COVID-19-a qarşı immuniteti yarananlar da "Britanıya ştammı"na yoluxa bilərlər

COVID-19-a qarşı immuniteti yarananlar da "Britanıya ştammı"na yoluxa bilərlərDünyanı cənginə alan yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizədə hələ müsbət nəticə əldə olunmamış, ötən ilin axırlarında Britaniyada aşkar olunan virusun yeni növü tibb aləmini yenidən təşvişə saldı. 75 faiz daha yoluxuculuq qabiliyyəti ilə seçilən "Britaniya ştammı" təkcə Krallıqda deyil, dünyanın bir sıra ölkələrində də sürətlə yayılır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həkim-terapevt Emin Məmmədov virusun yeni növü haqqında deyib: "Britaniya mutagen forması əvvəlki koronavirusdan daha yoluxucudur, yaşı 20-dən aşağı olanlarda daha ağır gedişli pnevmoniyalara səbəb ola bilir və yaşı 45-dən 70-dək olanlarda daha ağır gedişli olur. Aparılan vaksinasiya prosesinin yeni mutagen ştammlardan qoruyacağı hələ də sual altındadır. Lakin buna baxmayaraq, vaksinasiya prosesi kütləvi şəkildə davam etdirilməlidir, çünki pandemiyadan qurtulmağın yeganə yolu vaksinasiyadır".
Maraqlıdır ki, Almaniyada qocalar evinin sakinləri koronavirus infeksiyasına qarşı peyvənd olunsalar da, virusun "Britaniya ştammı"na yoluxublar. Bəlkə də vaksin olunmaları onları yeni ştammın ağır nəticələrindən qoruyur. Həkimlər bildirirlər ki, koronavirusa yoluxub sağalan 20 və daha aşağı yaş qruplarında olanlar, COVID-19-a qarşı immuniteti yarananlar da yeni ştamma yoluxa bilərlər.
Təkcə koronavirusun "Britaniya ştammı"na deyil, bütün viruslara qarşı əsas mübarizə metodu maska taxma, məsafə saxlamaq, dezinfeksiyaedici vasitələrdən istifadə etməkdir. "Koronavirusun mutasiya növlərindən asılı olmayaraq hər kəs daha diqqətli olmalıdır, çünki gələn mutagen forma daha aqressivdir, daha sürətli yoluxur və xəstəliyi daha ağır gedişlə müşahidə olunur. Ona görə maskanın taxılması, kütləvi toplaşmama və s. məsələlərə yenə də ciddi əhəmiyyət vermək lazımdır və qətiyyən arxayınlaşmaq olmaz", - deyə həkim-terapevt bildirib.
Virusun "Britaniya ştammı" ölkəmizdə hələ qeydə alınmasa da, əvvəlki kimi ayıq-sayıq davranmaq, infeksiyaya qarşı mübarizə tədbirlərini zəiflətməmək və "üç qızıl qayda"ya əməl etməyi bir an da olsun unutmamaq tələb olunur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1445   Tarix: 11 fevral 2021
f Paylaş

Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

turlar.az

hamiləlik adlarin menasi geyim dəbləri fantaziya almaniya haqqinda melumat qara noqteler ucun uz maskalari şirniyyat kosmetika birlik haqqinda ariqlamaq kəlamlar sekisler zencefil