"Cinsi əlaqədə nələrdən zövq aldığınızı, istəklərinizi... - Psixoloqdan cütlüklərə MƏSLƏHƏT

Son vaxtlar ətrafımızda boşananların sayının artdığının şahidi oluruq. Statistikaya baxdıqda da görürük ki, mənzərə ürəkaçan deyil. Artıq boşananların sayı evlənənlərin sayından qat-qat çoxdur. Ümumiyyətlə, cütlüklərin yola gedə bilməməsi, boşanmlar cəmiyyətimizin əsas problemlərindən birinə çevrilib.
Bəs bu problemdən çıxış yolu nədir? Cütlüklər bu həddə gəlib çıxmamaq üçün nələrə diqqət etməlidirlər?
Milli.Az bildirir ki, mövzu ilə bağlı sfera.az-a danışan psixoloq Gülər Məmmədova bildirib ki, hər kəs özünü anlaya biləcək, onu dəyişməyə çalışmayan biri ilə münasibət qurmaq istəyir, lakin sonradan özü də qarşı tərəfi sıxmağa başlayır:
"Cütlüklər əsasən münasibətə başladıqdan sonra bir-birilərini dəyişməyə çalışırlar. Qısqanclıq adı altında bir-birilərinin şəxsi həyatlarına müdaxilələr edirlər. Bu isə sağlam münasibətin formalaşmasına imkan vermir. Azadlığı, sərbəstliyi məhdudlaşan insan münasibətdə xoşbəxt ola bilməz. Elə məhz ona görə də münasibətlər davamlı olmur. İnsanlar həm sevgili olarkən, həm də ailə qurduqdan sonra səbirli olmağı və empatiya qurmağı bacarmalıdırlar. Əgər hər adi mübahisə böyük bir münaqişəyə çevrilirsə, bunun səbəbi tərəflərin səbirsizliyidir. Əsəbi halda xoşagəlməz davranışlar sərgiləyirlər. Bu da tərəflər arasıdakı bağın qopmasına səbəb olur. Empatiya qurmağı bacarmaq isə böyük bir lütfdür. Bunu bacaran insanlar qarşı tərəfin hisslərini daha yaxşı dərk edir və anlayışla qarşılayırlar".
Psixoloq bildirib ki, münasibətdə ahəng olmalıdır:
"Cütlüklər bir-birinin cinsi istəklərini də başa düşməlidirlər. Azərbaycanda cütlüklər cinsi mövzulardan danışmağa çəkinirlər. İstəklərini izah edə bilmirlər. Amma münasibətin sağlam təməlini qurmaq üçün cinsi istəklər barədə danışmaqdan çəkinməməlidirlər. Cinsi aspektdən zövqlər barədə fikir mübadiləsi aparılmalıdır. Bu mövzunun danışılmaması evləndikdən sonra böyük problemlərin yaranmasına səbəb olur. Tərəflər bir-birilərinin zövqlərindən xəbərsiz olduqları üçün istəklərini təmin edə bilmirlər. İstəkləri təmin olunmayan tərəflər də başqalarına meyillənir. Xəyanət də münasibətləri bitirən ən böyük faktordur".
Gülər Məmmədova son olaraq əlavə edib ki, tərəflər maddi cəhətdən də bir-birilərini başa düşməlidirlər:
"Maddi çətinlikləri birgə aradan qaldırmağa çalışmaq sevgini daha da gücləndirir və cütlüklərin bir-birinə daha dərin bağlarla bağlanmasına səbəb olur". 
Milli.Az

Xəbərlər     Baxılıb: 2128   Tarix: 21 yanvar 2024
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

turlar.az

reseptler yay geyimləri 2026 yaz geyimleri 2026 müxtəlif xina qoymaq qaydasi makiyaj sirləri arxadan olmaq kosmetika rus dili oyunlar hamilelik bayatilar yumurta