Burun spreyləri və onlardan istifadə qaydaları - Diqqət

Burun spreyləri və onlardan istifadə qaydaları - DiqqətBurunun tənəffüs funksiyasından başqa orqanizm üçün qoruyucu rolu da var. Bu, xaricdən daxil olan havanın nəmləndirilməsi, isidilməsi və zərərsizləşdirilməsi hesabına baş verir.
Milli.Az Axar.az-a istinadən xəbər verir ki, həkim-otolarinqoloq Elvin Əzizov deyib.
"Soyuq havaya çıxanda burunda tıxanıqlıq yaranır. Bunun səbəbi burun boşluğunda olan kapilyarların genişlənməsi, qoruyucu mexanizmin işə düşməsi və bu zaman selikli qişanın şişməsidir. Bundan başqa yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları zamanı və yaxud toz hissəcikləri və digər allergenlər burun boşluğuna düşəndə bakteriya və virusların təsiri nəticəsində selikli qişanın qoruyucu funksiyası işə düşür və həmin vaxt burunda tıxanıqlıq əmələ gəlir", - həkim bildirib.
Həmin halda xüsusi spreylərdən istifadə edilir və onların hər birinin öz funksiyası var. Həkim-otalorinqoloqun dediyinə görə, ən çox istifadə olunan vasitə dəniz suyudur: "Dəniz suyu vasitəsilə mikroorqanizmlər və selik yuyulub xaric olur. Digər bir üsul - damarbüzücü spreylər burun boşluğunda olan kapilyarların yığılması və bunun nəticəsində burun tənəffüsünün yaxşılaşmasına yönəlir. Daha çox istifadə olunan digər spreylər isə burun boşluğunun təbii qoruyucu sistemini bərpa edir".
Bəzən qrip olarkən və burunda tıxanıqlıq yaranarkən spreylərdən kortəbii şəkildə, üzərində yazılan istifadəyə dair göstərişi oxumadan və tez-tez istifadə olunur. Mütəxəssislər bunun zərərli olduğunu deyirlər. "Qrip olan zaman spreylərdən qısa müddətdə - 3-5 gün ərzində istifadə etmək olar, bundan artıq onlardan istifadə etmək olmaz. Ən çox tövsiyə edilən yüksək duzluluğa malik dəniz suyu isə yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları zamanı seliyin xaric olmasına kömək edir", - deyə müsahibimiz bildirib.
Gün ərzində həmin spreylərdən maksimum üç dəfə istifadə etmək lazımdır. Daha çox istifadə edilməsi bir sıra fəsadlara səbəb olur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1037   Tarix: 20 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

turlar.az

aksessuarlar donlar 2026 qadın geyimi atalar sozu elm haqqinda neyrosirkulyator distoniya tutma reseptleri pol breqq kosmetika hesaplama nizami gencevi azerb clpaq qadinlari baliq vətən həsrəti