Cinsi uyğunlaşma

Cinsi uyğunlaşmaCinsi uyğunlaşma fikri mümkün olduğu qədər çox seks etmək mənasını vermir. Cinsi uyğunlaşma bütöv bir cinsi və romantik xoşbəxtlik üçün bir-birinizin ehtiyacları və arzularını yerinə yetirmə üçün öz üzərinə məsuliyyət götürməyi tələb edir. Bu da, təbii ki, deyildiyi qədər asan deyil. İndi hazırsınızsa cinsi uyğunlaşma testini həll edin. Özünüzə qarşı dürüst olun və sualları elə cavablandırın. Cinsi uyğunlaşmanızın hansı dərəcədə olduğunu öyrənin.

1. Onun bədənində çirkin ya da xoşagəlməz hesab etdiyiniz müəyyən hissələr varmı?
A. Bəli, bədənində çirkin hesab etdiyim müəyyən hissələr var.
B. Bu bədəninin hansı hissəsi olmasından asılıdır.
C. Xeyr, bütün bədənini mənə görə cəlbedicidir.

2. Zövqdən inlildədikdə bu sizi narahat edirmi?
A. Bəli, məni narahat edir.
B. Bəzən bir az daha ciddi olmalıdır.
C. Xeyr, bu mənim üçün daha da təhrik edicidir.

3. Cəmiyyət arasında sizi öpməsini və qucaqlamasını xoşlayırsınızmı?
A. Xeyr, bunun əlverişsiz olduğunu düşünürəm.
B. Bəli, lakin harada və kimlərin arasında olduğumuzdan asılıdır.
C. Bəli, bunu sevirəm. Mənə dünyanın ən mükəmməl qadını olduğumu hiss etdirir.

4. Onun hər təklifinə "bəli" cavabını vermək məcburiyyətində olmadığınız üçün özünüzü rahat hiss edirsinizmi?
A. Xeyr, çünki o məndən hər şeyə "bəli" dəməyimi gözləyir.
B. Bu insandan asılıdır.
C. Bəli, mən azad bir qadınam!

5. Xoşlandığınız şeyləri ondan istəyəndə özünüzü rahat hiss edirsinizmi?
A. Xeyr, buna cəsarət edə bilmirəm.
B. Bəli, amma fantaziyalarımı heç bir zaman davranış olaraq reallaşdırmırıq.
C. Bəli, qarşılıqlı olaraq istəklərimizi bir-birimizdən rahatlıqla tələb edə bilirik.

6. Seks həyatınızla əlaqədar bir problem olduğunu düşündükdə bunu onunla rahat şəkildə müzakirə edə bilirsinizmi?
A. Xeyr, çox utanıram.
B. Bəli, amma bunun üçün bütün cəsarətimi toplamalıyam və özümü narahat hiss edirəm.
C. Bəli, bu mövzuda heç problemimiz yoxdur, bir-birimizə qarşı açığıq.

7. Seks rejimində olduğunuzu hiss etdiyinizdə daim bunu yoldaşınıza söyləyirsinizmi?
A. Xeyr, seksi onun başlatmasını gözləyirəm.
B. Həmişə deyil. Mənim bir nemfomanyak olduğumu düşünməsini istəmirəm.
C. Bəli, dərhal söyləyirəm.

8. Bədəninizin cazibədar və gözəl olduğunu düşünürsünüzmü?
A. Xeyr, bu seks edərkən məni həqiqətən çox narahat edir.
B.. Bədənimin hansı bölgəsi olmasından asılıdır.
C.. Təbii ki, mən seksual bir qadınam.

9. Orgazma çatdıqda bunu onun başa düşməsini təmin edirsinizmi?
A. Xeyr, əsla səsimi çıxarmıram.
B. Həmişə deyil, bunu özümə saxlayıram.
C. Təbii ki, ona da bacardığını göstərmək istəyirəm.

10. Fantaziyalardan xoşunuz gəlirmi?
A. Xeyr, heç bir zaman fantaziyalarımı inkişaf etdirmirəm.
B. Bəzən zövq alıram, amma bunun əsla insanı dəli edən bir şey olduğunu düşünmürəm.
C. Bəli, fantaziyaları sevirəm, bu cinsi istəyimi artırır.

Cavablar:

Əgər verdiyiniz cavablarda A variantı üstünlük təşkil edirsə, cinsi uyğunlaşmanız aşağıdır. Seksdə özünüzü çox rahat hiss etmirsiniz. Bunu özünüzə dərd etməyin. Sekslə əlaqədar daha kəşf edəcəyiniz çox şey var, bu səbəbdn bir az macəraya meylli olun. Cütlük olaraq bir-birinizə qarşı çox açıq deyilsiniz. Yaxşı bəs səbəb nədir? Bəlkə hələ çox gənc və təcrübəsizsiniz. Zaman keçdikcə, seksdə daha rahat ola bilərsiniz. Amma, müddəti sürətləndirmək üçün yataqda özünüzü ifadə edin!
Bəlkə də bədəninizlə əlaqədar bir probleminiz var. Bədəninizi sevməyi öyrənməlisiniz. Davamlı olaraq özünüzü örtüb gizlətməyə çalışmanız bir kişi üçün heç də seksual bir şey deyil. Bədəninizin nə qədər seksual və təsir edici olduğunu düşünün.
Bəlkə də problem sizin deyil, onun bədənidir? Əgər onun bədənini sizə qorxuducu görünürsə, onu yavaş -yavaş kəşf etməyə çalışın. Bunun üçün sizi istiqamətləndirməsini təmin edin. Nələri sevdiyini öyrənin və yeni şeyləri təcrübədən keçirin, amma, əsla özünüzü rahat hiss etmədiyiniz bir şeyi etməyin.
Heç bir zaman özünüzü rahat hiss etmədiyiniz bir şeyi etmək məcburiyyətində deyilsiniz. Yalnız özünüzə daha çox güvənməlisiniz. Cinsi uyğunlaşma zamanla öz-özünə gələcəkdir!

