COVID-19 beynin qismən kiçilməsinə səbəb olur
COVID-19 beynin qismən də olsa, kiçilməsinə səbəb olur.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Böyük Britaniyanın Oksford Universiteti tərəfindən aparılan araşdırmada koronavirusa yoluxmamışdan əvvəl və sonra çəkilmiş beyin MRT-lərini (maqnit rezonans görüntüləmə) müqayisə edən elm adamları beynin ümumilikdə 0,2-2 faiz kiçildiyini müşahidə ediblər.
Hətta xəstəliyi yüngül keçirənlərin qoxubilmə və yaddaşla əlaqəli beynində olan hissələrində boz maddənin azaldığı müşahidə olunub.
Boz maddə yaddaş və qərar qəbuletmə kimi funksiyalar üçün də əsas strukturdur.
Boz maddənin azalması ən çox beynin iybilmə funksiyasının yerinə yetirildiyi hissəsində özünü göstərib. Virusun birbaşa bu
bölgəni hədəf aldığı sübut olunmayıb. Virus səbəbindən qoxubilmə itkisi yaşayanların bu hissədən daha az istifadə etməsi
nəticəsində hüceyrə ölümü də baş verə bilər.
Tədqiqatçılar beyindəki bu dəyişikliklərin qalıcı olub-olmaması ilə bağlı məlumatlı olmadıqlarını bildiriblər, lakin digər tərəfdən, beynin sağalma potensialına malik olduğu qənaətindədirlər.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
"Yağlı dəriyə yağ çəkilməz" mifinin sonu: Sebumu jojoba ilə ram edin
Dəniz suyunun saçlara vurduğu zərər
Həkim insan bədənində ən tez və ən gec yaşlanan orqanları açıqladı
Bir stəkan çay müalicəni puç edə bilər
Tut yeməyin faydaları
74 yaşlı Bülənt Ərsoy estetik etdirdi - Foto
Biznes sahibi olan məşhurlar: Kim hansı sahəyə sərmayə yatırıb?
Boğazı ağrıyanlar dərhal bunu etsin: Ağrını anında kəsir
Anşlaq, alqış, sənət – Eyyub Yaqubovdan unudulmaz konsert