Cinsi orqanda qaşınma problemi olanlar üçün

Cinsi orqanda qaşınma problemi olanlar üçünXarici cinsiyyət orqanları nahiyəsindəki qaşınma qadınları çox narahat edir. O, daimi qadını məcbur edir ki, təklik axtarsın və selikli qişanı mexaniki stimulyasiya etməklə – qaşımaqla əzabverici hissdən canını qurtarsın.

Qaşınma aşağıdakı hallarda baş verə bilər:

*Natəmizlik
*Kandidoz göbələyi
* allergiya
* infeksion xəstəliklər
* göbələk xəstəlikləri
* bakteriyaların əmələ gətirdiyi xəstəliklər
* uroloji xəstəliklər
* şəkərli diabet xəstəliyi
* cinsiyyət orqaninda quruluğun artması
* depilyasiya
* qoturluq
* hormonal disbalansın pozulması
*zöhrəvi xəstəliklər
*cinsi yolla keçən xəstəliklər
*sidik yolları infeksiyası

Sidiyə gedərkən yanma, göynəmə və qaşınma hissi varsa, bu sidik yolu infeksiyasının əsas əlamətlərindən biridir. Qadınların sidik yolları xaricə çox qısa bir kanalla açılır. Bu səbəblə mikrobların daxil olması daha asandır. Xüsusilə vaginal və anal bölgədə olan enterobakteriyalar yuxarı doğru sidik kanalına və sidik kisəsinə yayıla bilirlər. Bu mikrobların sidik kisəsinə girməsinə və infeksiyaların çoxalmasına səbəb olur. Xüsusilə, bədən müqavimətinin azalması və immunitetin zəiflənməsi ilə daha tez bu simptomlarla qarşılana bilər.

AZƏRTAC-ın müxbirinə bu barədə məlumat verən Uşaq Bərpa Müalicə Mərkəzinin həkim-allerqoloqu Pərvanə Hüseynova deyib: "Orqanizmdə bir neçə sinir ucluqları var və onların həyata keçirdikləri funksiyalar müxtəlifdir. Bəzi sinir ucluqları ağrılar haqqında xəbərdarlıq edərək məlumatlandırır, bəziləri dərinin müəyyən hissələrində gicişmə-qaşınma yaradır. Sinir sistemi çox mürəkkəb strukturdur və hər qıcığa ayrılıqda reaksiya verir.

Mütəxəssislər onun səbəblərini araşdırmaq üçün bir sıra tədqiqatlar apararaq xüsusi texnologiyalar vasitəsilə qaşınma zamanı beynin aktivlik səviyyəsini ölçməyə nail olublar. Məlum olub ki, qaşınma zamanı beyində mənfi emosiyalar formalaşdıran hissələrin aktivlik səviyyəsi minimuma enir, yəni sinir sistemi qəsdən süni qaşınma yaratmaqla yığılmış mənfi emosiyanı azad edir.

Qaşınma tez-tez rast gəlinən şikayətlərdən biridir və müxtəlif səbəblər üzündən meydana çıxır. Həmin səbəblərə allergiyadan tutmuş daxili orqanların xəstəliklərinə qədər geniş bir siyahı daxildir. Qaşınan dəri normal, qızartılı və ya səpgili ola bilər. Qaşınma bütün bədəndə və ya yalnız müəyyən nahiyədə olur. İlk növbədə onun səbəbinin müəyyən edilməsi vacib məsələdir. Həmin səbəblər sırasına həşərat sancmaları, dərinin quruluğu, səpgilər, bəzi sabun növləri, kimyəvi maddələr, uşaq infeksiyaları, dərman və qidanın törətdiyi allergiya, səthi dəri infeksiyaları, atopik dermatit, hamiləlik, öd yollarınn obstruksiyaları, böyrək xəstəlikləri, dəmir defisitli anemiya, parazitlər, psoriaz, seborik dermatit, bəzi dərmanlar və əsəb pozuntuları daxildir".

Həkim-allerqoloq daha sonra deyib: "Həkimə müraciət edəndə xəstənin qaşınmanın xarakteri, nə vaxt başlaması, rastgəlmə tezliyi, yeri, nə ilə əlaqədar olması, nə vaxt itməsi, qəbul edilən dərmanların siyahısı barədə suallara cavab verməsi müalicənin səmərəsinə və düzgün istiqamətdə getməsinə kömək edən əsas səbəblərdən biridir. Həmin şikayətlər zamanı ilk növbədə alllerqoloq və ya dermatoloqa müraciət etmək məsləhətdir. Qaşınma allergiya və ya dəri problemləri ilə əlaqədar deyilsə, xəstəliyin müalicəsi üçün ixtisaslı mütəxəssisə üz tutmaq lazımdır. Qaşınma xroniki deyilsə və qarında ağrı, sarılıqla eyni vaxtda meydana çıxıbsa, qastroenteroloqa müraciət etmək daha düzgündür.

Qaşınma zamanı tətbiq edilən müalicə formalarından biri də eyni miqdarda qalay tozu, keşniş şirəsi, bağayarpağı şirəsi, abqora, quşüzümü şirəsi, qızılgül yağını qarışdıraraq məlhəm hazırlayıb qaşınma olan nahiyəyə sürtülməsidir"

Mütəxəssislər aralıq nahiysində qaşınma olan qadınların mütləq ginekoloqa müraciət etmələrini məısləhət bilir. Belə ki, qaşınmanın əsas səbəbi mütləq tapılmalı və aradan qalxmalıdır. Qaşınmanın müalicəsi səbəbi aydınlaşdırıldıqdan sonra aparılır, hansından ötrü ki, ginekoloqa müraciət etmək lazımdır. Həkim xəstəliyin nə vaxt başladığını, qadının onu nə ilə əlaqələndirdiyini araşdırır. O, mütləq genital baxış aparır və uşaqlıq yolundan ginekoloji yaxma götürür, hansı ki, iltihabın xarakterini və törədicini təyin etməyə imkan verir.

Sağlamlıq     Baxılıb: 6296   Tarix: 24 aprel 2019
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

turlar.az

hamilelikde qidalanma həkim məsləhəti geymler 2026 kivi murebbesi hamiləlik dövrü azadqadin üzdə sızanaqlar kosmetika novruza aid hakisdalar rus dilini oyrenek 2ci ders damla atalar sozu aydin sani