"Buster" doza ilə peyvəndlənmək xüsusilə onlara tövsiyə olunur
Peyvəndlər orqanizmin immunitet sistemini gücləndirir. Yeni növ koronavirus (COVID-19) əleyhinə vaksinlərin immunoqlobulin yaratma müddəti isə 5-6 aydır. Yəni, həmin peyvəndlər nəticəsində orqanizmdə yaranan anticisimlər müəyyən vaxtdan sonra azalmağa başlayır. Lakin bir sıra xəstəliklərə qarşı bəzi vaksinlər orqanizmdə ömürlük immun cavab yaradır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, reanimatoloq İsrail Məhərrəmbəyli nazirliyin instaqram hesabında COVID-19 mövzusunda danışarkən deyib.
Həkim-mütəxəssis bildirib ki, COVID-19 virusu ilə bağlı elmi-tədqiqat işləri başa çatmayıb: "Yəni, hələ peyvəndlərlə bağlı da araşdırma aparılır. İstehsal edilmiş vaksinlərin immunoqlobulin yaratma müddətini nəzərə alaraq, vətəndaşlar iki doza vaksin aldıqdan 5-6 ay sonra növbəti dozanı vurdurmalıdırlar. "Buster" doza xüsusilə immuniteti zəif olanlar üçün tövsiyə olunur. Koronavirus xəstələrinin qorxmasına, stress keçirməsinə ehtiyac yoxdur. Sadəcə, tövsiyələri dinləmək və əməl etmək lazımdır. Nəzərə almaq lazımdır ki, iki-üç doza vaksin vurdurmaqla vətəndaşlar COVID-19-a yoluxmaqdan sığortalanmırlar. Sadəcə olaraq, vaksin vurdurmuş xəstələr infeksiyanı digərlərinə nisbətən çox yüngül keçirirlər. Ona görə də vətəndaşların vaksinasiyaya prosesinə qoşulması ciddi şəkildə tövsiyə olunur".
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi