C vitamini xərçəng xəstəliyindən qoruyur
C vitamini soyuqdəymə xəstəliklərinə qarşı müdafiə vasitəsi sayılır. Məlum olub ki, o, istənilən lokalizasiya və inkişaf mərhələsinə malik xərçəng əleyhinə də səmərəli, ucuz və təhlükəsiz vasitə ola bilər.
Xanim.az AZƏRTAC-a istinadən bildirir ki, xoşagəlməz kənar təsirlər (immun sisteminin sıradan çıxması, həzm prosesinin pozulması, allergik reaksiyalar, qanaxma, ölüm) yaradan xərçəng əleyhinə standart preparatlardan fərqli olaraq, C vitamini təhlükəsizdir.
Ekspertlər xərçəng hüceyrələrində baş verən qlikoliz prosesinə (qlükoza molekulunun enerji ayrılması ilə müşayiət olunan parçalanması) C vitamininin təsirini tədqiq ediblər. Onlar müəyyən ediblər ki, bu vitamin xərçəng hüceyrələrinin mitoxondriyalarında qlükozanın adenozintrifosfata (ATF) çevrilməsinin qarşısını alır. Bu zaman xərçəng şişini energetik qidalanmadan məhrum olur, onun inkişafı dayanır və hətta əks proses başlayır.
Yeri gəlmişkən, C vitaminini xərçəngin müalicəsində ilk dəfə Laynus Polinq sınaqdan keçirib. O, preparatı böyük dozalarla xərçəng xəstəsinin venasına yeridib (gündə 10 min milliqram, hərçənd gündəlik norma 100 vahiddən çox deyildir). Alim bu kəşfinə görə Nobel mükafatına layiq görülüb.
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür