Cazibədar olmaqda görmənin rolu

Cazibədar olmaqda görmənin roluGörmə böyük vəcdəgətirmə qüvvəsinə malikdir. Təsadüfi deyil ki, dünyada külli miqdarda pornojurnallar, ero­tik nəşrlər, rəsmlər, heykəllər, kinofilmlər və s. mövcuddur. Bilmək maraqlıdır, görəsən kişi və qadının baxışları ilk növbədə bədənin hansı üzvü, hansı əzası üzərində daya­nır?
Tədqiqatlar göstərir ki, qadınlar ən çox kişilərin dodaqlarına diqqət yetirirlər. Kişilər də öz növbəsində qadın dodaqlarına böyük maraq göstərirlər. Statistik göstəricilərə görə, kişilərin 70 faizi və qadınların 82 faizi belə hesab edir ki, gözəl dodaqlar insan vəcdə gəlməsinə həlledici təsir göstərir və məhz dodaqlar, ilk növbədə də qadın dodaqları əsasında onun xarakteri və digər xüsusiyyətləri haqqında çох şey öyrənmək olar.
Dolu, koppuş və çox da iri olmayan püstə dodaqlar xüsusilə cazibədardır. Kişilərin fikrincə bu cür dodaqları olan qadınlar daha ehtiraslıdır. Onların alt dodaqları xüsusilə hissiyyatlı olur. Əksəriyyətin reyinə ən pis dodaqlar - nazik dodaqlardır, onlardan soyuqluq və təkəbbür yağır. Dolu dodaqlar isə ətrafdakılarda ehtiras və həzz təəssüratı oyadır. Lakin əsl həqiqətdə püstə dodaqlı qadınlar seksə elə bir maraq göstərmirlər. Onların dünyada ən çox xoşladıqları şey sağa-sola pul səpələməkdir. Onlar çox ehtiraslı və coşğun olmasalar da, ürəkdən sevməyi bacarırlar.

Nazik dodaqlı qadınlar isə nadir hallarda hansısa kişiyə uzun müddət sədaqət göstərirlər. Onlar cinsi münasibətlərdə əlvanlığı, yeniliyi sevirlər, bununla belə bu qadınların şəkkak xarakteri onlara gündə biri ilə tanış olmağa yol vermir. Onlar yad adamları yaxın buraxmır, küçə tanışlığını qəti rədd edirlər.
Qalın üst və nazik alt dodağı olan qadınlar bir qayda olaraq seksual, ehtiraslı tərəf-müqabilə ehtiyac duyur, coşğun hisslərə meyl göstərirlər (üst dodağın klitorla əlaqəsini yada salın).
Əgər ağzın qıraqları yuxarıya meyllidirsə, deməli qarşınızdakı adam həmişə və hamının xoşuna gəlməyi sevir. Lakin ciddi vəziyyətlərdə özünü itirir, inamsız hərəkət edir. Əgər dodaqların ucları aşağıya meyllidirsə, çox güman bu, ciddi və tələbkar şəxsiyyətdir
Əgər siz diqqətcil adamsınızsa, öpüş tərzinin özü də sizə çox şey deyə bilər. Qadın "quru" öpüş hiss edərsə - deməli kişi öz hisslərini biruzə verməyi xoşlamır, lakin o, etibarlı tərəf-müqabildir. Tələbkar və qətiyyətli öpüş o deməkdir ki, qadın hökmlü, rəyasətpərəst kişiylə üzləşib. Ehtiras və coşğunluqla öpüşən və öpüş texnikasını tez-tez dəyişən kişi çox güman qeyri-ciddi, dəmdəməki adamdır, onunla ülfət bağlamağa dəyməz.

