Cem Yılmazın ağlını başından alan gözəlin bədbəxt həyatı - FOTOLAR

Bəxt nədənsə çox vaxt gözəl qadınlardan uzaq gəzir. Necə dəyərlər, həyat gözələ verdiyi üstünlüklərin əvəzini sonra ondan bir-biri çıxır. Bütün qadınlar və kişilər gözəllərə həsəd aparsa da, onlar şəxsi həyatda əksər hallarda heç vaxt öz xoşbəxtliyini tapa bilmir. Uğursuz nikah, bədbəxtlik gətirən sevgilər, sonsuzluq, yaxud da şərəfsiz övlad və fəciəvi sonluq...
Publika.az bir zamanlar rəsmləri divarlardan düşməyən türkiyəli dünya gözəli Məltəm Hakarar haqqında yazını təqdim edir.

Bədbəxtlik gətirən gözəllik tacı

Məltəm Hakarar 1988-ci ildə 18 yaşında "Türkiyə Gözəli" seçilib. 1989-ci ildə isə o, Moskvada ilk dəfə Kosmos mehmanxanasında keçirilən dünya gözəllik müsabiqədə birincilik qazanaraq 30 min dəyərində göy yaqut və başqa 357 ədəd qiymətli daşlarla bəzədilmiş, ümumi çəkisi isə 3.262 karat olan taca layiq görülüb. Lakin o, tacı vətəninə aparmaq üçün ölkədən xüsusi icazə istəməyə məcbur olub. Yeri gəlmişkən toy günü Məltəm məhz bu tacı taxıb. Taleyin ironiyasıdır ki, sonrakı həyatında bu tac ona heç vaxt sevinc bəxş etməyib.
Qeyd edək ki, Məltəm Hakarar müsabiqədə iştirak edəndə Mərmərə Universitetinin memarlıq fakültəsində təhsil alırdı.
Bu müsabiqədən sonra türk gözəlinin adı dillərdən düşmür, bütün baxışlar ona yönəlir. Onun şəkilləri bütün rus, eləcə də Azərbaycan qəzetlərində manşet olur. Məltəmin şəkilləri təkcə qəzet səhifələri bəzəməklə qalmır. Əgər xatırlayırsınızsa, o illərdə divarlardan iri təqvim plakatları asmaq dəbədə idi. Təqvim plakatlarını gözəl qızlar bəzəyirdi. Onlardan ən məşhuru və ən çox satılanı isə Məltəmin təqvimləri idi.
Məltəm qalib olması xəbərinin vətəninə bir neçə gün sonra çatdığını bildirib: "Həmin dövrlərdə əlaqə və ünsiyyət o qədər primitiv idi ki, birincilik xəbərim Türkiyəyə 2 gün sonra çatmışdı".
Müsabiqədə arxası uzun, önü isə qısa zümrüd rəngli paltar geyinən dünya gözəlinə nəinki münsiflər heyəti, bütün Rusiya heyran qalmışdı. Bir sözlə, SSRİ-inin son illərinin kraliçası o idi. Eyni zamanda onun müsabiqədə geyindiyi milli paltarı da böyük maraq doğurmuşdu. Məltəm həmçinin "Miss zəriflik" adına da layiq görülüb.
Dünya gözəli 1997-ci ildə milliyyətcə yəhudi olan Avi Behar adlı şəxslə təmtəraqlı şəkildə evlənsə də, cütlüyün nikahı uzun sürməyib. Ayrılıq səbəblərini belə izah edib: "Biz bəlkə də evlənməli deyildik, sadəcə flirt etməli idik. Ailə olmağa hazır olmadan evlənmişdik. Evlənmək çətin deyil, amma ailə olmağı bacarmaq böyük məsuliyyətdir. Mən yenə də evliliyin insan üçün vacib olduğuna, həyatını nizama saldığına inanıram. Ancaq biz dost kimi ayrıldıq. Nə xəyanət var, nə də başqa bir şey. İki insanın ayrılması da evlənməsi kimi təbii haldır. Səhv etmədən həyatı öyrənmək mümkün deyil. Ailəm müsəlman olsa da, müasir düşüncəlidir. Ərim də müasir yəhudi bir ailədən idi. Bütün müqəddəs günləri birlikdə qeyd edirdik. Din və milliyyət məsələsi aramızda heç vaxt problem olmayıb".

Səfil həyat

Dünya gözəli həyat yoldaşından ayrıldıqdan sonra uzun müddət alkoqolizmdən əziyyət çəkib, səfil həyat tərzi sürüb. O, Türkiyə mətbuatına verdiyi açıqlamada başqa kişilərlə sevgi macəraları yaşadığını, lakin ciddi münasibətləri olmadığını açıq şəkildə etiraf edib. Yeri gəlmişkən dünya gözəli məşhur türk aktyoru Cem Yılmazın da ağlını başından alıb. Təəssüf ki, bu münasibətdə uğursuzluqla nəticələnir.

Uzun illər model kimi çalışdıqdan "Koç", "Enka", "Cenajans " və "Kanal D" kimi şirkətlərlə çalışıb.
Cem Yılmazın ağlını başından alan gözəlin bədbəxt həyatı - FOTOLARCem Yılmazın ağlını başından alan gözəlin bədbəxt həyatı - FOTOLARCem Yılmazın ağlını başından alan gözəlin bədbəxt həyatı - FOTOLARCem Yılmazın ağlını başından alan gözəlin bədbəxt həyatı - FOTOLAR

Xəbərlər     Baxılıb: 3066   Tarix: 05 noyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

turlar.az

yaz geyimleri 2026 qis geyimləri 2026 adlarin menasi qısa saç düzümləri tanınmış qadın simalar ayaqqabi ve cantalar üz maskaları kosmetika şirin qoğal nizami gəncəvi toy gecesi sağlamlığa aid atalar sözləri xanim az