Çobanyastığı haqqında bilmədikləriniz.

Çobanyastığı haqqında bilmədikləriniz.Bu ot bitkisi Astrakimilər (Mürəkkəbçiçəklər) sinfinə daxildir. Xalq arasında çobanyasığını kamila, mollabaşı çiçəyi kimi də tanıyırlar. Çobanyastığının elmi adı latın dilindən götürülmüşdür. Matriks latınca uşaqlıq deməkdir. Çobanyastığının isə ginekoloji xəstəliklər zamanı faydası çox olduğuna görə onun adı Matricaria adlandrılmışdır. Bu termini elmə Karl Linney salmışdır.
Çobanyastığının elmə 25 növü məlumdur. Onlardan ən çox yayılmışı və istifadə ediləni isə aşağıdakılardır:
* Aptek çobanyastığı - ən çox Şimali Amerikada, Avrasiyada bitir. O yetişdirilmə sayəsində əmələ gəlir. Tərkibinə görə ən qiymətli dərman bitkilərindən hesab edilir. Onun tərkibindəki efir yağlarında xamazulen orqanizm üçün çox faydalıdır və tibbdə geniş isitfadə edilir.
* Amerika çobanyastığı - ən çox Amerikada bitir. Vətəni Amerika olsa da bəzi ölkələrə də yayılıb. Çobanyastığının bu növü güclü və təsirli qoxusu ilə məşhurdur və uzun illərdir ki, tibb sənayesində geniş istifadə olunur.
Dərman məqsədilə istifadə edilən bu çobanyastığı çiçəklərinin boyu 40-50 sm-ə qədər böyüyür, sürünən və zəif kökə sahibdir. Onların kök sistemləri zəif inkişaf edir və asanlıqla torpaqdan ayrılır. Çobanyastığının yarpaqları gövdənin əsasən aşağı hissəsində olur və hündürə qalxan budaqların baş hissəssində çiçəklər açır. Onun çiçəkləri səbətə oxşayır, ortası sarı rəngli, kənarları isə ağ, uzunsov ləçəklərlə dairəvi şəkildə qapanmış olur. Çobanyastığı may ayından çiçək açmağa başlayır. Çiçəklənmə avqust ayına kimi davam edir. Çobanyastığına açıq sahələrdə, düzənliklərdə, yol kənarlarında rast gəlmək mümkündür. O kök və toxum vasitəsilə çoxala bilir.Dərman vasitəsi kimi istifadə edilməsi üçün çobanyastığını xüsusi olaraq yetişdirirlər.
Çobanyastığından dərman vasitəsi kimi istifadə etmək üçün əsarlər boyu onu xüsusi olaraq yetişdiriblər.Onun vegetasiya dövrü 2 ay, ömrü isə 3-4 aydır. Çobanyastığı 3*C -dən yuxarı tempraturda asanlıqla yetişə bilən bitkidir. Onun toxumlarını yetişdirir və şitillərini əkməklə çoxaltmaq daha çox məhsuldarlığın əldə edilmsinə səbəb olur.
Yay aylarında uzun müddət yağışlar yağmasa çobanyastığı çiçəklərinin toplanması müalicəvi baxımdam daha yaxşı hesab edilir. Bu zaman çobanyastığı çiçklərinin 3 santimetrdən çox olmayan saplaqları il birlikdə toplayırlar. Çiçəklər qaranlıq və yaxşı ventilyasiya olan yerdə qurudulur. Çiçəklərin yaxşı quruması üçün onu kağızın və ya pambıq parçanın üstünə sərmək lazımdır.
Çobanyastığı Günəşin Yer üzündə kiçik nümayəndəsi hesab edilir. Bədii ədəbiyyatlarda çobanyastığı " ovuc içində kiçik Günəş" kimi qiymətləndirirlir. Onun barədə Hans - Kristina Andersenin kədərli və poetik əsərindədə rast gəlmək mümkündür.
Qədim yunanlar çobanyastığına Günəş Allahının insanlara bəxş etdiyi hədiyyə kimi qiymətləndirmişlər.
Çobanyastığının Tərkibi
Bir stəkan (237qram) çobanyastığının tərkibində olanlar:
- Su - 236 qr
- Karbohidratlar - 0,5 qr
- Zülallar - 0
- Yağlar - 0
- Kalori dəyəri - 1 kKal
- Kalium - 21,33 mq
- Kalsium - 4,74 mq
- Maqnium - 2,37 mq
- Dəmir - 0,19 mq
- Marqanes - 0,1 mq
- Sink - 0,09 mq.
Çobanyastığının tərkibində A, B5, B1, B2, B9 vitaminləri var.
Çobanyastığının Xeyri
Aptek çobanyastığı çiçəyi daxilə və xaricə tətbiq edilir. Ondan dəmləmələr və çaylara əlavə edilərək istifadə olunur. Çobanyastığı dəmləməsindən qarqara, kompres, imalə, yuyunma vasitəsi kimi də istifadə edilir. Müxtəlif qan xəstəliklərinin müalicəsində də çobanyastığı dəmləməsindən istifadə etmək olur. Ondan tibbdə geniş istifadə edilir. Belə ki, çobanyastığından həm həkimin məsləhətinə görə, həm də azad şəkldə istifadə etmək mümkündür.
Müalicəvi xüsusiyyətləri:
Çobanyastığı çiçəyində uçucu yağlar (matritsin və matrikarin), xamazulen, seskviterlenov spirti, bisabolol, bizaboloksid, ketospirt, kumarin, flavonidlər, sitosterin, farnezin, xolin, kardinen, beta-karotin, izonid, acı maddələr, askorbin turşusu,valerian turşusu, salisil turşusu, fitosterollar var.
Çobanyastığı çiçəyi antiseptik, ödqovucu, sakitləşdirici, qıcolma əleyhinə, qanaxma əleyhinə təsir göstərir.
Çobanyastığı dəmləməsi bağırsaq spazmlarında, qara ciyərin iltihabi xəstəlikləri zamanı, öd və sidik sisteminin iltihabi xəstəlikləri zamanı, sancılı aybaşıda, isterik reaksiyalar zamanı, nevrozlarda, nevroz tutmaları zamanı, üçlü sinirin nevralgiyasında daxilə qəbul edilir.
Çobanyastığı dəmləməsi mərkəzi sinir sisteminin fəaliyyətini yaxşılaşdırır, reflektor funksiyaları sürətləndirir, beyin qan damarlarını genişləndirir, ürək və tənəffüs ritmlərinin sürətlənməsinə səbəb olur. Çobanyastığını adətən qastritlərin, kolitlərin, ginekoloji xəstəliklərin, pevmatizmanın,bronxial astmanın, anginanın kompleks müalicəsi zamanı təyin edirlər. Çobanyastığı orqanizmdə həzm sisteminin normallaşmasına, ödün axınının sürətlənməsinə, qaşınmanın azalmasına, tərləmənin qarşısının alınmasına səbəb olur. Çobanyastığı orqanizmə antiallergik təsir bağışlayır.
Tibbdə çobanyastığının tətbiqi
Tibbdə çobanyastığından aşağıdakı formalarda qəbul edilir:
*Çobanyastığı çiçəkləri qurudulmuş şəkildə paket halında satılır.
* Romazulon - tərkibində çobanyastığı yağı, və antiseptik var. Qastrit, duadenit, köp, həzm pozğunluqları olduqda təyin edilir. Bu zaman 200 ml qaynar suya yarım çay qaşığı əlavə edilir və içilir. Kompreslər və imalə üçün 1 litr suya 1,5 çay qaşığı romazulon əlavə etməklə əldə edilən qarışımdan istifadə olunur. Bu preparatdan stomatit, otit,qinqvit, uretrit, sistit, trofik yaralar zamanı xaricə tətbiq edilir.
* Alorom ( çobanyastığı tərkibli maz) - miozitlər, pleksit, radikulit,artrit zamanı tətbiq edilir. Mazın tərkibində çobanyastığı, aloe, kalendula və müalicəvi yağlar var. Bu maz yerli iltihab əleyhinə və ağrıkəsici təsirə malikdir.
* Arfazetin - müxtəlif bitkilərlə çobanyastığı qarışımından əldə edilən dərmandır. Bu dərman qanda şəkərin aşağı düşməsinə səbəb olur. Qarışımda iburnu, dəvədabanı, qara yemişan, qatırquyruğu və s. var.
* Rotokan - tərkibində çobanyastığı, boymədəran və gülümbahar var və iltihab əleyhinə təsir göstərir. Preparatdan stomatitlərdə,ağız boşluğu yaralarında, diş əti xəstəliklərində istifadə edilir.
Xalıq təbabətində çobanyastığı
*Bağırsaq sancılarında, bağırsaqlarda köp və qaz olduğu zamanlarda, ağrılı aybaşılarda, ishalda, çobanyastığı dəmləməsinin faydası böyükdür. Bu məqsədlə 1 xörək qaşığı quru çobanyastığı çiçəyini 200 ml suda dəmləyib isti halda gündə 3 dəfə 1 stəkan içmək lazımdır. Xəstəlik əlamətlərinin tamamilə aradan qalxması üçün 2 ay müalicəni davam etdirmək lazımdır.
* Qastrit və enterit zamanı 1 stəkan qaynar suya 2 çay qaşığı quru çobanyastığı əlavə edib gündə 100 ml olmaqla 2 dəfə yeməkdən yarım saat əvvəl içmək lazımdır. Dəmləməyə yovşan, böymədəran əlavə edildikdə isə xəstləliyin əlamətləri tez bir zamanda aradan qalxır.
* Bağırsaqlarda köp və qaz olduqda çobanyastığını, nanə, dəvədabanı və böyrütkəni birlikdə dəmləyib içmək lazımdır.
* Askaridoz zamanı Amerika çobanyastığının dəmləməsini içmək tövsiyə edilir. Bu zaman 1 xörək qaşığı çobanyasığı qurusunu 1,5 stəkan qaynar suda 60 dəqiqə su hamamında dəmləmək lazımdır. Dəmləməni səhər və axşam 100 ml içmək və ya onunla imalə etmək askaridlərin məhv olmasına səbəb olur.
Xroniki hepatit və sirroz xəstəliyi zamanı müalicə məqsədilə çobanyastığı,dəvədabanı, böymədəran, itburnu, andız kökü, at pıtrağı, acı yovşan qarışımından hazırlanan dəmləməsi çox faydalıdır. Bunun üçün eyni miqdarda bitkilərin qarışımından 1 xörək qaşığı götürülür, üzərinə 200 ml qaynar su əlavə edilib su hamamında yarım saat dəmlənir. Dəmləmə hər yeməkdən əvvəl 2-3 ay müddətində qəbul edilir.
Şərq təbabətində çobanyastığı
İbn Sina öz əsərlərində çobanyastığı barədə qeydlər aparıb. O çobanyastığını xəstəlikləri yumşaldıcı, iltihab əlamətlərini, yorğunluğu, zəifliyi aradan qaldıran və orqanizmi sakitləşdirən bir bitki kimi qeyd edib.
Elmi aradırmalarda çobanyastığı
Çonabyastığı elm adamlarının diqqətini özünə cəlb edə bilib. Onun haqqında Hippokratın, Qalenin, Asplekiy, Dioskoridin kitablarında da yazılıb. Hippokrat öz kitablarında çobanyastığını dərman bitkisi kim qeyd edib, Qalen və Askjlepiy isə çobanyastığını öz xəstələrinə tövsiyə ediblər. XI əsrdə italyan həkimi və botaniki Mattioli çobanyastığının efir yağını xəstələrinə spazmolitik kimi təyin edirmiş.
Kulinariyada çobanyastığından müxtəlif içkilərin hazırlanmasında istifadə edilir.
Bəzi dünya ölkələrinin mətbəxində çobanyastığından müxtəlig şorbaların bişirilməsi zamanı istifadə edilir.
Kometologiyada çobanyastığı ekstraktından geniş istifadə olunur. Bitki əlavə edilmiş kremlər, losyonlar dəriyə müalicəvi təsir göstərir. Gözaltı torbalardan xilas olaq üçün çobanyastığı dəmləməsindən qoyulan maska çox faydalıdır.
Çobanyastığının efir yağlarından aromaterapiyada geniş istifadə edilir. Onunla massaj olunmaq orqanizmə sakitləşdirici təsir bağışlayır. Bu zaman bəzən çobanyastığı yağına lavanda yağı da əlavə olunur.
Çobanyastığının zərərli xüsusiyyətləri barədə heç bir məlumat qeydə alınmayıb. Yanlız, həddindən çox qəbul edidiyi zaman onun tərkibindəki efir yağları baş ağrılarına səbəb ola bilir. O hamiləlik və uşaqəmizdirmə dövründə əks göstəriş sayılmır, lakin, həkimin nəzarəti ilə qəbul edilməsində fayda var.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1646   Tarix: 19 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Bunu için, xərçəngdən QORUNUN

Şalğam uzunömürlülüyə kömək edir. xəbər verir ki, diyetoloq və endokrinoloq Marina Lazurenko şalğamın sağlamlıq üçün inanılmaz dərəcədə faydalı, ucuz bir qida olduğunu izah edib. O qeyd edib ki, xüsusilə, kök bitkisi dama

.

Dünyanın ən sağlam ədviyyatı seçildi - Zəncəfil deyil

Zəncəfil və sarıkökün populyarlığına son qoyacaq yeni araşdırmanın nəticələri açıqlanıb. Son elmi tədqiqatlar mətbəximizdə hər zaman olan ədviyyatın antioksidant gücü ilə bütün rəqiblərini geridə qoyduğunu sübut edib. xəbə

.

Xorultudan qurtulmağa kömək edən hansı məhsullar VAR?

Xorultu bir çox insanın həm özünün, həm də yaxınlarının yuxu keyfiyyətini pozan yayğın problemdir. Mütəxəssislər bildirir ki, bu halın qarşısını almaq üçün həyat tərzi dəyişiklikləri ilə yanaşı, bəzi xüsusi məhsullardan d

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Dar paltarların gizli təhlükəsi - İnfeksiya riski

Gündəlik həyatda dar paltarlar - xüsusilə cins şalvarlar və bədəni sıxan geyimlər - dəb baxımından cəlbedici görünsə də, sağlamlıq üçün müəyyən risklər yarada bilər. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu cür geyimlə

.

Daha bir ölkədə hantavirus aşkarlandı

Fransada hantavirusla bağlı narahatlıq artır. xəbər verir ki, səhiyyə naziri Stefanie Rist hantavirus epidemiyasına məruz qalan kruiz gəmisində olan fransız sərnişinlərdən birinin test nəticəsinin müsbət çıxdığını açıqlayıb

.

Televizora və telefona baxaraq yatmağın ZƏRƏRLƏRİ

Televizora və telefona baxaraq yatmaq müasir dövrdə bir çox insanın vərdişinə çevrilib. Lakin mütəxəssislər bu adətin sağlamlığa ciddi mənfi təsirlər göstərə biləcəyini bildirirlər.  xəbər verir ki, araşdırmalara görə, xüsusil

.

Brazilya qozunun faydaları nələrdir ?

Brazilya qozu Amazon yağış meşələrinə məxsus olan böyük bir Cənubi Amerika ağacının (Bertholletia excelsa) yeməli toxumlarıdır. Bu qoz kokos qabığına bənzəyən bərk, odunlaşmış bir qabıq içərisində olur. Qabıq açıldıqda içində

.

Hər 4 nəfərdən biri öz psixoloji sağlamlığı üçün heçnə etmir - ARAŞDIRMA

Hər dörd nəfərdən biri psixoloji vəziyyətini yaxşılaşdırmaq üçün heç bir addım atmır. xəbər verir ki, "Independent" nəşrinin yaydığı məlumata görə, Böyük Britaniyada Mental Health Foundation təşkilatının sifariş

turlar.az

makiyaj instagram hamiləlik sac duzumleri cins salvar 2026 paltar olmaq bal maskasi uz ucun günel facebook kosmetika hakiwda novruz bayramına aid hakışda vetene aid atalar sozu baldiza aid haxisda xanım az