Çatlayan dodaqları necə qorumaq lazımdır?

Çatlayan dodaqları necə qorumaq lazımdır?Çatlayan dodaqlar üçün masaj, krem və aşağıda göstərilmiş müalicəvi maskalardan istifadə edərək qarşısını ala bilərsiz.

Dodaq üçün masaj: Payiz- qis aylarında bir dəqiqə ərzində dodaqlarınızı qaynanmış soyuq suda isladılmış yumşaq diş fırçası ilə ehmalca masaj edin. Sonra dodaqlarınıza tərkibinə bir damcı lavanda yağı qatılmış şirin badam yağı sürtün. Bu prosedur qan dövranını sürətləndirəcək, hətta solğun dodaqlara belə təravət verəcək. Bundan sonra baş və şəhadət barmaqlarınızla əvvəl üst, sonra alt dodağınızı masaj edin.
Dodaq üçün balzam: Tez-tez soyuqdəyməyə məruz qalıb "uçuqlayan" dodaqlara əlavə müdafiəni balzamla təmin edə bilərsiniz: 4 damcı şirin badam yağı və 1 damcı çayağacının efir yağından hazırlanmış məhlulu hər gün dodaqlarınıza sürtsəniz, effektini görəcəksiniz.
Dodaq üçün maska: Küçədə dodaqlarınızı yalamayın, cunki dodaqlar catlayır və qanayır. Əgər dodaqlarınızda çat əmələ gəlibsə, çalışın bir müddət pomadadan istifadə etməyin. Yatmazdan əvvəl bal və badam yağından maskalar edin.
Gigiyenik dodaq boyası: Kosmetoloqlar qeyd edirlər ki, dodaq qurumasına qarşı ən yaxşı müdafiə makiyaj və gigyenik pomadalardır. Hansı vasitəni – parlaq pomada, dodaq parıltısı və ya rəngsiz gigiyenik pomada seçməyinizdən asılı olmayaraq hər bir kosmetik vasitə özünəməxsus tərzdə dodaqlarınıza qulluq edir.
Dodaqlarımızı qışın soyuğundan qorumağın yolu yoxdur. Bu da o deməkdir ki, onlara əlavə qulluq mutleq lazımdır.
Dodaqları yumşaltmaq üçün bitki yağlarindan (ən yaxşısı zeytun yağı) istifadə etmək olar. Bunu pomadanın altından da sürtmek olar.
Çatlamış, quru və sərt dodaqlara bal, xiyar suyu, çaytikanı yağı ilə sürtmək olar.
Əgər dodaqları limon şirəsi ilə sürtsəniz, onlar uzun müddət təravətli və təbii görünüşünü saxlayacaq.
Dodaqlarınıza həmçinin üz kremi, tərkibində E vitamini olan yağ və ya aloye olan gel çəkə bilərsiniz. Nəticədə dodaqlar nəm və yumşaq olacaq.
Üz üçün vanna
Əgər üz dəriniz qabıq verirsə, quru otlarla 5-10 dəqiqəlik buxar vannası (2-3 xörək qaşığı çobanyastığı, nanə və ya dəvədabanı) qəbul edin. Quru otları 1-2 stəkan suya töküb 3-5 dəqiqə qaynadın, sonra üzünüzü buxara verin, sonra isə dəsmalla qurulayıb bir yumurtanın ağını bir çay qaşığı balla yaxşıca qarışdırıb üzünüzə çəkin. 5 dəqiqədən sonra barmaqlarınızın ucu ilə üzünüzü döyəcləyin. Çalışın dərinizi ora-bura tərpətmədən basma hərəkətləri edəsiniz. Sonra üzünüzü sərin su ilə yaxalayın və dəri tipinizə uyğun olan maskanı çəkin. Bu prosedur ölmüş hüjeyrələri təmizləməklə yanaşı, yorğunluq izlərini aradan qaldıracaq.

Gözəllik və Moda     Baxılıb: 2845   Tarix: 16 fevral 2015
f Paylaş

Oxşar xəbərlər

.

Dairəvi üzlü xanımlar üçün ən yaxşı saç kəsimləri

Dairəvi üz üçün ən uyğun saç kəsimləri hər zaman qadınların ən çox maraqlandığı mövzulardan biridir. Güzgüyə baxarkən yanaqların daha dolğun görünməsi bir çoxuna tanış hissdir və çoxları üz formasını daha uzunsov və zəri

.

Yaş artdıqca hansı estetik prosedurlar daha uyğundur?

Estetik prosedurlar fərqli yaş qruplarına və dəri ehtiyaclarına görə dəyişiklik göstərir. 20 yaşlarında tətbiq olunan yanaşma ilə 40 və ya 60 yaşdan sonra aparılan müdaxilələr eyni olmamalıdır. Yaş artdıqca dərinin elastikliy

.

Üzünüzün daha gənc görünməsi üçün dodaq boyası necə seçilməlidir?

Makiyaj, xüsusilə də dodaq boyası, üz cizgilərini vurğulamaqla yanaşı, vizual olaraq yaşı daha cavan göstərə bilər. Ekspertlərə görə, düzgün seçilmiş çalarlar dodaqlara təravət, dolğunluq və gənclik effekti qatır. Yaş artdıqc

.

Moda dünyasının qadın gözəlliyinə təsiri

Moda dünyası, yalnız geyimlərin və aksesuarların dəyişməsi ilə məhdudlaşmır; o, həmçinin qadın gözəlliyi və cəmiyyətin gözəllik standartlarına olan baxışını dərin şəkildə təsir edir. Bu məqalə, moda dünyasının qadın gözəlliyin

.

Dünyanın ən bahalı beş dodaq boyası

Dodaq boyası uzun illərdir ki, qadınlar üçün ayrılmaz və ən əsası əlverişli gözəllik aksessuarına çevrilib. Pomadaların qiymətinə gəldikdə isə onlar hər qiymətdə olur. Ancaq bununla belə kifayət qədər imkanınız varsa, burad

.

10 il cavanlaşdıracaq 7 saç modeli

Bir qadın üçün saç düzümü güvən alətlərindən biridir. Bəzi insanlar yalnız kosmetika və əlaqəli prosedurların görünüşünü "cavanlaşdırmağa" kömək edə biləcəyinə inanırlar. Mütəxəssislər deyirlər ki, düzgün saç düzüm

.

Sızanaq ləkələrindən qurtulmaq üçün TƏBİİ ÜSULLAR

Sızanaqdan sonra qalan ləkələr üzdən uzun müddət getmir və kosmetik qüsur yaradır. Bu ləkələrdən qurtulmaq üçün sizə sadə üsulları təqdim edirik: . Xiyar. Xiyar hamar dəriyə sahib olmaq üçün ən rahat vasitələrdən biridir

.

Saçların tez-tez yağlanmasının 5 SƏBƏBİ

Qadın gözəlliyinin əsas elementlərindən biri saçlardır. Hər bir qadın istəyir ki, gur və parlaq saçları ilə daim diqqəti öz üzərinə çəksin. Amma bəzi səbəblərdən saçlar öz canlılığını itirir və tez-tez yumağımıza baxmayara

.

Anatomiya ilə tərs mütənasib GÖZƏLLİK…

İnsan anatomiyası onun zahiri görünüşünü, orqanizmin quruluşunu, formasını və onu təşkil edən toxumaların, orqanların bir-biri ilə və eyni zamanda xarici mühitlə orqanizmin qarşılıqlı əlaqəsini öyrənir. Anatomiya morfoloj

turlar.az

adlarin menasi toy makiyajlari yay geyimləri 2026 vətən haqqında bayatı sacin horulmesi merlin monro dini qadin geyimleri kosmetika janrlar cinsi əlaqə qadin saglamlig usaq geyimleri vetene aid bayatilar