Çiyələyin FAYDALARI və ZİYANLARI

Çiyələyin FAYDALARI və ZİYANLARIKalium və maqnezimla zəngin olduğuna görə, çiyələk ürək-damar sistemi üçün çox faydalıdır - ürəyin fəaliyyətini yaxşılaşdırır, damarları möhkəmləndirir, "pis" xolesterolun səviyyəsini aşağı salır.
Çiyələk C vitamini ilə də olduqca zəngindir. C vitamini orqanzmin normal fəaliyyəti üçün ən vacib vitaminlərdən biridir. Həmçinin C vitamini güclü antioksidantdır ki, orqanizmdə gedən qocalma proseslərini ləngidir, orqanizmi cavanlaşdırır.
Saglamolun.az xəbər verir ki, fol turşusu, dəmir və mislə zəngin olan çiyələk qanın tərkibini yaxşılaşdırır, anemiya (qanazlığı) zamanı faydalıdır.
Çiyələk təbii antidepressantdır. Bu giləmeyvənin qoxusu və dadı insanın əhvalını yaxşılaşdırır, stressi azaldır, insanı daha gümrah edir.
Çiyələk bütün dünyada güclü afrodiziak (cinsi həvəsi artıran məhsul) kimi tanınır.
Bütün bu faydalı xüsusiyyətlərə baxmayaraq çiyələk kifayət qədər təhlükəli məhsuldur. Belə ki, çiyələk tez-tez zəhərlənmə və allergiyalara səbəb olur.
Öz təbii mövsümündən tez yetişdirilmiş çiyələk çox ziyanlıdır. Çiyələyi mümkün qədər tez yetişdirmək üçün istehsalçılar müxtəlif ziyanlı maddələrdən (nitrat, hormonlar) istifadə edir ki, bu maddələr sağlamlığımıza ciddi ziyan vurur.
Xaricdə çiyələyin yetişdirilməsi zamanı tez-tez gen mühəndisliyi "nailiyyətlər"indən istifadə olunur - çiyələyin tərkibinə digər bitkilərin, hətta balıqların və s. genləri daxil edilir. Bu səbəbdən xaricdən gətirilən və aylarla xarab olmayan çiyələyi istehlak etmək xüsusilə təhlükəlidir.
Çiyələk çox tez xarab olur. Xarab olmağa başlayan çiyələyi dərhal atmaq lazımdır ki, belə çiyələyin istehlakı ağır zəhərlənməyə səbəb ola bilər.
Çiyələyi seçərkən ənənəvi sortlara üstünlük verin, yerli mal alın və çiyələyi yalnız mövsümdə yeyin.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1229   Tarix: 01 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

turlar.az

adlarin menasi maskalar gelinlikler hiperaktiv usaqlarin mualicesi kombinler 2026 yay qadinin arxadan olmasi kosmetika lakonizm əfsanələr novruz bayramına aid hakışta novruz hakistasi qardasa aid haxistalar