Çay insanı gözəlləşdirir

Çay insanı gözəlləşdirirSoyuq keçən qış, stress, vitamin çatışmazlığı, mühitin çirkli olması kimi faktorlar dərini köhnəldir. Dərinizin hər zaman gözəl görünməsini istəyirsinizsə, çay sizə köməkçi ola bilər.

Çində çay əvvəllər də dərman kimi istifadə edilirdi. Günümüzdə də mütəxəssislər yaşıl çayın bədənimizdəki yararlı təsirlərə malik olduğunu deyirlər.

Tonik təsir: 1 xörək qaşığı çaya 50 qr qaynar su əlavə edib, dəmləyin. Soyudun. Pambıqla üzünüzə və boynunuza çəkin.

Yumuşaldıcı təsir: çaya mineral su əlavə edib, dəmləyin. Soyudub lasyon kimi səhər-axşam istifadə edin.

Gözəl bir dəri rəngi üçün: yaşıl çayı dəmləyib, soyudun, sonra isə həmin çayla üzünüzü yuyun.

Göz altı sallanmalar və qaraltılara qarşı: istifadə olunmuş çay paketlərini soyuducuda bir neçə dəqiqə saxlayıb, gözün altına qoyun.

Yorğun gözlər üçün: yaşıl çayı dəmləyib, soyudun. Pambığı isladıb, göz qapaqlarınızın üzərində 15-20 dəqiqə saxlayın.

Qırışlara qarşı: Üzünüzə isti çayla kompreslər qoyun. Üstünü dəsmal ilə örtüb, 15-20 dəqiqə gözləyin.

Saçlar üçün: Saçlarınızı həddən artıq yağdan təmizləmək üçün əvvəlcə yuyun. Sonra saçlarınızı yaxşıca dəmlənmiş ilıq çayla durulayın.

Güclü saç tökülməsimə qarşı: Bir həftə müddətində hər gün saç dərisini dəmlənmiş çayla yaxşıca silin.

Kəpəyə qarşı: Saçlarınıza maska edin. Bərabər ölçüdə hind yağı, çay və suyu qarışdırın. 2-3 saat ərzində saçınızda saxlayıb, yuyun. Bunu həftədə 2 dəfə təkrarlayın.

Qırışlar üçün çaylı maskalar

1. Bu çay maskası qan dövranını gücləndirir, dərini nəmləndirir, qırışları açır: 1 yumurta sarısı, 1 xörək qaşığı bitki yağı, bir neçə damcı limon suyu, 1 xörək qaşığı təzə dəmlənmiş çay. Bunları qarışdırıb üzünüzdə 15 dəqiqə saxlayın.

2. Quru və normal dərilər üçün çaylı maska: 1 xörək qaşığı krem, 1 xörək qaşığı dəmlənmiş çay, 1 xörək qaşığı mayonez. Əvvəlcə südü su ilə qarışdırıb, üzünüzü yuyun, maskanın ilk qatını çəkin. 3 dəqiqə saxlayıb, ikinci qatı da çəkin. 15 dəqiqə sonra maskanı çaylı pambıqla silin.

3. Çaylı maska: 5 xörək qaşığı yaşıl çayı 3 xörək qaşığı kefir ilə qarışdırın. 15 dəqiqə üzünüzdə saxlayıb, yuyun.

4. Quru və qırışıq dərilər üçün çay maskası: 2 xörək qaşığı bal, 1 xörək qaşığı dəmlənmiş çay, 2 xörək qaşığı yulaf unu, 1-2 xörək qaşığı su. Bunları yaxşıca qarışdırın, isidin, qalın bir qat kimi üzünüzə çəkin, kağız ilə bağlayın, 20 dəqiqə sonra soyuq su ilə yuyun.

5. Qocalma əlamətləri hiss olunan dərilər üçün çay maskası: 1 xörək qaşığı una qatıq halına gələnə qədər isti çay tökün, yumurta sarısı əlavə edin, üzünüzə çəkib, 20 dəqiqə gözləyin. İlıq su ilə yuyun.