Sizin cavablarınızda B variantı çoxdursa, cinsi uyğunlaşmanız ortadır. Seks əlaqənizin əhəmiyyətli bir parçasıdır, amma hələ kəşf etmədiyiniz istiqamətləri var. Buna görə, hələ tam bir cinsi uyğunlaşmanız olduğunu söyləyə bilməsək də, bu uyğunlaşmanın dərəcəsini artırmaq sizin əlinizdədir.
Cinsi uyğunlaşmanı düzgün etmək üçün yaxşı bir mövqedəsiniz. Güclü və zəif cəhətlərinizi nəzərə alın. Adətlərinizi dəf etmək və performansınızı inkişaf etdirmək üçün özünüzə bu sualları verin: Bədəniniz haqqında həqiqətən nə düşünürsünüz? Onu sevgiliniz üçün bir hədiyyə olaraqmı görürsünüz? Yoldaşınıza daim nə istədiyinizi, nələrin sizi təhrik etdiyini izah edirsinizmi? Onun bədəninə qarşı özünüzü rahat hiss edirsinizmi? Erotik fantaziyalarınız varmı?
Bu sualları yalnız özünüzdən soruşmayın,yoldaşınızla da paylaşın. Beləcə, sizin zəif və güclü cəhətlərinizdən xəbərdar olmasını təmin edin. Sonra da zəif cəhətlərinizi birlikdə necə inkişaf etdirə biləcəyinizi müzakirə edin.

Cavablarınızda C variantı çoxdursa, cinsi uyğunlaşmanız mükəmməldir. Yəni heç bir pis vərdişiniz yoxdur və seks əsnasında tam olaraq özünüzü rahat hiss edirsiniz. Hər ikiniz də nələrin sizi təhrik etdiyini, bir-birinizdən nə istədiyinizi yaxşı bilirsiniz.

Seks sizin üçün tamamilə təbii bir şeydir. Bədəninizi bəyənirsiniz, seks mövzusunda rahatsınız və bir-birinizlə necə ünsiyyət qurulacağınızı yaxşı bilirsiniz. Cinsi fantaziyalardan da zövq alırsınız. Bunlar qətiyyən əlaqənizə mənfi təsir etmir.
Uyğun bir seks həyatından çoxuna sahibsiniz və bu birlikdə bir gələcək üçün yaxşı bir işarədir. Sekslə məşğul olmaq sizin üçün az qala bir sənət deməkdir! Seks həyatınızı həmişə inkişaf etdirə bilərsiniz, çünki siz ola bildiyiniz qədər xoşbəxt olduğunuz müddətcə, əlaqəniz daha yaxşı bir səviyyədə olacaqdır.

Ailə və Uşaq     Baxılıb: 2749   Tarix: 08 dekabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

.

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidiz

.

2 aylıq körpənin inkişafı

İki ayında olan körpə artıq bütün sahələrdə elə irəliləyiş nümayiş etdirir ki, buna təəccüblənməmək mümkün deyil. saytının bu yazısı 2 aylıq körpəsi olan valideynlərə, körpəsinin ilk uğurlarını qiymətləndirməyə kömək edəcək

.

Uşaqlara qoyulan yanlış diaqnoz. Valideynlər diqqətli olmalıdır

Son illər pediatrlar tərəfindən uşaqlara ən çox qoyulan diaqnozlardan biri də raxit xəstəliyidir. Bəzən həkim körpəni müayinə edərək ona raxit diaqnozu qoyur, körpəyə kalsium preparatları və ya D vitamini müalicəsini təyi

.

Mükəmməl seks üçün yataqdakı QAYDALAR

Qüsursuz və ideal seks üçün yataqda riayət etməli olduğunuz qaydaları bilirsinizmi?. 1. Gigiyena. Qadını məmnun etmək üçün aşağıdakıları tətbiq etmək lazımdır:. - Düzgün şəkildə yuyunmaq lazımdır ki, heç bir yerindən iy gəlməsin

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

Azərbaycan toylarında yengə nə üçün lazımdır?

Azərbaycanda toy mərasimləri həmişə özünəməxsus adət-ənənələrilə diqqət çəkib. Bizim toyların bir özünəməxsus tərəfi də yengəlikdir. Əvvəllər yengəliyə xüsusi diqqət yetirilir, onu toyun bir atributu kimi qiymətləndirirdilər

.

Ata-uşaq münasibəti: Özgüvəni artırır, şəxsiyyəti formalaşdırır

Uşağın inkişafında analarla yanaşı ataların da rolu böyükdür. Bununla əlaqədar psixiatriya mütəxəssisi Dos. Dr. Serhat Tunç məlumat verib. Güclü ata-övlad ünsiyyəti olan uşaqların müsbət şəxsiyyət xüsusiyyətlərini inkişa

.

Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN

1. Oxucu sualı: Salam həkim. Bu yaxınlarda toyum olacaq. Həm ailə quracağım kəs, həm də mən ekiz uşaqlarımızın olmasını istəyirik. Bunun üçün nə isə məsləhətiniz varmı? Ümumiyyətlə, ekiz uşaqların doğulması nədən aslıdır?

turlar.az

donlar 2026 qadin dunyasi gelinlikler çantalar saglamliq haqqinda şirniyyat və tortlar ailə hamiləlik kosmetika gözəllik salatlar cekc pornuxa bayraq novruz bayramina aid hakisdalar