Kişi diqqətinin sonrakı obyekti qadın döşləridir. Qadınlar bunu bildiklərinə görə müxtəlif fəndlərin köməyilə döşlərini böyük göstərməyə (əgər döşləri balacadırsa), on­lara xüsusi forma verməyə ("gözçıxaran" dik döşlər) çalı­şırlar. Son illər qadınlar süni silikon döşlərdən istifadə etməyə başlamışlar. Cərrahiyyə yolu ilə böyüdülən saxta döşlərin qadının sağlamlığına mənfi təsiri bir yana, mineral gübrədən şişmiş zəhərli qarpıza oxşayan bu cür döşlər ək­sər kişilərdə ikrah hissi oyadır, onları potensiyadan salır. Lakin elə üsullar da var ki, cinsi əlaqə zamanı döşlərin şiş­məsinə kömək edir və adətən bu, kişilərin təxəyyülünə güclü təsir göstərərək, onları vəcdə gətirir.

Seksual "yastıqcalardan" bədənin digər hissələrində də istifadə olunur: kişi və qadın pencəklərində saxta çiyinləri, yancaqları böyük göstərən qadın "yastiqca"larını xatırlamaq kifayətdir. Normal yerişi təhrif edən qadın dikdabanları qadının hərəkəti zamanı sağrı sahəsində yırğalanma dərəcəsini artırır ki, bu da kişiləri vəcdə gətirir. Bəzən məsələ absurd xarakter alır: bədənin ayrı-ayrı hissələrini dəb xatirinə deformasiya edir, eybəcər hala salırlar. Məsələn, köhnə zamanlarda Çində qızların ayaqlarını qəsdən deformasiya edirdilər və at dırnağına oxşayan bu cür qadın ayaqları kişilər arasında kamilliyin zirvəsi sayılır­dı. Bu zavallılar yeriyəndə müvazinəti saxlamaq, yıxılmamaq üçün əllərini yellədir, o yana-bu yan yırğalanırdılar. Məhz elə bu yırğalanma çin kişilərində heyranlıq doğurur, onları vəcdə gətirirdi. Bu, onlara zanbaqların incə yellən­məsini xatırladırdı və o cür ayaqlar "qızıl zanbaq' adlanırdı.
İnsan öz gəncliyində çılpaq halda güzgüdə özünə tamaşa etməyi sevir. Bu onu vəcdə gətirir, istər-istəməz onun seksual fantaziyalarına qol-qanad verir. O öz çılpaq bədənini seyr edərkən, sevgilisini gözləri qarşısına gətirir, yaxud başqa erotik mənzərələri xəyalında canlandırır. Məsələn, qadınlardan biri bu barədə belə yazır: "Mən güzgüdə öz çılpaq döşlərimə tamaşa edəndə, bərk vəcdə gəlirəm, döş gilələrim bərkiyir, döşlərim dikəlir". Öz bədənindən həzz almaqla yanaşı bu cürhisslərə qapılmaq psixikanın kiçik anomaliyalarına dəlalət edir. Bu, autoerotizm, yaxud narsisizm (özü-özünə məftunluq) adlanır.
Görmə, baxma zəminində daha bir psixi anomaliya mövcuddur. "Vizionizm" adlanan bu xəstəliyin spesifik cəhəti ondan ibarətdir ki, cinsi oyanma və təmin olunma çılpaq bədənin və ya cinsi aktın seyri vasitəsilə əldə edilir. Bu cür adamlar erotik jurnallara, fotoşəkillərə və təsvirlərə, ələlxüsus pornofilmlərə tamaşa etməyi çox sevirlər. Onların ən çox sevimli məşğuliyyəti isə deşikdən tualetə, yaxud hamamın hansısa pəncərəsindən içəri baxmaq, parkların adamsız yerlərində, nəsə bir seksual məqam görmək ümi­diylə sevgililəri güdməkdir. Əksər hallarda bu, yeniyetməlik, erkən cavanlıq çağlarında qabarıq üzə çıxır və cinsi həyatabaşladıqdan sonra keçib gedir. Lakin keçib getməyə də bilər,bu halda mütləq psixiatra, yaxud müvafiq müalicəxanaya müraciət etmək lazımdır.
Erotikobyektlərin seyrindən vəcdəgəlmə bir çox hal­larda əhvali-ruhiyyədən asılı olur. Bu, ilk növbədə qadınlara aiddir. Bu gün onu hansısa erotik rəsm cuşa gətirə bilər, ertəsi gün isə elə həmin şəkil ona darıxdırıcı və hətta iyrənc görünər. Kişini qadının alt paltarları vəcdə gətirə bilər və s.

