Cinsi həyatı kabusa çevirən problem. Qadınlar oxusun!

Cinsi həyatı kabusa çevirən problem. Qadınlar oxusun!Cinsi həyat insan həyatının təbii və ayrılmaz hissəsidir. Normal cinsi həyat insanın sağlamlığında böyük rol oynayır.

Lakin bəzi problemlər var ki, onlar qadınların normal cinsi həyatına mane olur, onu hətta mümkünsüz edir. Uşaqlıq yolunun (vaginanın) quruluğu bu problemlərdən biridir.

Uşaqlıq yolunun divarlarında olan vəzlər daim az miqdarda selik ifraz edir. Bu selik uşaqlıq yolunun nəmliyini təmin edir. Cinsi əlaqə zamanı seliyin ifrazı artır ki, bu da cinsi aktı daha rahat və ağrısız edir. Müxtəlif səbəblərə görə uşaqlıq yolunun nəmliyini təmin edən vəzlərin fəaliyyəti pozula bilər ki, bu da uşaqlıq yolunun quruluğuna və nəticədə cinsi əlaqə zamanı ağrılara, hətta kiçik qanaxmalara səbəb ola bilər.

Saglamolun.az xəbər verir ki, əksər hallarda uşaqlıq yolunun quruluğunun səbəbi menopauza ilə bağlı olan estrogen hormonların səviyyəsinin azalmasıdır. Bu hormonlar qadın orqanizmində gedən bir çox proseslərə təsir edir.

Digər səbəblər arasında bəzi preparatların qəbuludur. Bu preparatlar arasında: arterial təzyiqi normallaşdıran preparatlar, atropin, allergiya əleyhinə preparatlar, antidepressantlar, hamiləlik əleyhinə dərmanlar və s.

Qadın uşaqlıq yolunun daxilini yuyursa, bu məqsədlə sabun, duş geli və s. kimi vasitələrdən istifadə edirsə, bu da quruluğa səbəb olur. Vagina özü özünü təmizləyən orqandır və onun daxilini yumaq nəinki mənasızdır, hətta çox ziyanlıdır.

Siqaret çəkən qadınlar tez-tez bu problemlə üzləşir.

Uşaqlıq yolunun quruluğunun digər səbəbləri arasında:

- stress və depressiya,

- immun pozulmaları,

- sidik-cinsiyyət sistemi infeksiyaları,

- uşaqlıq yolunun iltihabı (vaginit) və s.

Səbəbdən asılı olaraq uşaqlıq yolunun quruluğunun müalicəsi müxtəlif ola bilər.

Bunun səbəbi estrogen hormonlarının çatışmazlığı ilə bağlıdırsa, həkim hormonal preparatlar (həblər) təyin edə bilər. Bu preparatların yerli formaları (kremlər, xüsusi halqalar) da mövcuddur.

Cinsi aktı daha ağrısız və rahat etmək üçün xüsusi sürtgülər, lubrikantlardan istifadə oluna bilər.

Sağlamlıq     Baxılıb: 3173   Tarix: 23 mart 2018
f Paylaş

Oxşar xəbərlər

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

turlar.az

geyim necə seçməli gözəllik məhsulları kosmetik vasiteler prostat vəzi otaq dizayni xinayaxdi hakista ilk cinsi əlaqə kosmetika atalar sozu burclər novruz bayramina aid hakistalar qizlar kahfe fali