Çəki azlığından əziyyət çəkənlər üçün məsləhətlər

Çəki azlığından əziyyət çəkənlər üçün məsləhətlərƏsasən genetik və hormonal pozuntu səbəbindən yaranan çəki azlığı uşaqların inkişafına mənfi təsir göstərir, gənc və orta nəsildə iş potensialını aşağı salır. Kökələ bilməyən şəxslərdə əksər hallarda əzələnin və ürəyin fəaliyyəti zəifləyir, eyni zamanda diqqət pozuntusu intensivləşir. Araşdırmalara əsasən, çəki azlığı, həmçinin erkən qocalmaya da səbəb olur.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Həkim-fitoterapevt Elnur Eldaroğlu çəki azlığından əziyyət çəkənlərə bir sıra məsləhətlər verib.
O qeyd edib ki, çəki azlığının bir sıra səbəbləri var: "Bəzi şəxslər yeməkdən imtina etdikləri halda, bəziləri çox yesələr də, kökələ bilmirlər. İştahanın olmaması adətən nevrogen və endokrin mənşəli olur. Məsələn, anoreksiya nevrozu zamanı xəstələr yeməkdən "küsürlər", həddən artıq arıq olurlar. Endokrinoloji problemlər də bəzən iştahanın itməsinə gətirib çıxarır. Belə olan halda, iştahanı azaldan amillər müalicə olunaraq aradan qaldırılmalıdır. Daha sonra xəstəyə uyğun proqram təyin edərək, kökəlməsini təmin etmək mümkündür".
E.Eldaroğlunun dediyinə görə, qidalanması normal olsa da, kökələ bilməyənlərdə hansısa xroniki xəstəliklər, infeksion və ya parazitlər, xüsusilə qurd xəstəlikləri ola bilər: "Xəstəliklərin müalicəsi ilə yanaşı xəstələr qidalanmaya mütləq diqqət yetirməli və idmanla məşğul olmalıdırlar. Kökələ bilməyən insanlar gün ərzində birinci və ikinci səhər yeməyi, günorta və axşam yeməkləri olmaqla 4 dəfə qidalanmalıdırlar. "Fast food"lardan uzaq durmaq lazımdır. Çünki belə qidalar kalori sayəsində doyma hissi versə də, orqanizmi lazım olan vitamin deposu ilə təmin etmir. Çəki azlığından şikayət edənlər ikinci səhər yeməyində kisel və ya meyvə suyu içə bilərlər. Ümumiyyətlə müxtəlif səbəblərdən kökələ bilməyənlər mütləq şəkildə mütəxəssisə müraciət edərək məsləhət almalıdırlar".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 3025   Tarix: 20 iyul 2021
f Paylaş

Oxşar xəbərlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

turlar.az

hamiləlik həkim məsləhəti gözəllik məhsulları merlin monro uşaqlar və tərbiyə efirde soyunan aparici autizm xesteliyi kosmetika xeyanet burclerin uygunlugu ariqlamaq rus dilin nece orenek veten