə səbəb olan yad cisim, əməliyyat zədələnmələri, burun boşluğunda aparılan hər hansı manipulyasiya;
- selikli qişanın hiperemiyalaşmasına səbəb olan kəskin və xroniki iltihabi proseslər - rinitlər, sinusitlər və adenoidlər;
- burun boşluğu selikli qişasının distrofik dəyişkənliyi - atrofik rinit və burun arakəsməsinin əyilməsi;
- burun boşluğunda hər hansı törəmə - angioma, bədxassəli şiş və ya spesifik qranuloma.
Ümumi səbəblər:
- ürək-damar sistemi xəstəlikləri - hipertoniya, ürək qüsuru, damar anomaliyaları və ateroskleroz;
- qan laxtalanmasının pozulması ilə əlaqədar xəstəliklər, diatezlər, hipo və avitaminoz;
- kəskin infeksion xəstəliklər, istivurma və günvurma halları;
- barometrik təzyiqin qəfil düşüb-qalxması nəticəsində yaranan patoloji hallar - uçuş, sualtı üzmə və alpinizm;
- hormonal disbalanslar - cinsi yetişkənlik, hamiləlik və klimaks.
İlk yardım:
- Zərərçəkmişi oturdaraq, baş qabağa əyilir, burun pərləri 10-15 dəqiqə ərzində burun çəpərinə sıxılır;
- Burunda yad cisim olub-olmadığı müəyyənləşdirilir;
- Burnun üstünə və alına buz qoyulur;
- Burun keçəcəyinə hemostatik süngər və ya tənzif tampon qoyulur;
- Qanaxma zamanı uzanmaq və danışmaq olmaz.
- Qanaxma dayandıqdan dərhal sonra burun nahiyyəsinə əl vurmaq və burnu silmək olmaz.
Reseptlər
- 1 xörək qaşığı quru gicitkən yarpaqları 1 stəkan qaynar suda 10 dəqiqə zəif ocaqda dəmlənir, soyuyandan sonra süzülür, gündə 4-5 dəfə 1 çay qaşığı daxilə qəbul edilir. Yaxud eyni qaydada dəmləmə hazırlanır, kiçik ölçülü qablara tökülərək soyuducuda dondurulur. Qanaxma zamanı yerli olaraq istifadə edilir.
- 2 xörək qaşığı dərman sincanotu kökləri üzərinə 1 stəkan qaynar su əlavə edilir, zəif ocaqda 5 dəqiqə bişirilir, süzülür. Qanaxmalar zamanı hər saatda 1 xörək qaşığı qəbul edilir.
- Fitooil Küncüt yağı kalsiumla zəngin olduğundan və laxtalanmanı artırdığından burun qanaxmasına meyilli xəstələr gündə 1-2 dəfə 1 çay qaşığından qəbul edə bilər.
- Ayaqlara soyuq islatma qoyulur.
- 3 qram mumya 10 ml su ilə qarışdırılır, həmin məhlulda isladılmış tənzif paraça ilə burun boşluğuna tampon qoyulur.
- Hərəsindən 100 qram olmaqla təzə bağayarpağı yarpağı və boymadərən otu eynicinsli kütlə alınanadək taxta və ya saxsı qabda əzilir, tənzif parçadan süzülür. Alınan şirədən 2-3 damcı buruna damızdırılır və 10 damcı daxilə qəbul edilir.
- 20 qram xırdalanmış palıd qabığı üzərinə 200 ml qaynar su əlavə edilir, emallı qabda, zəif ocaqda 15 dəqiqə bişirilir, ocaqdan götürülür, 45 dəqiqə soyudulur, süzülür. Hər burun dəliyinə 3-4 damcı damızdırılır.
-10 qram bağayarpağı yarpaqları üzərinə 200 ml qaynar su əlavə edilir, ağzı bağlı qabda zəif ocaqda 15 dəqiqə qaynadılır, ocaqdan götürərək 1 saat dəmlənir, süzülür. Gündə 3-4 dəfə 1 xörək qaşığı qəbul edilir.
Mənbə: Herba Flora jurnalı
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1021   Tarix: 28 noyabr 2021
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

turlar.az

geyim və ayaqqabılar reseptler qadin dunyasi terminlər balamı sevirəm bayatilar vetene aid sifahi xalq ədəbiyyatı kosmetika qiz evi ucun dolça video hüzeyir hacibəyov novruz bayramina aid hakista