Ailə və Uşaq     Baxılıb: 2736   Tarix: 29 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Mükəmməl seks üçün yataqdakı QAYDALAR

Qüsursuz və ideal seks üçün yataqda riayət etməli olduğunuz qaydaları bilirsinizmi?. 1. Gigiyena. Qadını məmnun etmək üçün aşağıdakıları tətbiq etmək lazımdır:. - Düzgün şəkildə yuyunmaq lazımdır ki, heç bir yerindən iy gəlməsin

.

Uşağa ət neçə aydan verilməlidir?

Bir qayda olaraq ana südü və ya süni südlə ("smes") qidalandırılan uşaqlara istənilən əlavə qidalar (sıyıq, kəsmik, meyvə, tərəvəz, yumurta və s.) yalnız 6 ayından sonra verilə bilər. xəbər verir ki, bütün dünyad

.

8 aylıq uşağın inkişafı

8 aylıq körpənin inkişafı çox sürətlə gedir. Balaca öyrəndiyi hərəkətləri tam mənimsəyir, əllərini yaxşı idarə edə bilir. Bu yaşda körpə, böyükləri fəal yamsılayır və sadə hərəkətləri asanlıqla öyrənir. 8 aylıq körpənin xüsusiyyətlərin

.

Dinimizə görə süni mayalanma ilə dünyaya uşaq gətirmək günahdır? - Rəy

Milli Məclisin iyunun 13-də keçirilən iclasında çıxış edən millət vəkili Qənirə Paşayeva Azərbaycanda sonsuzluq hallarının sayının gün keçdikcə artdığını diqqətə çatdırıb. Millət vəkili "Reproduktiv sağlamlıq haqqında"

.

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayaq. Uşağın cinsini əvvəldən müəyyən etmək üçün internetdə bir neçə cədvəl var. Bunlardan ən çox yayılanı yüz illərdir istifadə olunan "Çin təqvimi"dir. Bu təqvim ananı

.

İkili skrininq testi ilə DAUN SİNDROMU riskini öyrənmək mümkündür?

İkili skrininq testi ilə hamiləlikdə risk faktorunun qarşısını alın. İkili skrininq testi hamiləliyin 11-14-cü həftələri arasında tətbiq edilən bir testdir. Bu test daun sindromu üçün riskli bir vəziyyətin olub-olmadığın

.

Bu problem hamilə qalmağa mane olur

Hamilə qalaraq dünyaya övlad gətirmək hər bir qadının arzusudur. Ancaq bu bəzilərində elə də asan həyata keçmir. Bəzi qadınlar uzunmüddət hamilə qala bilmir və ya  düşüklə nəticələnir. Yaranan vəziyyətin səbəblərindən bir

.

Ana bətnində autizm bu səbəbdən yaranır - SUYUN TƏRKİBİ

İllərdir autizmə səbəb olan faktorları araşdıran elm adamları ilə rezonans doğuran məluamat açıqlayıblar. Danimarkada aparılan yeni bir araşdırmada autizmi suda litiumun miqdarı ilə əlaqələndirilib. Kaliforniya Universitetində

.

Uşaqlarda sidikqaçırmanın qarşısını almaq üçün AKKUPUNKTUR üsulu

Uşaqlarda enurez ( gecə sidik qaçırması) problemi . Bioloji aktiv nöqtələrin insan bədənində sayı 100-dən çoxdur. Lakin müalicə məqsədilə əsasən 600-700 nöqtə istifadə edilir. Bu nöqtələr qeyd edildiyi kimi müxtəlif üzvlərd

turlar.az

gozel gorunmek qis geyimləri 2026 kosmetik vasiteler paltarlar 2026 intim pozalar royanin oglu maraqli sekiller kosmetika arıqla uşaq nece olur novruz hakistalari dolca hakista