Çiçəkləmə mövsümü ilə əlaqədar allergiya xəstələrinə tövsiyələr
Allergiya xəstələri çiçəkləmə mövsümündən iki-üç həftə əvvəl dərman qəbul etməyə başlamalı, həmçinin əvvəlcədən xüsusi pəhriz saxlamalıdırlar.
Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Moskva Səhiyyə Departamentinin yetkin sakinlərin sağlamlığı üzrə baş mütəxəssisi Andrey Tyajelnikov bahar fəslinin gəlişi ilə əlaqədar tozlanmadan əziyyət çəkənlərə tövsiyələrində bildirib.
O izah edib ki, hipoallergen pəhriz zamanı sitrus meyvələri, qoz-fındıq, müəyyən ədviyyatlar, balıq, kakao paxlası məhsulları, rəngli tərəvəzlər, meyvə və giləmeyvə, yumurta, bal, eləcə də yağlı, şirin məhsulların istifadəsi istisna edilir, yaxud ən azı ciddi şəkildə məhdudlaşdırılır.
"Əgər kondisioner yoxdursa və mənzilin havalandırılması lazımdırsa, o zaman pəncərələrə cuna tuta bilərsiniz ki, tozcuqların otağa daxil olmasının qarşısını alsın. Hava nəmləndiricisi almaq və rütubət səviyyəsini saxlamaq da məsləhət görülür", - Tyajelnikov əlavə edib.
O vurğulayıb ki, çiçəkləmə dövründə yağışlı havada gəzmək yaxşıdır, meşəyə, parka getmək isə elə də tövsiyə olunmur.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi