"Çörək qabıqlı toyuq" - Fərqli dad
Bu dəfə fərqli yemək resepti təqdim edirik. Hazırlanması çox asan olan yeməyin görünüşü də çox fərqli və maraqlıdır.
Tərkibi:
1 ədəd toyuq (dərisini əsla ayırmayın)
2 kiloqram un
2 bardaq göbələk (növünün fərqi yoxdur)
3 diş sarımsaq
2 dəstə kəklikotu
1 çay qaşığı duz, istiot (artırıb azalda bilərsiniz)
2 xörək qaşığı zeytun yağı
2 dəstə cəfəri
4 xörək qaşığı kərə yağı
Hazırlanması:
Zeytun yağı, sarımsaq və göbələkləri bir tavada qızara qədər bişirin. Soyuyanda cəfəri və kəklikotunu əlavə edin.
Undan xəmir yoğurun. Üzərini nəm bez ilə örtün. Bu arada sobanı 180 dərəcədə qızdırın.
Toyuğun dərisi və əti arasına əlinizin girə biləcəyi qədər yarın, boşluq yaradın. Diqqət edin ki, dəri ətdən qopmasın. Bu boşluğa kərə yağı çəkib göbələkli qarışığı doldurun və mümkünsə toyuğun ayaqlarını bir-birinə bağlayın.
Daha sonra xəmiri çox qalın olmayacaq şəkildə açın, toyuğun üstünə yapışdırın. Təxminən 1 saat 40 dəqiqə sobada bişirin. Sobadan çıxardıqdan sonra təxminən 30 dəqiqə gözlədin. Təzə göyərtilərlə bəzəyib süfrəyə verin. Nuş olsun!
f Paylaş








Hakışta
Seks zamanı kişiləri dəlicəsinə ehtiraslandırmağın yolları
Astroloji proqnoz - 20 iyul
Anal seksin qadın orqanizmi üçün ziyanı və xeyiri
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda ilan görmək görün nəyə işarə edirmiş?!
Bürclər haqqında qısa və ən lazımlı məlumatlar
Xınayaxdı üçün HAKIŞTALAR
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Qızlıq və ya bakirəlik pərdəsinin yırtılması haqqında
Qadınları orqazma çatdıran 7 seks pozası
Vətən və el haqqında atalar sözləri