Gözəllik və Moda     Baxılıb: 23093   Tarix: 06 oktyabr 2018
f Paylaş

Oxşar xəbərlər

.

Yaş artdıqca hansı estetik prosedurlar daha uyğundur?

Estetik prosedurlar fərqli yaş qruplarına və dəri ehtiyaclarına görə dəyişiklik göstərir. 20 yaşlarında tətbiq olunan yanaşma ilə 40 və ya 60 yaşdan sonra aparılan müdaxilələr eyni olmamalıdır. Yaş artdıqca dərinin elastikliy

.

Qədim dövrlərdən bu günə kimi gələn GÖZƏLLİK SİRLƏRİ

Qadınların üz dərilərinə qulluq etməsi təkcə müasir dövrdə yox, ta qədim zamanlarda da olub. Həmin vaxtlar da xanımlar müxtəliv bitkilər və digər təbii vasitələrlə dərilərinə qulluq ediblər. Belə ki, gül suyu ən çox üstünlü

.

10 il cavanlaşdıracaq 7 saç modeli

Bir qadın üçün saç düzümü güvən alətlərindən biridir. Bəzi insanlar yalnız kosmetika və əlaqəli prosedurların görünüşünü "cavanlaşdırmağa" kömək edə biləcəyinə inanırlar. Mütəxəssislər deyirlər ki, düzgün saç düzüm

.

Bu ilin məşhur makiyaj trendləri hansılar olacaq?

Makiyaj dünyası, hər il yeni trendlərlə zənginləşir və kosmetika sənayesi inkişaf etdikcə, istifadəçilər daha çox müxtəlif texnikalar və məhsullar ilə tanış olur. 2025-ci il üçün gözəllik dünyasında gözlənilən ən maraql

.

Kosmetoloqa gedə bilməyənlər bunları etsin

Qadınlar gözəllik salonlarına gedib, müxtəlif kosmetoloji prosedurlar etdirirlər. Amma bəzən vaxt azlığı və ya edilən prosedur üzdə o qədər də effektli olmur. Kosmetoloqların etdiyi prosedurlarla yanaşı üzə ev şəraitind

.

Dünyanın ən cazibədar qadınları illər əvvəl və indi

Sindi Krouford, Naomi Kepmbel, Haydi Klum, Linda Evanqiliya, Tatyana Patiç, Klaudiya Şiffer, Kristi Terlinqton, Karla Bruni 70-80-ci illərin ən çox məşhur modelləri olsalar da, bu günədək onlara moda dünyasında böyük tələba

.

XIX əsrdə qadınların gözəllik üçün istifadə etdiyi təhlükəli üsullar

XIX əsrdə qadınlar gözəl görünmək üçün müxtəlif üsullardan istifadə edirdilər, lakin həmin dövrdə kosmetikanın tərkibi bu günlə müqayisədə xeyli təhlükəli idi. Elmi biliklərin kifayət qədər inkişaf etməməsi səbəbindən bi

.

Makiyajda sizi 10 il qocalda biləcək SƏHVLƏR

Vizajist hər hansı bir üzü qocalda biləcək üç tipik makiyaj səhvini açıqlayıb. Makiyajda hansı səhvlərdən yaınmaq lazımdır. " saytının xarici mediaya istinadla xəbərinə görə, 4 milyondan çox "YouTube" izləyicis

.

Bu yağdan istifadə etməklə saç və kirpiklərinizi uzada bilərsiniz

Əgər sizin saçlarınız zəif görünür, tökülür və parlaqlığını itiribsə o zaman aşğıdakıları diqqətlə oxuyun. Siz saçlarınızın itirilmiş sağlamlığını bərpa etmək üçün bahalı kosmetik vasitələrdən və kimyəvi dərmanlardan ço

turlar.az

geyim seçimi geyim şəkilləri geyim necə seçməli toxunma geyimlər çolkalı saç modelleri badimcan murebbesi hazirlanmasi balıqlar bürcü kosmetika hakisda opusme hakışda bayraq ana haqqinda bayati